Bəlkə də, çoxlarınız bilmir, bu gün insanlığın həyatında önəmli bir günün 115 ili tamamlanır. 1895-ci il noyabrın 8-də alman fizik Vilhelm Konrad Rentgen «X» şüalarını kəşf etdi.
Bu kəşfə görə 1901-ci ildə Nobel mükafatı alan alimin şərəfinə sonralar bu şüalar «Rentgen şüaları» adlandırıldı…
Bu kəşf elmin inkişafına çox böyük təsir etdi. Şüalar bir az sonra tibbdə və texnikanın müxtəlif sahələrində istifadə olunmağa başladı. Rentgenologiya adlanan elm sahəsi yarandı. Bir anlığa təsəvvür edin ki, Vilhelm Rentgen bu şüaları «görə» bilməyəydi. Nə qədər insan faciəsi ilə üzləşəcəkdik, itkilərin sayı ikiyə, üçə qatlanacaqdı...
SEÇKİ CƏMİYYƏTİN ÜSTÜNƏ SALINAN RENTGEN ŞÜASIDIR...
Hər 5 ildən bir amansızlıqla bu şüalar cəmiyyətə tuşlanır. Və cəmiyyət necə var eləcə - bütün naqislikləri ilə görünür. Təxminən bir aydır ki, İTV-nin ekranından izlədiyimiz pulsuz «debatlar» bunun sübutu deyilmi? Ölkənin, Vətənin nə gündə olduğu, hansı potensiala sahibləndiyi bu müddətdə üzə çıxmadımı? Nə qədər güldüyümüzü, əyləndiyimizi xatırlayırsınızmı? (Kimə gülürsünüz?- özünüzə gülürsünüz - Mirzə Cəlil).
Boynunuza alın, ölkə TV-lərini başına alan hansı şou bu qədər tamaşaçı toplamış, bu qədər əyləndirmiş, müzakirə mövzusu olmuşdu?
MARALLARIM ...
Debatlara baxa-baxa ancaq bu sözləri xatırlayır və təkrarlayırdım - Marallarım! Əbdürrəhim bəy Haqverdiyevin düz 100 il öncə yazdığı «Marallarım» hekayəsi yadınızdadırmı? Heç nə dəyişməmişdi! Marallarım öz işindəydi.
Hətta ürəyin istəyən qədər danışığından utanmadan «debata girmək» cəsarətində bulunanlar vardı. Ürəyin istəyən qədər yaltaqlıq yarışına girənlər vardı.
Ölkəni, xalqın güzəranını az qala dünya səviyyəsinə qaldırmaq istəyənlər vardı. Yazıq marallarım! Yazıq millətim! Yazıq Vətən!Yazıq Azərbaycanım!
GÜNDƏ 60 MİLYON QAZANAN ÖLKƏ...
Neft gəlirlərindən gündə 60 milyon, ayda 1, 8 milyard, ildə 20 milyard dollara yaxın vəsait qazanan ölkə doğrudanmı belə yaşamalıdır? Onun pensiyaçısı 110 manat, həkimi 150 manat, müəllimi 200 manat almalıdır? Doğrudanmı, həmin həkim, həmin müəllim, həmin qaçqın qazancını unudub seçki günü kiminsə saxtakarlıq oyununa qoşulmalıdır? Doğrudanmı, onun kişisi göz görə-görə yarınmaqdan həzz almalıdır? Doğrudanmı, onun qadını avtobuslara doldurulub «karusel» oynamaqdan utanmamalıdır?
AZƏRBAYCAN QADINI, GÜNAHKAR SƏNSƏN!
Həmişə demişəm, yenə təkrarlayıram. Sənsən günahkar! Çünki ölkəni hörümçək toruna salanları sən doğmusan...Sən tərbiyə etmisən. Sən cəmiyyətə ötürmüsən. İndi məhsulunu dər!
Yenə deyirəm, «heç bircə dəfə öz balana parçalanmış Vətəndən söz açdınmı? Heç bircə dəfə rüşvətə, korrupsiyaya etiraz səsini ucaltdınmı?
Heç bircə dəfə övladını demokratiya dolaylarında gəzdirib, tolerantlıqdan, plüralizmdən, seçkidən, vətəndaşlıqdan danışdınmı? Seçkini məzlum-məzlum saxtalaşdırmağa yardım edən müəllim rəfiqəni, həkim bacını qınadınmı? Heç bircə dəfə evə haram pul gətirən ərinə «toy tutdunmu»? Heç bircə dəfə müdirinə gizli də yox, açıq-açıq yaltaqlıq edən ərini atıb getməyi dilinə gətirdinmi? Heç bircə dəfə igidin oğluna «başını dik tut, əyilmə! Yalana dözmə! Zəifi qoru! Güclünün yox, haqlının yanında ol!» – söylədinmi?»
Elə isə, məhsulunu dər!
POÇTLA GÖNDƏRİLƏN NOBEL MÜKAFATI
Vilhelm Rentgen uzun bir həyat yaşadı. Deyilənə görə, çox sadə və təvazökar bir adammış. Kaliforniya universiteti onu təkidlə işə çağırırdı. Amma o ömrünün sonunacan Münhen universitetində işləməyə davam etdi.
Bavariya prinsi onu elmdəki nailiyyətlərinə görə ordenlə təltif etmişdi. Bu orden ona dvoryan titulu, həm də soyadına «fon» əlavəsi verirdi. Rentgen bu titulu özünə gərəksiz hesab etdi... Hətta ona fizika sahəsində ilk Nobel mükafatı veriləndə, çox məşğul olduğunu bəhanə gətirib mükafatın təqdimat mərasiminə getmədi. Nəticədə mükafatı ona poçtla göndərdilər...
Və Birinci Dünya müharibəsində Almaniya hökuməti xalqa müraciət edib dövlətə pulla, qiymətli daş-qaşla kömək etmək xahişində bulunanda, Vilhelm Rentgen bütün olub-qalanını, hətta Nobel mükafatını da dövlətə bağışladı...
Vilhelm Rentgenin övladı yox idi. O 1923-cü ildə 78 yaşında xərçəngdən vəfat etdi. Onun adı 115 ildir ki, dünyanı gəzir. Bəşəriyyət onu həmişə minnətdarlıq hissi ilə xatırlayacaq.
DÜNYA NƏYİN ÜSTÜNDƏ DAYANIR?
Bütün bunları ona görə yazdım ki, dünyanın yaxşı adamlardan, düz adamlardan xali olmadığını yadınızda saxlayasınız. Hətta ətrafınızda yalana bürünmüş bir cəmiyyət, rüşvətə, korrupsiyaya bulaşmış bir mühit ğörsəniz də, dünyanı qınamayın. Özünüzə baxın. Ətrafınızı götür-qoy edin. Unutmayın! Dünya, haqqında danışdığım Vilhelm Konrad Rentgen kimi kişilərin üstündə dayanır.
Nəyin bahasına olur-olsun sərvət, ad-san, bahalı villalar, maşınlar, gün-güzəran, deputat mandatı qazanmaq istəyənlərin yox! Elə 100 il öncəki tariximizə boylanın. Dünyanı çiyinlərində saxlaya biləcək kişilərdən öz tariximizdə də görəcəksiniz...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.