Görən, İlham Əliyev bu dəfə Özbəkistandan nə gətirəcək? Bəlkə hava limanı daha bir Özbəkistan istehsalı olan təyyarə ilə zənginləşəcək? Axı, ötən dəfə Özbəkistandan təyyarə almaq haqda saziş imzalandı və tez bir zamanda təyyarə alındı.
İranın keçmiş şahı Rza Pəhləvi haqqında vaxtilə deyirdilər ki, o, uça bilən hər şeyi almağa həvəs göstərir. Bəlkə? elə İlham Əliyevin də uça bilən aparatlara qarşı xüsusi münasibəti var? Yox, heç də belə deyil, Azərbaycan prezidentini aviasiya ilə çox az şey bağlayır, sadəcə onunla Rza şah Pəhləvi arasındakı oxşarlıq ondan ibarətdir ki, keçmiş şah kimi neft indi də ona bədxərclik etməyə imkan verir və o, öz səfərinə siyasi məzmun vermək və İslam Kərimovla münasibətlərini bir az da yaxşılaşdırmaq üçün texniki göstəricilərinə görə digərlərindən geri qalan özbək təyyarələrindən daha birisini də almaqdan çəkinməz. Axı eyni cəsarət və çevikliklə o, uzaq Belarus diktatoruna da «maliyyə yardımı» etmişdi. Bəlkə Rza şah Pəhləvi də belə sərbəstliyə və azadlığa həsəd aparardı. Adam özünü belə əliaçıqlığın ölkə üçün hansısa xeyir verəcəyinə inandırmaq istəyir. Amma belədirmi?
ONLARLA KİÇİK DİKTATORUN RƏĞBƏTİNİ QAZANMAQDANSA...
Azərbaycanın sərvəti dünyanın bütün diktatorlarının könlünü almağa bəs edərmi? Güman etmirik, nəinki Azərbaycan, heç başqa bir dövlət də belə xəyala qapıla bilməz. Bu dünyada yüzdən çox avtoritar və totalitar rejimli dövlətlər var və bunların hamısını biri – birinə bənzəyən, biri – birinin sanki əksi olan diktatorlar idarə edir. Amma onların arasında çox az sayda hakim var ki, sözün əsl mənasında diktator sözünün mənasını doğruldurlar. Böyük əksəriyyəti və bəlkə də demək olar, hamısı anjaq öz millətinə qalib gələnlər, necə deyərlər, bir məhəllənin qoçularıdır. Siz dünya xəritəsinə diqqət edin. Dünya siyasətinə təsir etmək iqtidarında olan və təsir edən bircə dənə belə olsun diktatura yoxdur. Təkcə bir böyük dövlətdə – Çində avtoritar rejim hökm sürür. Qalanları hamısı demokratik dövlətlərdir. Təbii ki, İran, Şimali Koreya kimi yerində çabalayan dövlətlər də var, amma min şükür ki, onların əlləri özlərindən uzağa çatmır.
İlham Əliyev, həqiqətən də, öz ölkəsi üçün çıxışı yolları axtarsaydı, bu detala diqqət yetirərdi. O, Türkiyə ilə yaxınlıqdan ehtiyat edir, hətta viza rejimini ləğv etmir, amma Özbəkistanla münasibətlər qurmağa çalışır. Azərbaycana bu, lazımdırmı? Dünya tərəfindən təqdir olunmayan, rəğbət bəslənilməyən kiçik diktaturalarla dostluq və həmrəylik ölkəyə nə verə bilər? Axı bu xırda diktaturalar heç nəyi həll etmir! Onlar uzaqbaşı BMT-də səs verə bilirlər, amma bunu da edərkən də daha çox öz ağalarının, bəli, bu sözü yazmaqdan çəkinmək lazım deyil, öz ağalarının hüsnü – rəğbətinə uyğun səs verirlər. Rusiya desə ki, bu münaqişədə haqlı Azərbaycandır və onu müdafiə etmək lazımdır, böyük ehtimalla Özbəkistan buna səs verəcək. Başqa söz desə isə başqa cür hərəkət edəcək. Məntiq budur.
ASİYANIN KİM ÇEN İR MODELİ
Nə yaxşı İlham Əliyev Şimali Koreyaya səfər etmir? Şimali Koreya modeli əslində Asiyanın bir kəsimi və Qafqazın bir hissəsi üçün nümunəyə çevrilib. Təbii ki, söhbət siyasi quruluşdan - təkpartiyalı siyasi sistemdən, xarizmatik liderdən və s. gedir. Bilirsiniz, Kim Çen İr nə edib? Əvvəlcə yada salaq ki, Kim Çen İr Şimali Koreyanın başçısıdır. Hakimiyyəti atasından miras alıb, indi də öz yerinə oğlunu hazırlayır. Bu yaxınlarda hərbi xidmətdə olmamış 27 yaşlı oğluna general rütbəsi verib.
Tarixdə bizim tanıdığımız ən gənc general Napoleon Bonapart olub – gənc və kimsəsiz korsikalı bu titula 25 yaşında layiq görülüb. Kim Çen İrin oğlu Kim Çen Un isə sübut etdi ki, general olmaq üçün heç də hərbçi olmağa, xidmət etməyə ehtiyac yoxdur, bunun üçün prezident oğlu olmaq kifayətdir. Necə də İlham Əliyevin siyasi karyerasına bənzəyir? İnsanlar dəridən – qabıqdan çıxır, partiya yaradır, müsahibə verməyi öyrənir, mitinqlər keçirir, seçkidə iştirak edirdilər ki, heç olmasa bir seçki dövrü prezident olsunlar. İlham Əliyev sübut etdi ki, bütün bunlara ehtiyac yoxdur, sadəcə prezident oğlu olmaq kifayətdir ki, özün də prezident olasan. Lap Kim Çen Un kimi.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

İlham Əliyev sübut etdi ki, sadəcə prezident oğlu olmaq kifayətdir ki, özün də prezident olasan