Ərəb üsyanları insanları təkcə qəfilliyi və ecazkarlığı ilə təəccübləndirmədi, onların iqtisadi nəticələri siyasi dərslərindən heç də geri qalmadı. Təkcə elə dondurulmuş hesablardakı məbləğlər, on illərlə hakimiyyətdə qalan diktator zümrəsinin sərvətləri hətta «Forbes»in daimi oxucularını da heyrətləndirmək iqtidarındadır. Sərvətlərin taleyi necə olacaq? Bu da ayrı söhbətin mövzusu ola bilər və heç o qədər də maraqsız deyil. Amma elə leqal, aşkar sərvətlər də böyük maraq kəsb edir. Neftin hasilatı və tranziti ilə məşğul olan ölkələr üsyanlar baş verdiyi müddətdə və elə indi də «dollar yağışı»na tutuldular. İş o yerə çatdı ki, qorxuya düşmüş digər ərəb rejimləri öz vətəndaşlarına neft bonusları paylamağa başladılar. Belə hallada həmişə öz səxavəti ilə seçilən Küveyt rejimi hətta bir il ərzində ölkədə ərzağın pulsuz olacağını bəyan etdi. Səudiyyə Ərəbistanı və digər rejimlər də onlardan geri qalmadı, böyük iltifat və səxavət nümayiş etdirməyə başladılar. Amma neft ölkələrinin coğrafiyası təkcə ərəb ölkələri ilə məhdudlaşmır. Bu arealdan maraq kəsb edən ölkələr sırasında Rusiya və Xəzər hövzəsi ölkələri də var. İran aydındır. Mürtəce molla rejimi neftdən gələn sərvətlərin böyük hissəsini hərbi xərclərə və elə hərbi sənayeyə yönəldir, yüksək texnologiya ilə şəriət rejimini birləşdirmək istəyən mollaların planlarına adamın həqiqətən də gülməyi gəlir. Amma bu sırada Rusiya kimi dövlət də var...
RUSİYA ƏRƏB ÜSYANLARINDAN NƏ QƏDƏR QAZANDI?
Qərb ekspertlərinin hesablamalarına və rusların özlərini etirafına görə, məhz ərəb üsyanlarından sonra Rusiyanın neftdən götürdüyü əlavə gəlir düz 38 milyard avro təşkil edir. Hətta rusların özləri bu qədər gəliri haraya və necə sərf etmək haqda düşünür. D.Medvedev Davosda dünyanın iqtisadi güclərindən Rusiyadakı islahatları davam etdirmək üçün yardım istədi. Amma yardım əl altındadır, neftin qiyməti yüksək həddə qalmaqda davam edir, ərəb ölkələrindəki güclü böhran hələ səngimir. Güman edirik ki, Rusiyada islahatlar problemi heç də maliyyə kasadlığı ilə bağlı deyil, bu ölkənin valyuta ehtiyatları kifayət qədər təşkil edir. Səbəb siyasi – iqtisadi sistemin mahiyyəti və bir də islahatlara ciddi meyl göstərilməməsidir. Amma bu ölkənin ən azı özünün qonşuları ilə müqayisədə bir üstünlüyü var – gəlirlər qismən də olsa şəffafdır və bununla bağlı açıq söhbət gedir. Digər ölkələrdə isə...
AZƏRBAYCAN NİYƏ SUSUR?
Uzun müddətdir neftin qiyməti artmaqda davam edir. Düzdür, neftdən gələn gəlirlərin iki tərəfi olur – neftin qiyməti artırsa, digər mal və xidmətlərin də qiyməti durmadan artır. Amma yerli və əcnəbi ekspertlər təmiz, əlavə gəlir haqda danışanda, bütün bunları nəzərə alırlar. Deməli, elə Azərbaycanın da böyük gəlirləri olmalıdır. Amma bu haqda hamı susur. Dövlət rəsmiləri onlar haqda danışmaq əvəzinə ərəb üsyanlarının daha çox siyasi nəticəsi haqda təlaş keçirirlər. Neft Fonduna toplanmış vəsait haqqında ancaq yeri gələndə ötəri bir məlumat verirlər. Halbuki bu vaxta qədər Fonda xeyli vəsait gəlməli idi. Norveç kimi dövlət neftdən gələn gəlirlərin ancaq faizlərini büdcəyə daxil edir. Azərbaycanda isə bu faizlər haqda heç təsəvvür də yoxdur.
BÜDCƏYƏ TƏZƏDƏN BAXACAQLARMI?
Prinsipcə, belə imkan var. Neftin qiyməti büdcədə nəzərdə tutulduğundan artıq oldu. Belə bir hal büdcəyə təzədən nəzər salmağa prinsipcə imkan və zərurət yaradır. Ən azı, sosial xərcləri bir qədər artırmaq olardı. Amma ölkə hələ «yumurta eyforiyası»ndan qurtula bilmir. Maraqlıdır. Niyə görə ətdən, balıqdan, yağdan, meyvələrdən danışılmır, ancaq yumurta haqqında söhbət gedir? Hazırda qarşıdan Novruz bayramı gəlir. Hətta 100 manat normal bir bayram süfrəsi açmağa imkan vermir. Bunun sonu necə olacaq? Bayramda ancaq yumurta döyüşdürüləcəkmi? Bəlkə bayramın adı dəyişdirilib yumurta bayramı qoyulacaq? Cavab yoxdur. Hətta belə suala cavab yoxdur ki, niyə görə toyuqlara verilən yemin qiyməti bu qədər artıb, hətta deyilənə görə, bir ton üçün 540 manat təşkil edib? Bu suala cavab verilsə, onda yumurtanın da qiymətinin artmasına bir aydınlıq gələr.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.