«Bu ildən ali məktəblərdə rəqabətli tədris mühiti formalaşacaq»

Məleykə Abbaszadə

«Bu ildən ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiq olunması mütərəqqi addımdır və ali məktəblərdə tədris keyfiyyətinin yüksəlməsinə çox böyük təsir göstərəcək».

Bu barədə SİA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məlуekə Abbaszadə məlumat verib.

«Artıq bu ildən ali məktəblərdə rəqabətli tədris mühitinin formalaşacağını gözləmək olar. Hər bir ali məktəb dövlət sifarişi ilə qəbul olan, başqa sözlə daha bilikli abituriyentləri özlərinə cəlb etmək istəyəcəklər. Bu qrantlarla gələn tələbələr də artıq biləcəklər ki, onların maliyyələşməsi özlərinin təhsilinin səviyyəsindən asılıdır. Onlar ali məktəbdə yaxşı oxumağa, keyfiyyətli təhsil əldə etməyə çalışacaqlar. Əvvəllər ödənişsiz təhsil formasında oxuyan tələbələr çox zaman təhsilə ciddi, məsuliyyətli yanaşmırdı, fikirləşirdi ki, pulsuz qəbul olub, pis də oxusa valideyni təhsil haqqı ödəməyəcək. Ancaq indi tələbələr bu qrantı alıb və hər il ona layiq olduqlarını təsdiqləməlidirlər ki, dövlət onun təhsil haqqını ödəsin», - deyə o əlavə edib.