Tunis, Misir, Yəmən, Əlcəzair, Bəhreyn və İran! Hə, nə permanent inqilablar nəzəriyyəsinin banisi L.Trotski, nə də təkbaşına inqilablar silsiləsi yaratmaq fikrinə düşən Ç.Qevara bunları təsəvvür edə bilərdi. Bunlar hətta «məxməri inqilab» modelinə də o qədər də uyğun gəlmir, bunlar sözün əsl mənasında kükrəyən etirazlardır. Üç ölkədə artıq nəticə var. Amma bu silsilədən ən çox maraq doğuranı İrandır, çünki bu ölkədəki rejim sadaladığımız digər bütün rejimlərdən bəlkə də ən sərtidir və ən mürtəcesidir. Özünün artıq otuzuncu ilini adlayan teokratik rejimin nə vaxt çökəcəyini söyləmək çox çətindir, ona görə ki, onun repressiv imkanları hələ tükənməyib, insanlar təqib olunur, həbsə atılır, barələrində ölüm hökmü çıxarılır və ya da ölkədən çıxıb getmək məcburiyyətində qalırlar. Bunlar cəzaların hələ tam silsiləsi deyil: rejissora iyirmi il film çəkmək qadağan olunur, müğənniyə oxumaq yasaq edilir. Məni digər cəzalardan daha çox sonuncular qeyzləndirir, çünki Günəş isitmirsə, torpaq yetişdirmirsə, gözəllik görünmürsə o, kimə və nəyə lazımdır? Bu cür cəzalara anсaq inkvizisiya dövründə təsadüf olunub. Anсaq o vaxtlar kimsə təcrübə aparmaqdan, tədqiqatlarla məşğul olmaqdan məhrum edilib.
Fəqət, İran rejiminin süqutu təkcə bunlara görə maraq kəsb etmir. Bu rejim çox pis bir presedentdir, təəssüf ki, bəzi ölkələrdə də onu təqlid etməyə cəhd edir və öz ölkələrində belə bir rejimi bərqərar etməyə çalışırlar. O, olmasa bu pis presedent də olmayacaq, ona görə ki, reallıqda mövcud olmayan şeyi təqlid etmək də olmur. Bu rejim müsəlman dünyasında baş verən bütün azadlıq mübarizələrinin üstünə bir kölgə salır, harada nə baş verirsə – versin, dəxli oldu, olmadı, hamı orada «radikal islam» izi axtarır. Misirdəki inqilab zamanı nə qədər həyəcanlı anlar oldu, amma insanlar ekstremist dini şüar, bəyanat səsləndirmədi, Qərb dövlətlərinin təlaşını artırmadı və sonda, gec belə olsa, onların dəstəyini qazandı. İranda demokratiyanın qələbəsi məhz bu aspektə görə maraq kəsb edir, nüvə silahı bəlkə də ikinci və ya üçüncü məsələdir. Bəli, SSRİ –nin nüvə arsenalı sox zəngin idi. Amma həmin arsenal sosialist düşərgəsinin, SSRİ –nin özünün çökməsinin qarşısını ala bildimi? İndi də Rusiyanı çökməyə qoymayan nüvə silahı deyil, öz ərazisindən nəql etdiyi neft və qazdır. Bəlkə bu da tarixin siyasi ironiyasıdır - ən zəngin nüvə silahı arsenalına malik olan dövlət regional dövlət statusu ilə kifayətlənməli olur...
DEMOKRATİYA İÇİNDƏ İSLAM, YOXSA İSLAM İÇİNDƏ DEMOKRATİYA?
Bu sizə adi sual kimi görünməsin. Nə qədər ki, müsəlman ölkələrində bunu yəqinləşdirməyəcəklər, demokratiyanı islam çərçivəsində təsəvvür edəcək və buna çalışacaqlar, inkişaf alınmayacaq. Mən demək istəmirəm ki, İranda demokratiyanı islam çərçivəsində təsəvvür edirlər, yox, orada hətta bu, belə yoxdur – İran rejimi sadəcə, mürtəce teokratik bir rejimdir, bəlkə də bu rejim üçün ən yararlı ad elə mollakratiyadır, çünki sonuncu onun mahiyyətini tam ifadə edir. Sadəcə, qeyd etmək istəyirəm ki, hər hansı ölkədə başqa bir dini və ideoloji baxışa, başqa etnik mədəniyyətə də yer axtarılırsa, onda elə demokratiyanı ümumi çərçivə kimi götürmək daha düzgündür, çünki bu çərçivə hüdudlarında islama da, xristianlığa da, iudaizmə və hətta buddizmə də yer tapılar. Əks halda, diskriminasiyadan, toqquşmadan qaçmaq o qədər də asan deyil və təcrübə də göstərir ki, bu, heç mümkün də deyil.
KİÇİK SÖZARDI
İranda bir neçə dəfə «yuxarı»dan islahatlara ümid bəsləndi. Amma hər dəfə islahat adı ilə hakimiyyətə gələn yeni kabinetlər sonda bəyan etdilər ki, heç də dini rejimi dəyişməyə yox, onu daha da gücləndirməyə gəliblər. Artıq bir kimsə İranda «yuxarı»dan islahatların mümkünlüyünə inanmır. Bu rejimin dinc yolla dəyişməsi və islahı da qeyri – mümkün görünür. Yüz il və bəlkə daha çox bundan əvvəl M.F.Axundov yazırdı ki, dünya nəsihətlə düzəlmir, çünki min ildir ki, iranlılar Sədi Şirazini oxuyurlar, amma azacıq da olsa belə islah olunmayıblar. Bəli, bu, məntiqdir və həm də reallıqdır, dünya nəsihətlə düzəlmir ki, düzəlmir...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.