WikiAzərbaycan

Burda məntiq nədir?

2006-cı il dekabrın 20-də məxfi qrifli diplomatik teleqramında ABŞ-ın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Ceyson Hayland (Jason Hyland) yazırdı:

«İlham Əliyev ABŞ səfiri ilə söhbətində deyib ki, İran prezidenti Əhmədinejad Azərbaycan prezidentini xəbərdar edib ki, haradan vurulsa, oranı vuracaq. İlham Əliyev İrandan bu kimi hərəkət gözlədiyini deyib. Onun Xarici İşlər naziri Elmar Məmmədyarov da oxşar narahatlıq bildirib».

Teleqramın başqa bir yerində oxuyuruq:

«Elmar Məmmədyarov Amerika səfiri ilə söhbətdə deyib ki, onun fikrincə, İrana zərbə endirilsə, Azərbaycan hədəf olacaq».

Bunu «Wikileaks» indi açıqlayıb.

Bəs Eynulla Fətullayevi niyə tutdular?

Həm də Elmar Məmmədyarovun MTN-ə şikayəti əsasında ki, jurnalist terrorla hədələyir, Bakıdakı xariciləri qorxudur.

Terrorla hədələmə nə idi? Jurnalist yazırdı ki, Azərbaycan öz ərazisini İrana zərbə üçün Amerikaya versə, İran da Azərbaycanı vuracaq.

Eynulla Fətullayev öz yazısında eynilə İran prezidentinin Azərbaycan prezidentinə dediyini təkrarlayıb.

Və İran prezidentinin bu sözlərindən ABŞ səfirinə şikayətlənən Elmar Məmmədyarov həmin sözlərə görə jurnalisti məhkəməyə çıxartdırdı!

Burda məntiq nədir?

Bilən varsa, yazsın.