Nəhayət ki, Yeni Azərbaycan Partiyası (YAP) da namizədlərinin siyahısını açıqladı. Prinsipcə, siyahı müəyyən mühakimələrə təkan verə bilərdi. Məsələn, onun vasitəsilə kimlərin daha deputat olmayacağını aydınlaşdırmağa cəhd etmək olardı. Amma müstəqil mətbuat bir qədər irəli gedərək daha bir siyahı dərc etdi və beləliklə ortalığa iki siyahı çıxdı – biri əsl, o birisi isə aldadıcı. İndi YAP-ın siyahısı sözün əsl mənasında «siyasi tapmacaya» çevrilib.
BABA–ATA–OĞUL–KÜRƏKƏN ZƏNCİRİ
Təbii ki, həm əsl, həm də aldadıcı siyahıdakı namizədləri nəzərdən keçirməklə bu il ən böyük ehtimallı xoşbəxt mandat sahiblərinin siyahısını tərtib etmək də mümkün idi. Elə buradaca ilkin bir qənaəti söyləmək yerinə düşər – vaxt ötdükcə hakimiyyətin «qohumlaşması», hakimiyyət budaqlarının sözün əsl mənasında «nəsil şəcərələri»nə uyğun qurulması prosesi intensivləşir, bir az keçəcək bu proses daha da otruşacaq və vəzifə pillələrində baba–ata–oğul–kürəkən zənciri yaranacaq.
Bu da təbiidir – hamı öz kürsüsünə şəxsi mülkiyyəti kimi baxır və bunu ancaq öz yaxınlarına əmanət edir. Bir vaxt ölkədə hakimiyyət «klanları»ndan çox yazılırdı. Bəlkə də bu yazılar prosesi bir qədər qabaqlamışdı, əsl «klanlaşma», qəbilə dövləti indi yaranır – ölkə siyasətini və iqtisadiyyatını bütöv ailələr nəzarətə götürür, nüfuz və mülk sahibi olan ailələr peyda olur. Dövlət qulluğu və siyasət ayrı–ayrı ailələrin imtiyazına çevrilir.
Bir dəfə Azərbaycandakı bu tendensiya ilə bağlı İlham Əliyevin özünə sual verilmişdi. O, bu tendensiyanı inkar etməmiş və suala Qandilər, Bhuttolar ailəsindən misal çəkməklə cavab vermişdi. Bəli, ona qalsa bu tendensiya Səudiyyə Ərəbistanında özünü daha çox biruzə verir, bəlkə oradan misal çəkmək daha yaxşı olardı?
Azərbaycanda qəbilə dövləti özünü artıq xarici qonaqlar üçün nəzərdə tutulmuş protokol qaydalarından təzahür etdirir – diqqət edin, görün, ilk öncə kimlər ziyarət edilir. Məgər Səudiyyə Ərəbistanında belə deyilmi? Burada etiraz oluna bilər ki, hətta demokratik Polşada iki qardaş prezidentliyə iddialı idi. ABŞ-da oğul–ata Buşlar var idi. Bunlar bizə də məlumdur.
SİYAHI MÜXALİƏTİN ŞANSI HAQDA NƏ DEYİR?
Bu arada müxalifətin də siyahısı dərc olundu. Təbii, burada söhbət AXCP –Müsavat blokundan gedir. Digər bloklar hələ açıqlama verməyiblər. Siyahı ilə tanışlıq ən azı kimin hansı dairədən namizəd olacağını aydınlaşdırmağa və bunu hakimiyyətin siyahısı ilə tutuşdurmaqla müəyyən qənaətlərə gəlməyə imkan verir.
Məsələn, dövriyyədə olan hər iki siyahıya görə 15 saylı birinci Yasamal dairəsindən YAP-ın namizədi Gülər Əhmədova olacaq. Müxalifətin bu dairədən namizədi isə İsa Qəmbərdir. Böyük ehtimalla söyləmək olar ki, parlamentin qapıları bu dəfə də İsa Qəmbərin üzünə bağlı qalacaq, çünki Gülər Əhmədova YAP-da nüfuzlu şəxslərdən biridir və güman ki, bu dairədə hakim partiya qətiyyən güzəştə getməyəcək.
AXCP sədri Əli Kərimli öz namizədliyini 31 saylı Suraxanı ikinci dairəsindən verəcək. Onun burada rəqibi Əhməd Vəliyev olacaq. Təəssüf ki, YAP-ın bu namizədi haqda heç bir məlumatımız yoxdur. Ola bilsin, o, bir o qədər də tanınmış siyasət adamı deyil. Amma o da var ki, düz üç parlament seçkisində İsa Qəmbər qətiyyən tanınmayan siyasət adamına uduzdurulub.
Ola bilsin, belə aqibət Əli Kərimli üçün də hazırlanır. Digər müxalifət adamları haqda da müəyyən mülahizələr söyləmək mümkündür, amma hadisələri qabaqlamağa ehtiyac varmı?
KİÇİK SÖZARDI
İnsanın yaddaşına həkk olan surətlər olur. Mənim yaddaşıma Türkmənistan parlamentinin şəkli həkk olunub. Şəklə baxan tək deyirsən ki, bu parlament deyil, nəsə tamam başqa şeydir. Azərbaycan parlamentarilərinin də qərbli libası və görkəmləri olmasaydı, lap Türkmənistan parlamentinin eyni olardı. Görünür, təsadüfi deyil, axı iki ölkəni təkcə dəniz ayırır...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Azərbaycanda qəbilə dövləti özünü artıq xarici qonaqlar üçün nəzərdə tutulmuş protokol qaydalarından təzahür etdirir – diqqət edin, görün, ilk öncə kimlər ziyarət edilir
Amma bunların Azərbaycandakı tendensiyaya heç bir dəxli yoxdur – oğul Buş atasından bir neçə il, iki seçki dövrü sonra prezident seçilmişdi, bəli, məhz seçilmişdi. Azərbaycanda isə hətta «parlament təyinatlı yox, seçkilidir» - deyəndə insanlar ironik tərzdə əllərini yelləyirlər, çünki qəbilə dövlətində parlament deyil, ən yaxşı halda «qəbilə başçılarının şurası» mövcud olur. Görək, bu tendensiya daha nə vəd edir?SİYAHI MÜXALİƏTİN ŞANSI HAQDA NƏ DEYİR?