Gürcüstan israrla NATO-nun qapılarını döyməkdə davam edir, üzvlük məsələsinin qeyri-müəyyən müddətə uzanmasına baxmayaraq başlıca hədəfinin Şimali Atlantika Blokunda yer almaq olduğunu gur səslə vurğulayır. Ermənistan Rusiya ilə hərbi strateji münasibətlərini inkişaf etdirir, Moskva ilə yeni anlaşmalar imzalayır, təhlükəsizliyini müttəfiqinin boynuna yükləyir, bu yolla silahlarını modernləşdirməyə çalışır.
Belə bir şəraitdə, yəni Cənubi Qafqazın iki dövləti müxtəlif istiqamətlərdə hərbi strateji seçimlərini müəyyənləşdirdiyi halda, bölgənin üçüncü dövləti Azərbaycanın neytral qalmaq imkanı varmı?
AZƏRBAYCAN NEYTRAL QALA BİLƏRMİ?
Müharibə vəziyyətində olduğumuz Ermənistan Rusiyanın hərbi dəstəyinə arxayındır və təmas xəttində toqquşmaların genişmiqyaslı hərbi əməliyyatlara çevriləcəyi halda Kremlin real köməyinə bel bağlayır. Müharibə başlayacağı təqdirdə ən azı Rusiyanın Gümrüdəki hərbi bazasındakı savaş təyyarələri boş dayanmayacaq.
1990-cı illərin başlanğıcında da belə olmuşdu. Azərbaycan ordusu işğal altındakı torpaqları ard-arda azad edərkən, vəziyyət qəfil qarşı tərəfin xeyrinə dəyişdi. Çünki Rusiya ordusu, silahları və kəşfiyyatı ilə Ermənistanın köməyinə yetişdi və cəbhədəki durumu müttəfiqinin xeyrinə dəyişdi.
Rusiya bu illərdə Azərbaycanla iqtisadi və enerji əməkdaşlığını genişləndirsə də, Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçi kimi görünməyə çalışsa da, dar gündə yenə Ermənistanın yanında yer alacaq.
Bunu Rusiya prezidenti Dmitri Medvedevin avqust ayında Yerevanda imzaladığı və yeni maddələrlə zənginləşdirilən hərbi anlaşma da sübut edir.
Odur ki, Azərbaycanın hərbi büdcəsi bütövlükdə Ermənistan büdcəsindən çox olsa da, müharibə başlayacağı təqdirdə Azərbaycan yenə Ermənistan-Rusiya tandemi ilə üz-üzə qalacaq. Bu səbəbdən Türkmənistandan fərqli olaraq Azərbaycanın hərbi təhlükəsizlik məsələlərində neytral qalmaq kimi seçimi yoxdur. Hərbi və təhlükəsizlik məsələlərində Azərbaycana dayaq olacaq tək dövlət Türkiyədir.
TÜRKİYƏ-AZƏRBAYCAN HƏRBİ-STRATEJİ ANLAŞMASI NƏ ZAMAN İMZALANACAQ?
Türkiyənin müdafiə naziri Vecdi Gönül bu həftə Azərbaycana səfər edib. Gönülü qəbul edən Azərbaycan prezidenti İlham Əliyev iki ölkə arasında əlaqələrin bütün sahələrdə, o cümlədən müdafiə sahəsində uğurla inkişaf etdiyini deyib. Dövlət başçısı Gönülün Bakıya səfərinin bu sahədə əlaqələrin daha da genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılacağına ümidvar olduğunu söyləyib. İlham Əliyev nitqinin sonunda Azərbaycan ilə Türkiyə arasında müdafiə sahəsində əməkdaşlığın bundan sonra da möhkəmlənəcəyinə əminliyini bildirib.
Bu yüksək sözlərin real əmələ çevrilməsinə ehtiyac var. Azərbaycan hakimiyyəti hələ ki, Türkiyə ilə hərbi-strateji anlaşmanın imzalanmasını lazım bilmir. Halbuki, türkiyəli rəsmilər istənilən an belə bir anlaşmanın imzalanmasına hazır olduqlarını söyləyirlər.
İlham Əliyev sentyabr ayında İstanbula səfəri zamanı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla Yüksək Əməkdaşlıq Şurasının yaradılmasına dair saziş imzaladı. Şuranın məqsədi iki ölkə arasında siyasi, iqtisadi və hərbi əməkdaşlığı daha üst səviyyəyə qaldırmaqdır. Şuranın müvafiq komitələri də fəaliyyət göstərəcək.
Ərdoğan Şuranın fəaliyyətini tənzimləmək məqsədilə oktyabr ayının əvvəllərində Bakıya səfər etməli idi, sonradan səfər bir-iki həftə sonraya təxirə salındı. Ancaq Türkiyənin Azərbaycandakı səfirinin açıqlamasından sonra bəlli oldu ki, Ərdoğanın səfəri heç bu il də baş tutmaya bilər. Bəziləri Ərdoğanın Azərbaycana səfərinin təxirə salınmasını Azərbaycanda parlament seçkiləri ilə əlaqələndirməyə çalışsalar da, bunun fərqli səbəbləri də ola bilər.
Bu səbəblərdən biri Azərbaycan hakimiyyətində təmsil olunan bir qrupun Türkiyə ilə müttəfiqliyi keyfiyyətcə yeni müstəviyə daşımaqdan çəkinməsidir. Bu qrup Ankaranın strateji müttəfiqlik yolu ilə Azərbaycana nəzarətini və təsirini artıracağından qorxur. Ona görə də viza məsələsində olduğu kimi Yüksək Əməkdaşlıq Şurasının konkret görkəm almasını ləngitməyə çalışırlar.
Ancaq bu məsələləri daha nə qədər uzatmat olar? İlham Əliyev “daxili prosedurlar” yekunlaşdıqdan sonra viza məsələsinin də həll olunacağını vəd edib, Yüksək Əməkdaşlıq Şurası ilə bağlı imzaladığı sənədə böyük əhəmiyyət verdiyini də söyləyib. Türkiyə rəsmi Bakının sözdən işə keçməsini səbirsizliklə gözləyir.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir