Adətən İlin sonu kimi əvvəli də proqnozlar dövrü olur - növbəti il üçün maraq kəsb edən fikirlər açıqlanır, insanlar da bunları maraqla izləyirlər. Amma bu ölkədə proqnozlarla bağlı da yeni tendensiya hiss olunur, siyasi proqnozlar əvvəlki aktuallığını itirir, sanki arxa plana keçir və politoloqlar tək Qarabağ problemi ilə bağlı fikirlər səsləndirirlər. Elə iqtisadi proqnozlar da cəmiyyət üçün ancaq bir aspektdən, qiymətlərin dinamikası baxımından maraq kəsb edir. Bunların əvəzində isə baxıcılara və astroloqlara geniş meydan açılır və onları tez – tez ən müxtəlif telekanallarda və mətbuat səhifələrində görmək mümkün olur. Baxıcılar haqda artıq bir dəfə qısaca olsa da yazmışıq. İndi, necə deyərlər, növbə astroloqlarındır. Bir çoxu bu məsələni ciddi və aktual hesab etməsə də, astrologiya və onun qarışıq, çox mürəkkəb cəmiyyətlərdə rolunun ciddi analizi heç də az əhəmiyyət kəsb etmir. Astroloqlar kimdir? Onlar öz proqnozlarında nəyə əsaslanırlar? Bu insanları ciddi qəbul etmək olarmı? Burada sadə insanları çaşdıran nədir?
ULDUZ BÜRCLƏRİ İNSANLARLA BAĞLI OLA BİLƏRMİ?
Dünyada heç bir millətin ədəbiyyatında və tarixində bizim qədər nadanlıq və gerilikyamanlanmayıb. Amma buna baxmayaraq hələ də bir sualı özümüzə vermək məcburiyyətindəyik: əcəba, görən, hansı əsrdə yaşayırıq? Sual sizə qəribə gəlməsin. İlkin ixtisası nəzəri astrofizika olan və astroloji proqnozlar baxımından zəngin olan qəzetlərin mətbəxinə bələd olan insan kimi mənim bu haqda deməyə sözüm çoxdur. Əvvəlcə onu deyim ki, öz anlayışlarına və aparatına görə astrologiya min illər bundan əvvəlki astronomiyadır. Bir az obrazlı şəkildə desək, astrologiyanı astronomiyanın lap körpəlik və çağalıq dövrü hesab etmək olar, astronomiya lap qədim vaxtlarda astrologiya kimi mövcud olub, daha sonra isə onu keçmişdə qoyaraq ciddi elmə çevrilib. Bu sözləri başqa elm və xurafat haqda da – kimya və əlkimya haqda da demək olar. Amma burada vəziyyət bir qədər fərqlidir. Xoşbəxtlikdən indi əlkimya ilə məşğul olan, metalları qızıla çevirmək istəyənlər yoxdur. Amma astroloq nəinki bizim ölkədə, hətta dünyada çox tez-tez təsadüf oluna «peşə»dir. Elə insanları da bu çaşdırır. Onlar deyirlər ki, başqa ölkələrdə də astroloqlar və onların təşkilatları mövcuddur. Bununla bağlı nə demək olar? Bəli, var, özü də bir çox yerlərdə. Məsələ bundadır ki, astroloqlar az inkişaf etmiş ölkə və dövlətlərdə xurafatdan, demokratik ölkələrdə isə demokratiyanın verdiyi bir çox üstünlüklərdən istifadə edirlər, yəni onlara təşkilatlanmaq və hətta öz nəşrlərini təsis etmək qadağan olunmur, məsələ bundadır. Eyni sözləri elə «uçan boşqablar»la məşğul olanlar haqda demək olar. Amma bu sahəni bilən bir kəs kimi qeyd edirik ki, astrologiyada təqdim olunan ulduz bürcləri qətiyyən fiziki sistem təşkil etmirlər, onlar fiziki sistem deyillər və biri – biri ilə heç əlaqələri yoxdur, sadəcə göy qübbəsinə proyeksiya nəticəsində irəli gələn fiqurlardır. Əgər onlar biri – birlə əlaqədə deyillərsə insanlarla necə əlaqəli ola bilərlər? Təbii ki, mən Yer – Kosmos əlaqələrini inkar etmirəm, amma astroloqlar bu əlaqəni o qədər primitivləşdirir ki, adamın lap gülməyi gəlir. Ulduzların düzülüşünün, özü də həqiqi deyil, xəyali düzülüşünün, axı, kiminsə biznes planlarına və ya işgüzar münasibətlərinə nə təsiri ola bilər? Mətbuat səhifələrində dərc olunan qoroskoplara gəldikdə isə onların tərtib olunması heç də az gülməli deyil, bunu jurnalistlərin özləri yazırlar. İnsanın belə xurafata inanmasının bir səbəbi var – indi insanlar azaddır, amma elə azad olduqları qədər də müdafiəsizdirlər. Elə bu səbəbdən özünə etibarlı bir dayaq tapa bilməyən insan həmin dayağı göylərdə axtarmağa başlayır...
BƏS SİYASİ PROQNOZLAR NİYƏ AKTUALLIĞINI İTİRİB?
Bu da maraqlı sualdır. Məsələ bundadır ki, siyasi proseslər daha əvvəlki tək mürəkkəb deyil, çox primitivləşiblər. İndi siyasətlə bağlı hansısa proqnoz vermək üçün «saray gizlinləri»nə baş vurmaq lazımdır, çünki nəsə ancaq və ancaq «saray dəhlizləri»ndə baş verə bilər, başqa adamların, xüsusən də müxalifət partiyalarının və liderlərinin siyasətə təsiri hətta bir müstəqil yazı insanı qədər deyil – təəssüflə olsa da bunu qeyd etmək məcburiyyətindəyik.
Siyasətdə mümkün dəyişikliklərin ssenariləri olur, hər hansı bir dəyişikliklə bağlı danışanda gərək həmin ssenarini nəzərə alasan. İndi isə bu ssenarilər çox məhdudlaşıb. Bizlər sözün əsl mənasında məhdud imkanlar ölkəsində yaşayırıq, bu baxımdan siyasət heç də istisnalıq təşkil etmir. Bəs bu ssenari haradan peyda olur? Bunu soruşa bilərsiniz. Onu elə ölkənin fəalları yaradır və yaratmalıdır.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
ULDUZ BÜRCLƏRİ İNSANLARLA BAĞLI OLA BİLƏRMİ?
Dünyada heç bir millətin ədəbiyyatında və tarixində bizim qədər nadanlıq və gerilik
Xoşbəxtlikdən indi əlkimya ilə məşğul olan, metalları qızıla çevirmək istəyənlər yoxdur. Amma astroloq nəinki bizim ölkədə, hətta dünyada çox tez-tez təsadüf oluna «peşə»dir.