Freyd nəzəriyyəsində nərgizlik (yunanca «narkiss» sözündəndir, rusca «nasissizm» deyilir) çox işlək, yəni türlü olaylara açım verən termindir.
Özü də o, mifoloji olanın terminə çevrilməsindən alınıb.
«NƏRGİZLİK» TERMİNİ ÜZRƏ «BİOQRAFİK» ARAYIŞ
Mifolojidə Nərgiz kimdir? Görünməmiş gözəlliyi olan bir gənc. Qadınlar onu sevirlər, o isə heç birinə baxmır. Sonda qadınların öcünü İlahə Nemesida belə alır: heç vaxt öz üzünü görməmiş Nərgizi elə edir ki, su üzündə şəklini görür və bu gənc doymadan özünə tamaşa edə-edə ölür.
Freyd termininin anlamını bu mifin iki özəlliyindən çıxarır. Birincisi, özünə aşırı heyranlıq, ikincisi belənçi heyranlığın adamı başqalarından, başqalıqlardan ayırdığı üçün pis hala salması.
AVROPANIN ÜÇ NƏRGİZİ
İndi Freydin söylədiyi deyimə baxaq. O açır ki, Avropa kültürü üç nərgiz təsəvvürünün dağılmasından ağır pərtçilik yaşamışdı. Onlardan birini Kopernik dağıtmışdı, çünki insanın əlindən varlığın mərkəzində durmaq ideyasını almışdı. O birini Darvin dağıtmışdı, çünki insanın meymundan törədiyini irəli sürmüşdü.
Freyd üçüncü narsistik ideyanın dağılmasını özü ilə bağlayır, çünki şüuraltını fundamental etməklə insanın öz şüuruna heyranlığını almışdı.
NƏRGİZLİKDƏN AÇILAN BƏZİ NƏSNƏLƏR
İndi insanda və millətdə nərgizliyi anladan bəzi nəsnələri çək-çövürə salaq. Baxın, insan öz tərindən başqalarının tər iyindən olan qədər iyrənmir. Nəinki özünün, heç ata-anasının da tər iyi onu diksindirmir. Çünki özü və ailəsi bir nərgizlik psixolojisində birləşir. Bu prinsiplə gənclər öz ayaq iylərini də duymurlar, halbuki başqalarının bu iydən ürəyi partlayır. Ancaq ilginci odur ki, insan yaşlandıqca bu iy nərgizliydən qurtulur. Görünür ona görə ki, uğursuzluqları üstündə özündən narazılığı artdıqca nərgizliyi də azalır. Azalan kimi isə ayağının, bədəninin pis iylərini burnu bilir.
Başqa örnək. Bir eksperiment aparın: özgəsindən eşitdiyiniz dayaz düşüncəni içinizdə öz sözləriniz kimi deyin. Görəcəksiniz ki, sizə elə də dayaz gəlməyəcək.
Güman ki, boş yerə niklər, ayamalar dalında gizlənib bloq yazılarına verilmiş ən axmaq kommentarilərin də faydası var: onlar müəllif nərgizliyini yavaş-yavaş dağıdırlar.
Müəllif nərgizliyi çox çətin qaçılan nəsnədir, ona görə də bu qədər yazıçı, çıxışçı öz tekstlərinin yaxşı olması ovsunundan qurtula bilmirlər. Qurtulanda isə başqa faciə, - yaradıcılıq böhranı başlayır. Kafka, Sveyq kimi yazarlar bu böhrana görə özlərini öldürüblər.
AZƏRBAYCAN NƏRGİZLİYİ
İndi keçək millətə. Bütün uluslarda bu və ya başqa dərəcədə nərgizlik var. Bu nərgizliyə görə də bizlər qonşuların dillərinə «qəcür-qücür dil» demişik.
Freydin verdiyi terminlə Azərbaycanı düşünsək, deyə bilərik ki, adamlarımızın «biz uşaqlarını, ailəni sevən millətik» inanışı tipik Azərbaycan nərgizliyidir. Bizim camaatın öyündüyü odur ki, uşaqlarımızın 30 yaşı olanda da yanımızda saxlayırıq. Ancaq iç üzünə baxanda aydın olur ki, bu mənəvi görünən halın «texniki», «mexaniki» səbəbləri var. Uşaqlarımızın ayrıca yaşayıb ev, maşın almaq, dolanmaq şansları olsaydı (Azərbaycan iqtisadiyyatı bu şansı versəydi), bir gün də yanımızda qalmazdılar və biz bununla asanca barışardıq. Deməli, bizdə nargiz öygüsünə səbəb olan bu hal əslində sosial-iqtisadı əlacsızlığımızdan doğur. Eləcə də ailəcanlıq nərgizliyinin kökündə duran başı aşağı, utancaq Azərbaycan qadını ideyası, onların ərsiz iqtisadi və mənəvi sərbəstlik şansı olsaydı, dağılardı. Bu baxımdan, Sabirin, Mirzə Cəlilin, Ağaoğlunun bir çox söylədikləri Azərbaycana ziyan vuran Azərbaycan nərgizliyini dağıtmaq üçün olub. İndiki halda bu nərgizlik həm qalır, həm də asanlıqla rusdilli, ingilisdilli olmağımızla pis kökə düşür. Ona görə də problemlə bağlı hələ çox incəlikləri açmaq olar.