Əgər siyasi mühitin hər iki cinahında – həm hakimiyyət, həm də müxalifət düşərgəsində bilavasitə namizədlərin siyahısının tərtib olunması ilə bağlı prosesləri istisna etsək, bu ölkədə hələ seçkini xatırladacaq hər hansı bir əlamətdar hadisə baş verməyib. Düzdür, elə bu günlərdə seçki prosesinə müdaxilə edəcək icra başçılarının cəzalandırılacağı bildirildi. Amma belə qərar 2005-ci ildə də verilmişdi və nəticəsi də bu olmuşdu ki, müxalifəti təmsil edən adamların qalib gəldiyi rayonlarda icra başçıları ciddi şəkildə cəzalandırılmış, bəzisi hətta vəzifəsindən kənarlaşdırılmışdı, halbuki bu qərar əvvəlcə bəzi beynəlxalq təşkilatlar tərəfindən seçkinin obyektivliyini təmin edəcək qərar kimi xüsusi qeyd edilmişdi.
İndi isə vəziyyət belədir ki, hakimiyyət partiyası YAP öz namizədlərinin siyahısını tərtib edib, müxalifət isə hələ məsləhətləşmələr aparır. Artıq prosesin başlanğıcı müəyyən irad və qeydlər üçün zəmin yaradır. Ölkədə seçki taktikası necə müəyyənləşir? Onun hansı elementləri nəzərə alınır? Bu suallar artıq indidən düşünməyə vadar edir, baxmayaraq ki, deyilən məsələlər daha çox şəffaf və ədalətli seçkilərdə özünü büruzə verir,
Azərbaycanda isə seçkinin necə keçirildiyi hamıya məlumdur. Amma ümid onadır ki, heç olmasa, bir neçə dairədə ədalətli və şəffaf seçki keçiriləcək, hətta belə halda seçki texnologiyasının bəzi detalları maraq kəsb etməyə bilməz.
SEÇKİ DAİRƏLƏRİNİ DƏYİŞMƏK OLARMI?
Bütün dünyada təcrübə belədir ki, konqresmenlər, parlamentarilər adətən illər uzunu eyni dairədən öz namizədliklərini verirlər. Bunun mənasını qeyd etməyə elə bir ciddi lüzum yoxdur, məsələ bundadır ki, namizəd bu proses vaxtı bir dairədə tanınır və onun seçicilərlə kontaktları yaranır, ünsiyyət və məsləhətləşmə prosesi asanlaşır. Hətta Uilyam Çörçill kimi siyasətçi bütün ömrü boyu eyni bir dairədən öz namizədliyini verib.
Bəs Azərbaycanda vəziyyət necədir?
Müxalifətin parlamentə obyektiv yolla seçilən namizədlərindən biri də Pənah Hüseyndir. O, 2005-ci ildə Sabirabadda qələbə qazanmışdı. Amma bu seçkidə Pənah Hüseyn öz namizədliyinin başqa dairədən veriləcəyini, əvvəlki dairədən isə Azərbaycan Xalq Partiyası sədrinin namizədliyinin irəli sürüləcəyini bildirir. İstənilən seçki texnoloqu bu qərarla bağlı tərəddüd edərdi, hərçənd Pənah Hüseyn deyir ki, o, təkcə Sabirabadı deyil, bütün Azərbaycanı təmsil edir. Hər halda bu qərar seçki texnologiyaları baxımından məqbul sayıla bilməz. Onu da qeyd edək ki, müxalifət də məsləhətləşmələrində bu cəhəti o qədər də nəzərə almır, əsas kimi müxalifətin siyasi blokunun dəstəyi götürülür və bu detal daha çox önə çəkilir.
Ancaq nəzərə almaq lazımdır ki, səsi müxalifət adamları verməyəcək, seçicilər verəcək və təbliğat – təşviqat mərhələsinin qısaldığı, müxalifətin zəif olduğu indiki mərhələdə bu detala xüsusi diqqət yetirmək lazımdır.
Digər müxalifət liderləri də məsələnin bu tərəfinə diqqət yetirmir, hər seçki vaxtı öz namizədliklərini verdikləri dairələri dəyişirlər. Onlar da daha çox bütün ölkədə tanındıqlarını əsas götürürlər, amma tanınmaq və seçilmək müxtəlif anlayışlardır, ölkədə tanınan adam çoxdur, fəqət, seçilən az olur. Hətta bəzi müxalifət nümayəndələri özlərinə o qədər arxayın olur ki, təbliğat kampaniyasını belə aparmır.
FOKUS QRUPLARI! ONLAR HAQDA NƏ BİLİRİK?
Seçki prosesinin mühüm elementlərindən biri də fokus qruplarıdır. Bunlar hansısa dairədən namizədin təbliğatını daha intensiv aparmaq üçün seçilən insan qruplarıdır. Hakimiyyət və müxalifət düşərgəsində bu məsələyə münasibət fərqlidir. Hakimiyyət üçün öz namizədini hansı dairədən vermək bir o qədər əhəmiyyət kəsb etmir. Amma onların da namizədləri fokus qrupları ilə işləmək məcburiyyətində qalır və bunun üçün öz resurslarından yararlanırlar. Müxalifət isə daha çox özünün yerli strukturundakı adamlara arxayın olur. Elə bunun üçün də seçki ərəfəsində birləşməyə və öz resurs potensialını tam səfərbər etməyə cəhd edirlər. Amma bunun da çatışmayan cəhəti var. Heç bir vaxt tam müxalif, ancaq müxalifət adamlarından və ya əksinə, ancaq hakimiyyət adamlarından ibarət dairə olmur, dairələr siyasi spektr baxımından rəngarəng olur. Belə vəziyyətdə tək müxalifət adamları ilə işləmək bir və qədər də effektli olmur. Ona görə də heç olmasa namizəd öz vəkilini seçərkən bu detala diqqət yetirməlidir.
İndi isə vəziyyət belədir ki, hakimiyyət partiyası YAP öz namizədlərinin siyahısını tərtib edib, müxalifət isə hələ məsləhətləşmələr aparır. Artıq prosesin başlanğıcı müəyyən irad və qeydlər üçün zəmin yaradır. Ölkədə seçki taktikası necə müəyyənləşir? Onun hansı elementləri nəzərə alınır? Bu suallar artıq indidən düşünməyə vadar edir, baxmayaraq ki, deyilən məsələlər daha çox şəffaf və ədalətli seçkilərdə özünü büruzə verir,
Hakimiyyət üçün öz namizədini hansı dairədən vermək bir o qədər əhəmiyyət kəsb etmir