Azərbaycan elə ölkədir ki, hətta ən absurd sual belə qeyri- adi səslənmir, təəccüb doğurmur və qulaqları diksindirmir. Burada orijinal sual müəllifi olmaq heç kimə müyəssər olmayıb. Məsələ bundadır ki, bu ölkədə heç nə absurd səslənmir. Məsələn,
AMERİKALIYA DESƏN Kİ, GƏL KONQRESİ LƏĞV EDƏK,
rusa desən ki, Sibiri Çinə verək, almana desən ki, Almaniyanı yenidən iki dövlətə ayıraq, onlar sənə ağılsız və yaxud qeyri – ciddi adam kimi baxar. Amma Azərbaycanda vəziyyət fərqlidir, nə istəsən təklif edə bilərsən və ən maraqlısı isə budur ki, ən absurd təklifin belə tərəfdarı tapılır.
Elə başlığa çıxarılan sual da ancaq zahirən absurd görünür. Niyə?
«MÜHARİBƏ APARAN» ÖLKƏYƏ SEÇKİ LAZIMDIRMI?
Bir dəfə Milli Məclisdə Konstitusiyaya düzəlişlər ərəfəsində tamamilə ciddi şəkildə belə bir təklif səslənmişdi ki, parlamentə seçki keçirməyə ehtiyac yoxdur, çünki ölkə müharibə şəraitindədir, seçkilər çoxlu vəsait tələb edir, həm də izafi vaxt aparır. Məntiq belə idi.
Bu, bilmirik, oliqarxiya deyək, yoxsa plutokratiya, hər halda hər ikisinin tərəfdarlarının ağlına gələn ilk «orijinal» təklif deyildi. Onlar Konstitusiyaya təklif edilən düzəlişlərdən, necə deyərlər, ruhlanmışdılar. Özləri də başa düşürdülər ki, prezident seçkisi ilə bağlı iki dəfəlik məhdudiyyətin götürülməsi bir nəfərin qeyri – məhdud hakimiyyətinə yol açır. Buradan isə maraqlı nəticə alınırdı: əgər bir nəfər qeyri- məhdud müddətə prezident seçilə bilərsə, nazirlər, yüksək rütbəli məmurlar on illərlə öz vəzifələrində qalırlarsa, belə imtiyazdan deputatlar niyə istifadə etməsinlər?
Onları belə bir fakt maraqlandırmırdı ki, dünyada konstitusiya hüququ üzrə mütəxəssislər, bütöv ölkələr, eləcə də sadə seçicilər hətta deputatların seçilmək imkanlarını məhdudlaşdırmaq haqqında düşünürlər, çünki elə vəziyyət yaranır ki, eyni bir adam illərlə parlamentin üzvü olur, onun təbii rotasiyasına mane olur, başqalarının da parlamentə seçilmək imkanlarını məhdudlaşdırır.
HƏLƏ VAXTI YETİŞMƏYİB
Onları hətta belə bir fakt da maraqlandırmırdı ki, ölkə 1994-cü ildən atəşkəs rejimində yaşayır, müharibə bitməsə də, geniş miqyaslı hərbi əməliyyatlar aparılmır. Onları çox şey düşündürmürdü, fikirləri ancaq deputat kürsüsü və mandatı, bir də bunların verdiyi imtiyazlar üzərində cəmləşmişdi.
Xoşbəxtlikdən o vaxt bu təklif tam rezonans tapmadı, görünür, hələ vaxtı yetişməyib. Amma sonra cərəyan edən prosesləri diqqətlə nəzərdən keçirəndə görürsən ki, ötən müddət ərzində seçkinin ləğv olunması istiqamətində olmasa da, onun ciddi şəkildə məhdudlaşdırılması səmtində böyük iş aparılır.
YAP-I QANE ETMƏYƏN NƏDİR?
Bu hakimiyyətin nəyi olmasa da öz maraqlarını təmin edən hədəfləri düzgün müəyyənləşdirmək sahəsində müstəsna qabiliyyəti var. Əgər bunlar milli maraqlar naminə edilsəydi, indi ölkədə tamamilə fərqli mənzərə müşahidə edərdik.
Bir müddətdir ki, ardıcıl olaraq seçki prosesinin müddətini azaltmaqla məşğuldurlar. Son təkliflərə görə, seçkinin müddətini 75 gündən 60 günə qədər azaltmaq nəzərdə tutulur. Niyə belə edirlər?
SİYASİ KONTAKTLARA VAXT SƏRF EDİLMƏSİN
Seçki dövrü nisbətən də olsa siyasi fəallıq dövrüdür, baxmayaraq ki, efir vaxtı və siyasi aksiyalar keçirmək imkanları o qədər məhdudlaşdırılıb ki, ayrılan müddətdən də effektiv istifadə etmək mümkün olmur. Amma belə vəziyyət YAP-ı yenə də qane etmir. Çalışırlar ki, müddət maksimum qısa olsun, insanlar siyasi kontaktlara çox vaxt sərf edə bilməsinlər, ölkə özünün siyasi sükutunu pozmasın. Amma bu da hələ son deyil. Başqa nüanslar da var.
MİLLİ MƏCLİS – VARLILAR KLUBU
İnsanlar arasında təbəqələşmənin artması artıq siyasətdə də özünü təzahür etdirir – siyasət varlıların məşğuliyyətinə çevrilir. Seçki bütün dünyada böyük məsrəflər tələb edir. Amma oralarda vəziyyət fərqlidir, varlılar özlərini yox, müxətəlif siyasi partiyaların namizədlərini maliyyələşdirirlər, çünki iqtisadi elita ilə siyasi elita eyniyyət təşkil etmir.
Burada isə vəziyyət tərsinədir, bir az pulu və sərvəti olan adamın özünün açıq siyasi ambisiyası yaranır, deputat olmaq fikrinə düşür və rejim də bunu həm maliyyə axınının partiyalara, müstəqil siyasətçilərə yönəlməsinin qarşısını almaq üçün, həm də mövcud rejimi gücləndirmək üçün stimullaşdır, son nəticədə isə «bərabərlik» deyilən anlayış mifə çevrilir.
Budur, seçkinin təbliğat mərhələsini aparmaq üçün dövlətin vətəndaşlara ayırdığı vəsait də ləğv edilir. Bundan sonra kimin vəsaiti varsa, özünün təbliğatını apara biləcək, vəsaiti olmayan isə adicə seçici statusu ilə kifayətlənməli olacaq. Milli Məclis də sözün əsl mənasında varlılar klubuna çevriləcək, daha istisnalar olmayacaq...
AMERİKALIYA DESƏN Kİ, GƏL KONQRESİ LƏĞV EDƏK,
Əgər bir nəfər qeyri- məhdud müddətə prezident seçilə bilərsə, nazirlər, yüksək rütbəli məmurlar on illərlə öz vəzifələrində qalırlarsa, belə imtiyazdan deputatlar niyə istifadə etməsinlər?
rusa desən ki, Sibiri Çinə verək, almana desən ki, Almaniyanı yenidən iki dövlətə ayıraq, onlar sənə ağılsız və yaxud qeyri – ciddi adam kimi baxar. Amma Azərbaycanda vəziyyət fərqlidir, nə istəsən təklif edə bilərsən və ən maraqlısı isə budur ki, ən absurd təklifin belə tərəfdarı tapılır.
Elə başlığa çıxarılan sual da ancaq zahirən absurd görünür. Niyə?
«MÜHARİBƏ APARAN» ÖLKƏYƏ SEÇKİ LAZIMDIRMI?
Bir dəfə Milli Məclisdə Konstitusiyaya düzəlişlər ərəfəsində tamamilə ciddi şəkildə belə bir təklif səslənmişdi ki, parlamentə seçki keçirməyə ehtiyac yoxdur, çünki ölkə müharibə şəraitindədir, seçkilər çoxlu vəsait tələb edir, həm də izafi vaxt aparır. Məntiq belə idi.
Bu, bilmirik, oliqarxiya deyək, yoxsa plutokratiya, hər halda hər ikisinin tərəfdarlarının ağlına gələn ilk «orijinal» təklif deyildi. Onlar Konstitusiyaya təklif edilən düzəlişlərdən, necə deyərlər, ruhlanmışdılar. Özləri də başa düşürdülər ki, prezident seçkisi ilə bağlı iki dəfəlik məhdudiyyətin götürülməsi bir nəfərin qeyri – məhdud hakimiyyətinə yol açır. Buradan isə maraqlı nəticə alınırdı: əgər bir nəfər qeyri- məhdud müddətə prezident seçilə bilərsə, nazirlər, yüksək rütbəli məmurlar on illərlə öz vəzifələrində qalırlarsa, belə imtiyazdan deputatlar niyə istifadə etməsinlər?
Onları belə bir fakt maraqlandırmırdı ki, dünyada konstitusiya hüququ üzrə mütəxəssislər, bütöv ölkələr, eləcə də sadə seçicilər hətta deputatların seçilmək imkanlarını məhdudlaşdırmaq haqqında düşünürlər, çünki elə vəziyyət yaranır ki, eyni bir adam illərlə parlamentin üzvü olur, onun təbii rotasiyasına mane olur, başqalarının da parlamentə seçilmək imkanlarını məhdudlaşdırır.
HƏLƏ VAXTI YETİŞMƏYİB
Bundan sonra kimin vəsaiti varsa, özünün təbliğatını apara biləcək, vəsaiti olmayan isə adicə seçici statusu ilə kifayətlənməli olacaq. Milli Məclis də sözün əsl mənasında varlılar klubuna çevriləcək, daha istisnalar olmayacaq