Rusiya prezidenti Dmitri Medvedev Dağlıq Qarabağ münaqişəsi və onun həlli yollarına marağını azaltmayıb. Kreml sahibi Azərbaycan və Ermənistan prezidentlərini bu il üçüncü dəfə bir araya gətirdib. Ancaq bu görüşlər münaqişənin həllini zərrə qədər də yaxınlaşdırmır. Əksinə, Ermənistan prezidenti Serj Sarkisyan bir sıra hallarda rusiyalı həmkarının dəstəyinə arxalanaraq əvvəlki razılaşdırılmış prinsiplərdən də geri çəkilir.
MOSKVANIN VASİTƏÇİLİYİ İŞƏ YARAMIR
Prezidentlərin son Həştərxan görüşündə qarşıduran tərəflər əsirlərin və meyitlərin dəyişdirilməsinə dair ortaq bəyannamə imzaladılar. Ancaq bu bəyannamənin mürəkkəbi qurumamış bölgədə atəşkəs yenə pozuldu, Azərbaycan bir hərbçisini itirdi. Medvedevin vasitəçiliyi ilə iyun ayında Sankt-Peterburq görüşündən sonra da belə olmuşdu. Görüşdən bir neçə saat sonra atəşkəsin pozulması halları intensivləşmiş, hər iki tərəfdən ölən və yaralananlar qeydə alınmışdı. Bütün bunlar ondan xəbər verir ki, Moskvanın vasitəçiliyi işə yaramır.
Medvedevin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri artıq ikinci ortaq bəyannaməyə imza atıblar. Birinci bəyannamə 2008-ci ildə imzalanmışdı. Azərbaycan və Ermənistan prezidentləri həmin bəyannamədə sülh prosesini sürətləndirəcəklərinə və atəşkəsə riayət etməyə boyun olurdular. Ancaq bu müddətdə nə sülh danışıqları irəliləyib, nə də atəşkəsə riayət olunub. Əksinə, bu iki ildə toqquşmalar intensiv xarakter alıb, hər iki tərəfdən onlarla ölən və yaralanan var. Odur ki, Həştərxan bəyannaməsinə riayət olunacağını söyləmək də çətindir. Separatçılar Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun meyitini qaytarmağa həvəsli deyillər. Onlar açıqlamalarında söyləyirlər ki, Mübariz İbrahimovun dəfn prosesi Azərbaycanda patriotik eyforiyanı bir az da artıracaq və buna görə meyiti qaytarmaq olmaz. Bizi separatçıların mövqeyi narahat etməməlidir. Bizi Rusiya prezidentinin elə ilk gündən erməni həmkarına Həştərxan bəyannaməsini pozmasına şərait yaratması narahat etməlidir.
LİSSABONDA NƏ OLMUŞDU?
Kreml sahibinin narahatlığı isə fərqlidir. Rusiya prezidentinin azərbaycanlı və erməni həmkarlarını növbəti dəfə bir araya gətirməkdə bir başqa məqsədi ATƏT-in bir ay sonrakı Astana zirvə toplantısının sakit və rəvan keçməsini təmin etməkdir. 1996-cı ildə ATƏT-in Lissabon sammitində əsl qalmaqal yaranmışdı. Ermənistan prezidenti yekun sənəddən Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli maddəsinin çıxarılmasına nail olmuşdu. Belə olan halda da Azərbaycan prezidenti ümumilikdə, ATƏT-in yekun sənədinin qəbuluna veto qoyacağını açıqlamışdı. Bundan sonra aləm bir-birinə dəymişdi. ATƏT-də qərarlar konsensus əsasında qəbul olunduğundan böyük dövlətlərin liderləri Ermənistan prezidentinə deyil, Azərbaycan prezidentinə təzyiq edirdilər ki, yekun sənəd qəbul olunsun.
Sonda Azərbaycan prezidenti ATƏT sədrinin adından yayılan bəyannamə qarşılığında veto israrından geri çəkilmişdi. Məcburiyyət xarakteri daşımayan həmin bəyannamədə 3 bənd var idi:
1. Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü;
2. Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarəetmə statusunun verilməsi;
3. Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təminatı.
ASTANADA NƏ OLA BİLƏR?
İndi Kreml ehtiyat edir ki, Azərbaycan prezidenti Lissabonda olduğu kimi, Astanada da Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli maddəsinin yekun sənəddə vurğulanmasına çalışsın. Bu isə növbəti Azərbaycan-Ermənistan qarşıdurmasına yol aça bilər ki, Kreml iki dövlət arasında seçim qarşısında qalmaq istəmir. Digər tərəfdən, Astanada Azərbaycan-Ermənistan gərginliyi Rusiya prezidentinin il yarımdakı fəallığının bir qara qəpiyə dəymədiyini üzə çıxaracaq. Ona görə də Medvedev Astanada onu gözləyə biləcək fiaskonun qarşısını almaq üçün Həştərxan bəyannaməsi vasitəsilə Azərbaycan və Ermənistan prezidentlərini gələcək qarşıdurmadan çəkindirməyə çalışır.
Belə olan halda Azərbaycan prezidenti İlham Əliyevin iki yolu var: o ya rusiyalı həmkarı ilə münasibətləri gərginləşdirməmək məqsədilə Astana zirvəsinin sakit və rəvan keçməsini əngəlləməməli, ya da əksinə, dünyanın diqqətini Azərbaycanın ərazi bütövlüyünə bir daha cəlb etmək üçün hətta veto hüququndan istifadə etməlidir. Seçim Azərbaycan prezidentinindir.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Astanada Azərbaycan-Ermənistan gərginliyi Rusiya prezidentinin il yarımdakı fəallığının bir qara qəpiyə dəymədiyini üzə çıxaracaq
Azərbaycan hakimiyyətində böyük sevinclə qarşılanan bu bəyannamə sonrakı aylarda gərəksiz kağız parçasına çevrilərək unuduldu. ASTANADA NƏ OLA BİLƏR?