«Siyasi partiyalar haqqında» qanun 1992-ci ildə qəbul edilib. Bu illər ərzində bayraqdan, gerbdən və himndən başqa çox şey dəyişib, amma nədənsə bu qanuna toxunmayıblar, necə var, elə də qalıb. Səbəbi məlum deyil. Bəlkə o, çox mükəmməl qanundur və məhz buna görə ona toxunmayıblar? Qanunlar bu ölkədə təkcə mükəmməl olmadıqlarına görə dəyişdirilmir, onların hamısı bu 17 il ərzində «mövcud reallıqlara» uyğunlaşdırılıb, amma ümumi təftiş dalğası partiyalar haqqında qanundan yan keçib.
Maraqlıdır ki, qanun əsasında 40-a yaxın siyasi partiya rəsmi qeydiyyatdan keçib. Bu partiyalar ölkənin siyasi həyatında heç bir rol oynamasalar da, ən yaxşı halda cəmi bir deputatla parlamentdə təmsil olunsalar da, ölkədə çoxpartiyalılığın sübutu kimi saxlanılırlar. Siyasi partiyalar haqqında qanun qəbul ediləndə, ölkədə cəmi bir neçə partiya mövcud idi. Elə bu səbəbdən hakimiyyət rəsmiləri də bu qanuna əlavə və dəyişikliklərin edilməsinin zəruriliyi barədə danışırlar. Ancaq rəsmi məlumata görə, hələ ki Prezident Administrasiyasında belə bir qanun üzərində iş getmir. Orada bunun üzərində işləmirlərsə, deməli heç Milli Məclisdə də bununla bağlı iş getmir, çünki parlament belə mühüm qanunu prezident aparatının icazəsi olmasa qəbul edə bilməz. Biz hələ onu demirik ki, bütün əsas qanunlar məhz Prezident Administrasiyasından Milli Məclisə göndərilir və sonuncu həm də özünün illik iş planını da prezident aparatı ilə razılaşdırır.
Amma maraqlı olan nədir? QHT-lər və mətbuat artıq dövlətdən dotasiya alır. Elə bu səbəbdən dəfələrlə siyasi partiyaların da bu sıraya qoşulmasının vacibliyi haqda təkliflər eşidilib. Amma görünür, bu məsələ o vaxt həllini tapacaq ki, siyasi partiyaların tamam iddiasız olduğu yəqinləşəcək, onlar hakimiyyətə hətta şəriklik iddiasında bulunmayacaqlar. Mətbuatın və QHT-lərin bu problemi yoxdur. Amma siyasi partiyalar ən azı öz mahiyyətinə görə hələ ki bu qəlibə sığışmırlar.
ŞƏRİKSİZLİYİN EYFORİYASI
Hələ ki, hakimiyyət eyforik bir durum yaşayır. Hamının gah bu, gah da başqa ölkədə baş verən inqilablara diqqət kəsildiyi vaxtda onlar ironiya və istehza təzahür etdirməkdən çəkinmirlər. Çox qəribədir. Bu hakimiyyət inqilaba lap Şaxta Baba kimi baxır. Axı inqilab Şaxta Baba deyil ki, onun nə zaman təşrif buyuracağı bir il qabaqdan hamıya məlum olsun! İnqilab qəflətən gəlir, heç kim onun gəlişini proqnozlaşdıra bilmir. Amma niyə görə, nədən gəldiyinin səbəbini demək mümkündür. «İnsan haqları qanunun hakimiyyəti ilə təmin edilməlidir ki, insanlar sonuncu vasitə kimi tiranlığa, istismara qarşı üsyan etmək məcburiyyətində qalmasın». Bu, cümlə Ümumdünya İnsan Haqları Bəyannaməsinin preambulasında verilib. Burada elə dolayı yolla cəmiyyətin tiraniyaya və istismara qarşı üsyan hüququ təsbit olunub. Ona görə də heç bir ironiyaya və istehzaya lüzum yoxdur. Əsl ironiya inqilab özünü çatdıran zaman olur. Bir də inqilabı labüd edən şərtlər var. İnsanlar seçki yolu ilə hakimiyyəti dəyişə və ya ona təsir edə bilmirlərsə, onda nə vaxtsa inqilaba müraciət edirlər, çünki başqa alternativ qalmır, cəmi iki yol var. İndi insanlar siyasi problemləri, seçkilərin saxtalaşdırılmasını hələ də bir sıra partiyaların problemi hesab edir. Onlar bu problemi də özlərinki hesab edəndə, vəziyyət tamam dəyişəcək. Ona görə də siyasəti öz məcrasından çıxarmaq bir səhv yoldur, bundansa siyasi partiyalar haqqında yeni qanun qəbul edib onların problemini həll etmək lazımdır. Bilirsiniz, siyasət ya kabinetlərdə, parlament binasında, ya da ki, küçələrdə baş verir. Bəşəriyyət öz təcrübəsində hələ ki başqa bir yol görməyib.
TƏKCƏ HAKİMİYYƏT NƏTİCƏ ÇIXARMALIDIRMI?
Təbii ki, yox. Müxalifət üçün də dərs var. Müxalifət siyasi proseslərə real və nəticəli təsir haqqında düşünməlidir. Müxalifət özünü bir şahzadə kimi hiss edir. İnqilab ancaq onun önündə gedən və ona başçılıq edən insanları taxta gətirir. Bəzən elə olur ki, ölkənin bütün institutları, həm hakimiyyəti, həm də müxalifəti gözdən düşür, belə halda inqilabın ən pis ssenarisi həyata keçir, ölkə xaosa yuvarlanır, inqilabı cilovlamaq mümkün olmur və o, çağırılmamış qonağa bənzəyir. İstənilən hakimiyyət idarə etmək üçün bir siyasi model və struktur yaradır. İndi bu struktur təxminən belə görünür: hakimiyyət, loyal müxalifət və radikal müxalifət. Hakimiyyət bu strukturu idarə etməklə zənn edir ki, bütün prosesə nəzarət edir. Amma sel gələndə, çayın üzərindəki zəif qurğuları da uçurub aparır. Əsl partiya olmaq, partiyalaşmaq - yol budur və bu yola aparan siyasət qurmaq lazımdır. Hökumət müxalifət partiyalarını o vaxt eşidəcək ki, onların təzyiqini hiss edəcək. Büdcədən maliyyələşmək də bu problemlərdən ancaq biridir, bəlkə də ən kiçiyidir...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.