Aristotel düzgün qoyulmuş sualı cavabın yarısı hesab edirdi. Bizim sualın cavabı yoxdur, deməli, ya biz sualı düzgün qoymamışıq, ya da ki bu ölkədə suallara cavab verməyi sevmirlər. Bunların hansı həqiqətə daha yaxındır? Çox güman ki, ikinci ehtimal, çünki buralar cavabsız suallar ölkəsidir, buna birinci dəfə deyil ki, əmin oluruq. Təsəvvür edin, hakim YAP-ın artıq 112 namizədi qeydiyyatdan keçib, bu, irəli sürülən namizədlərin sayından cəmi iki nəfər azdır. Amma digər partiyaların nümayəndələri hələ də dairə seçki komissiyalarının qapılarını döyməkdədirlər. Bəzilərinin üzünə isə artıq bu qapılar növbəti seçkiyə qədər bağlanıb, bu adamlar bu il seçki marafonuna qatıla bilməyəcəklər. Onlar o qədər adi adamlar deyillər, böyük əksəriyyəti müxalifət partiyalarının yüksək çinli məmurlarıdır. Görəsən nə baş verib? Bəlkə, müxalifət partiyaları və onların namizədləri o qədər zəifləyiblər ki, 450 imzanı toplaya bilmirlər? Ümumiyyətlə, on illərlə siyasətdə olan, bu vaxta qədərki bütün parlament seçkilərində iştirak edən adamların vur –tut 450 imzanı toplaya bilməməsinə inanmaq mümkündürmü? Çətin məsələdir. İlk öncə belə bir perspektiv o qədər də güman edilmirdi. Zənn edilirdi ki, əksər namizədlər qeydiyyatdan keçəcək və saxtalaşdırma hallarına seçkinin ən son mərhələsində təsadüf ediləcək. Amma belə olmadı. Lap əvvəlcə imza vərəqələrindən başladılar. MSK namizədlərə 15 vərəq verməyi tövsiyə etsə də, dairələr bu rəqəmi 10-11-ə endirdilər. Bəzi hallarda isə vərəqələri verməyi ümumiyyətlə yubadırdılar. Daha sonra qeyri – adi hadisə baş verdi – imza vermiş vətəndaşları öz imzalarından imtina etməyə sövq etdilər. Daha sonra isə imzatoplama prosesinə maneçilik törətməyə və s. başladılar. Təsadüfi deyil ki, Bakıdakı beynəlxalq təşkilatların nümayəndələri də seçkinin lap ilk mərhələsində qanun pozuntularının baş verdiyini etiraf edirlər. İndi nə baş verəcək? Əsas müxalifət partiyaları seçkiyə qatıla biləcəklərmi? Bu məsələ artıq bu günlərdə həllini tapmalıdır, çünki seçkinin qeydəalma mərhələsi bitmək üzrədir.
61 HƏLLEDİCİ NAMİZƏD
Bəlkə də, başqa bir halda bəzi namizədlərin bəri başdan qeydə alınmaması bu qədər narahatlıq doğurmazdı. Amma indi belə deyil. Bunun da bir neçə səbəbi var. Söhbət müxalifətin, həqiqətən də, güclü namizədlərindən gedir. Digər səbəb isə əlbəttə budur ki, müxalifət blokunun seçki kampaniyasını aparmağa real imkanları olması üçün onun 61-dən çox namizədi qeydə alınmalıdır. Qeydiyyatdan keçmiş seçki blokuna pulsuz efir vaxtı vermək nəzərdə tutulur. Müxalifət partiyaları üçün bu, çox böyük əhəmiyyət kəsb edir, çünki onların pullu efir vaxtı almaq imkanları məhduddur. Ona görə də 61-dən çox namizədin qeydə alınması vacibdir. Həm də müxalifət partiyaları üçün bu, bir prinsip məsələsidir. Böyük müxalifət partiyalarının seçkiyə blok kimi qatıla bilməməsi siyasi imicə və elektoratın ovqatına da müəyyən qədər ziyan vurur. Hakimiyyətin nəyə çalışdığı isə aydındır. Onlar müxalifəti bir təşkilat, qurum və institut kimi heç cür qəbul edə bilmirlər, çünki təbliğat çarxlarında artıq ölkədə müxalifətin olmadığını iddia ediblər. İndi rəsmi bir qaydada müxalifət partiyaları bu təbliğat tezislərinə «uyğunlaşdırılmalıdır»... Hər halda bir o qədər də çox gözləmək lazım gəlməyəcək, çünki oktyabrın 15-dən etibarən təbliğat mərhələsinə start veriləcək. Elə bu səbəbdən artıq çox qısa bir müddətdə müxalifətin seçkiyə blok kimi gedib – getməyəcəyi, daha kimlərin seçkinin növbəti mərhələsinə adlaya bilməyəcəyi məlum olacaq.
YAP DİGƏR PARTİYALARLA HƏMRƏYLİK NÜMAYİŞ ETDİRİR?
YAP-ın «blok məsələsi» artıq həll olunub. Əvvəldə qeyd etdik ki, bu partiya irəli sürdüyü 114 namizəddən 112-nin qeydə alınmasına nail olub. Pulsuz efir problemi də arxada qalıb. Əslində onların belə bir problemi heç bir vaxt olmayıb, çünki YAP ölkədə yeganə partiyadır ki, tədbirləri elektron KİV-lərdə işıqlandırılır, bütün rayonlarda qərargahları var. Amma bununla belə partiyanın icra aparatının rəhbəri bildirdi ki, əgər digər partiyalar pulsuz efir vaxtı almazsa, onda YAP –da efir vaxtından istifadə etməyəcək. Bu, görəsən nədir? Siyasi həmrəylik? Güman etmirik. Sadəcə, YAP artıq siyasi proses kimi seçkiyə ehtiyac duymur, insanların siyasiləşməsini istəmir. Məhz buna görə seçkinin müddəti bu qədər qısaldılıb, məhz buna görə ən müxtəlif maneələr yaradılır ki, seçki səssiz – səmirsiz və mümkün qədər çox qısa müddətə bitsin.
YAP artıq siyasi proses kimi seçkiyə ehtiyac duymur, insanların siyasiləşməsini istəmir. Məhz buna görə seçkinin müddəti bu qədər qısaldılıb, məhz buna görə ən müxtəlif maneələr yaradılır ki, seçki səssiz – səmirsiz və mümkün qədər çox qısa müddətə bitsin