Həftə yaman gərgin keçdi.
Madam Viki aranı qarışdırdı. Dövlətlərin, siyasətçilərin iç üzü açıldı. Beləsi görünməmişdi.
Ölkələr bir-birinə dəydi.
Dünya prezidentlərinin xarakteri bir-bir incələndi.
Azərbaycan prezidentini «Xaç atası» filminin personajlarına bənzətdilər.
Neçə vaxtdır səbirsizliklə gözlənilən Astana sammiti başa çatdı. Liderlər yenə dil tapa bilmədilər. Bir-birini asıb-kəsdilər. Vətəndə bir daha yüksək səviyyədə müharibə çağırışları səsləndi.
AZADLIQDAN TİRANLIĞA, YOXSA XAOSDAN... AZADLIĞA?
Turqut Ərin «Azadlıqdan Tiranlığa» kitabının müzakirəsi qızışdı. Yerli TV-lər eynən bir vaxtlar Mehmed Ali Biranda etdikləri kimi, Turqut bəyi qara dairəyə aldılar. Ən maraqlısı, ötən seçkilərdə deputatlığa namizəd olmuş bir jurnalistin köşə yazısıydı. Kitabın adını dəyişdirib öz bildiyi kimi yazdı. «Xaosdan... Azadlığa».
AYO-çular Milli Kitab mükafatını boykot etdilər. Aləm qarışdı. Həmid Herisçi radiomuza «bir az tələsdik» dedi.
Cüdoçularımız Urmiyada 4 qızıl, 4 bürünc, 1 gümüş medal qazandılar. Madam Viki bu xəbəri də eşidilməz etdi.
«DİDDİKLƏRİM» SATIŞDADIR
Niyazi Mehdinin «Fəlsəfədən diddiklərim» adlı kitabı çıxdı. AzadlıqRadiosunun «Niyə diddiklərim» sualını hər zaman orijinallığı ilə seçilən tanınmış filosof belə cavabladı: «Dünya yaranandan deyilən ən məşhur fəlsəfi fikirləri didib bu kitaba saldım».
AzadlıqRadiosu Hacı Zeynalabdinin nəticəsinin Bakıya ilk gəlişini silsilə yazılarla işıqlandırdı. Amma xəbər bolluğu bu maraqlı olayı da kölgədə qoydu...
YENƏ «ƏLİ-NİNO»?
Betti Bleyer dünyaca məşhur «Əli və Nino» romanının 6 illik tədqiqatını başa çatdırdı. Romanın əsas müəllifinin Yusif Vəzir olduğunu, əlyazmanın hansı yollasa Əsəd Bəyin əlinə düşdüyünü, hətta sonuncunun romana folklorla bağlı bəzi yanlış əlavələr etdiyini açıqladı.
Müsavat Partiyasından qopmalar oldu.
Ölkədə «quş qripi» aşkarlandı.
Ayıların yığılışı davam etdi.
BDU--1951?
Bakı Dövlət Universiteti dünya universitetləri sırasında 1951-ci oldu.
Bakı dünyanın ən bahalı şəhərlərin siyahısında 29-cu yerdə qərar tutdu.
Bu həftə Bakı yolları yenə keçilməz olaraq qaldı...
«Gənclik dairəsi» istifadəyə verilməmiş avtovağzal yolu təmirə dayandı.
AzadlıqRadiosunun Bakı Bürosunun yerləşdiyi Cəfər Cabbarlı küçəsi ikitərəfli hərəkətə təslim oldu.
Heç birtərəfli hərəkətə dözməyən küçənin halı ürəkləri göynətdi.
İşdən çıxıb evə getmək müşkülə çevrildi. 10-15 dəqiqəlik ev yolumuz saat yarıma vurub çıxdı...
Onsuz da hövsələsiz avtobus sürücülərinin hövsələsi lap daraldı.
125 saylı avtobusun sürücüsü keçilməz yollardan, maşının içində az qala üst-üstə qalaqlanan adamlardan, göydən dolu kimi yağan maşınlardan bezib qışqırdı:
«ŞƏHƏR MONPASIYA DÖNDÜ Kİ, ALƏ...»
Bilməyənlərə bildirim ki, monpası Sovetlər dönəmində, daha düzü, II Dünya savaşından sonra kasıb Bakı dükanlarının vitrinini bəzəyən şüşə şirnilərə deyilirdi. Bu şüşə konfetləri bir dəmir qutuya yığıb, presləyirdilər. Xoş qoxusu vardı. Amma şirnilər sıxışdırıldığından onları bir-birindən ayırmaq çətin olurdu...
Odur ki, həftəsonu yazımı «Can Bakı monpasıya döndü» adlandırmaq istədim.
Sonra fikrimi dəyişdim. «Can» dediyim şəhəri incitmək istəmədim.
BİZ DƏ MONPASIYA BƏNZƏYİRİK...
Fikirləşdim ki, elə biz özümüz də illərdir monpasıya bənzəyirik.
Bir dəmir qutunun içində preslənmiş, sıxılmış vəziyyətdə yaşayırıq.
Nə vaxt açılacağıq, nə zaman ayılacağıq, dirçələcəyik bilinmir.
Elə isə monpasını niyə qınamalıyam?
MONPASININ GÜNAHI NƏDİR?
O monpası uzun illər ac sovet uşaqlarının yeganə sevincinə çevrilməmişdimi?
Onun günahı nədir?
Günah monpasıya döndürənlərdə,
monpasıya dönənlərdə,
monpasıya döndürülənlərdədir...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.