Hər dəfə zorakı bir hadisəni yaşayanda bizə elə gəlir ki, onunla birinci dəfə rastlaşırıq, sanki əvvəllər heç belə hadisələr olmamışdı. Hətta bu günlərdə belə bir fikir oxudum ki, H. Əliyev gənc bloggerləri həbs etdirməzdi. Maraqlı fikirdir. Amma mübahisəlidir, çünki sual yaranır. Əgər belədirsə, bəs onda H. Əliyev «Çeşmə» qəzetinin əməkdaşlarını niyə həbs etdirdi? Bəlkə, bu, adi bir təsadüf idi? Olsun. Bəs heç bir yerdə dərc olunmayan, ancaq və ancaq kompüterin yaddaşında mövcud olan «Müxalifətin mitinq taktikası» yazısına görə gənc müəllifi niyə həbs etdirdi?... Deməli, məsələ heç də deyilən kimi deyil. İndiki siyasi üslub öz başlanğıcını bütün mənalarda Heydər Əliyevin idarəçiliyi vaxtından götürür və bu gün baş verən proseslər həm üslubca, həm də elə məzmunca o vaxtkı hadisələrin davamıdır. Elə insanların qeyri – siyasi maddələrlə təqib olunması və ictimai – siyasi statusa malik olanlara qarşı qeyri – siyasi təqib vasitələrindən istifadə olunması da son dövrlərin kəşfi deyil, bunlar da ilk dəfə həmin vaxt sınaqdan keçirilmişdi, indi sadəcə davam etdirilir. Mən bunları niyə görə xatırlatdım? Bu ölkədə hətta evdə də adam özünü təhlükəsiz hiss etmir. Təkcə bu son illərdə baş vermiş onlarla hadisəni xatırlamaq, onlarla ad çəkmək olar. İnsanları ən ağlagəlməz üsul və vasitələrlə şərləyirlər, güdürlər, şəxsi həyatına müdaxilə edirlər... Hətta bu xüsusda məsələyə münasibət bildirən bir şair maraqlı tövsiyə vermişdi. Demişdi ki, məsləhətim budur ki, evinizdə içəsiniz! Restoranlar, kafelər və çayxanalar artıq ictimai statuslu adamlar üçün təhlükəli yerlərə çevrilib. Nə təəssüf ki, buralarda monax və ya rahiblik institutu yoxdur, adam birdəfəlik rahib olub canını qurtarardı!
DOĞRUDAN DA, ANALOQU OLMAYAN ÖLKƏ
Bu, yeganə detaldır ki, dünyada analoqu yoxdur. Söhbət nədən gedir? Neçə dəfə yazmışam ki, digər avtoritar və totalitar rejimlər daha «səmimi»dirlər. Onlar nəyisə yasaq edirlər, sonra da bu yasaqları pozan insanları təqib edir, damlayır və ya ölkədən qovurlar. Məsələn, sovet hakimiyyətinin heç ağlına belə gəlmirdi ki, A. Soljenitsını başqa bir cinayətdə ittiham etsin. Onlar hətta A. Saxarova və onlarla başqa dissidentlərə, necə deyərlər, «iş tikmirdilər».
Əgər B. Pasternak indiki Azərbaycanda yaşasaydı, çox güman ki, onu tamam başqa maddə ilə təqib edəcəkdilər, məsələn, deyəcəkdilər ki, tələbələrdən rüşvət alıb... Burada baş verən olaylara diqqət yetirəndə adam təəccübdən üzülür. Belə siyasi sistem heç yerdə yoxdur. Sən satirik şer yazırsan, amma səni narkotik istifadəçisi kimi həbs edirlər! Doğrudan, məəttəl qalası işdir. Bəlkə, insanları öz həqiqi əməllərinə görə həbs etmək daha düzgün olardı? Bəs niyə belə etmirlər? Ona görə ki, belə etsələr, demokratik şüarlar qışqıra, «ölkədə siyasi məhbus yoxdur» deyə, demokratiya haqqında böyük məqalə və çıxışlar yapa bilməyəcəklər. Ən maraqlısı nədir? Sonradan onsuz da bu insanların hamısı siyasi məhbus kimi qəbul edilir, müdafiə olunur və onlara «tikilən» işlərə heç kim inanmır. Amma «dəyirman» öz işindədir. Evdən işə, işdən evə və çağırılan yerə getmək belə xatalı məşğuliyyətə çevrilib! Neçə adamı məhz işdən evə gedəndə təqib etməyə çalışıblar, hətta döyüb, təhqir ediblər. Budurmu «demokratiya yolunda sürətlə irəliləyən ölkə»?..
KİÇİK SÖZARDI
Bir neçə il bundan əvvəl bir nəfər söhbət zamanı dedi ki, siz, müxalifətçilər hələ əsl təqib nə olduğunu bilmirsiniz, Səddam Hüseyn müxalifətçiləri və müxalif fikirli insanları soyundurur, başlarına oyun gətirdir... Hər dəfə təzə bir hadisə baş verəndə mən bu sözləri xatırlayıram. Hesabla artıq çoxdan Səddam Hüseyn İraqının vəziyyətinə çatmışıq. Məgər buralarda insanları soyundurub şəkillərini çəkməyiblərmi? Ya televiziyalarda əcaib görüntülər göstərməyiblərmi?... Olub, hamısı olub. Dünya da bayram edir ki, artıq İraq rejimi yoxdur. Bəs yeni İraqlar necə olsun? Soran yoxdur... Yazının əvvəlini sualla başladıq. Şərdən qorunmaq mümkündürmü? Çox müşkül məsələdir, cəhd edin, bəlkə alındı...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Bəlkə, insanları öz həqiqi əməllərinə görə həbs etmək daha düzgün olardı? Bəs niyə belə etmirlər? Ona görə ki, belə etsələr, demokratik şüarlar qışqıra, «ölkədə siyasi məhbus yoxdur» deyə, demokratiya haqqında böyük məqalə və çıxışlar yapa bilməyəcəklər