Avropa Şurasının təmsilçisi Andres Herkel deyir ki, həbsdəki jurnalistlər azad olunsa, o, «Azərbaycanda inkişaf yoxdur» deməyəcək.
ABŞ dünyada söz azadlığının müdafiəsi üçün yeni qanun qəbul edib. Bunlar söz və mətbuat azadlığı ilə bağlı ən son olaylardır. Normal hökumət üçün bu siqnallar nəticə çıxarmaq və düzgün qərar qəbul etmək üçün artıq yetərli olmalıdır. Amma Azərbaycandan hələ soraq yoxdur.
Əvvəllər hamı demokratiya ilə bağlı beynəlxalq dəstəyin zəifliyindən gileylənir və ölkədəki vəziyyətin ağırlığını məhz bununla izah edirdi. Güman ki, artıq heç kim belə düşünmür, çünki beynəlxalq dəstək kifayət qədərdir. Bəs onda problem nədədir? Bu qədər müxtəlif və rəngarəng səylər niyə nəticə vermir?
Cavab sadədir və bu cavab elə beynəlxalq sənədlərdə öz əksini tapıb: ölkə vətəndaşlarının hakimiyyəti seçki yolu ilə dəyişmək imkanları məhduddur!
İlk baxışda bu, bir qədər anlaşılmaz və ziddiyyətli görünə bilər. Söz və mətbuat azadlığı hara, hakimiyyətin seçki yolu ilə dəyişməsi hara? Axı bunların nə əlaqəsi var? Əlaqə var. Əgər hakimiyyəti seçki yolu dəyişmək imkanları məhduddursa, onda bu hakimiyyət və onun davranışı demokratik normalarla müəyyən edilmir, insanların fundamental siyasi hüququ olan seçki hüququ hakimiyyətin formalaşmasında nəzərə alınmır və bütün bunların nəticəsi o olur ki, ölkədə mövcud olan hakimiyyət ictimai rəydən asılı olmur. İctmai rəydən asılı olmamaq isə elə ictimai qınaqlara məhəl qoymamaq deməkdir. Söz və mətbuat azadlığına beynəlxalq dəstək isə məhz ictimai qınaq kimi formalaşır. Beynəlxalq institutlar və demokratik dövlətlər hər hansı məsələyə ancaq münasibətlərini bildirə bilərlər. İctimai qınağı qəbul edən dövlətlər bu münasibəti nəzərə alır, Azərbaycan kimi nəzərə almayan dövlətlər isə ona məhəl qoymur. Problem bundadır.
İSTİFADƏ OLUNMAYAN DİNC MÜBARİZƏ ÜSULLARI QALIBMI?
Dünyada dinc mübarizə və etiraz üsullarının onlarla növü var. Yaxınlarda xəyalən Azərbaycanda onların hansından istifdə edilmədiyini müəyyən etməyə çalışdıq. Təsəvvür etmək çətindir. Son 17 ildə dinc mübarizə və etiraz üsullarının eləsi yoxdur ki, insanlar ondan istifadə etməsinlər. Hətta insanlar ağ parçadan «kəfən» geyərək etiraz etməyə çıxıblar. Təkcə son dövrdə gənclər nə qədər yeni mübarizə üsulları tətbiq ediblər? Amma bunlar heç bir nəticə verməyib. Burada insanları «barmaqla saymağı» sevirlər. Normal ölkədə iki-üç adamın etirazı kifayətdir, çünki orada siyasi fəlsəfə belədir ki, etiraz edən bir nəfər belə, artıq çoxluq deməkdir.
DEMOKRATİK MÜBARİZƏNİN BÖHRANI
Yaranmış vəziyyəti sözün əsl mənasında demokratik siyasətin və mübarizə üsullarının böhranı adlandırmaq olar. Yox, demək olmaz ki, bu üsullar heç bir nəticə verməyib. Yox, belə deyil. Əgər bu vaxta qədər nəyisə qoruyub saxlamaq mümkün olubsa, bu, məhz demokratik mübarizənin nəticəsidir.
Sadəcə, hakimiyyətin xüsusiyyəti elədir ki, o, qəsdən prosesləri ləngidir, onlara üzücü xarakter verir ki, insanlar bezsinlər, mübarizə meydanında ardıcıl olmasınlar: demək olar ki, eyni vaxtda bir neçə jurnalist həbs olunur, amma onlar azadlığa bir-bir, necə deyərlər, «hissə-hissə» buraxılırlar.
Burada başqa məqsəd də var. Hakimiyyət güzəşt etməyə məcbur olanda da özünü elə aparır ki, sanki heç kimdən asılı deyil, hansısa ictimai təzyiq nəticəsində deyil, məhz öz qərarı ilə «humanist addım» atıb.
Bütün bunlar siyasətin kasadlığı, yoxsulluğu təsəvvürünü yaradır. Elə hakimiyyətin də istədiyi budur. Onlar istəyir ki, insanlar bütün mübarizə üsullarını qeyri-effektiv hesab edib kənara çəkilsinlər. Etiraf edək ki, arabir bu «metod» nəticə verir. Xüsusən də müxalifət adamları «cəmiyyət süstdür», «bunlarla mübarizə aparmaq mümkün deyil» deyib gileylənməyi sevirlər. Ancaq bu, düzgün seçim və qərar deyil. Siyasi mübarizə tarixində elə insanlar olub ki, məhz ilk baxışda «yeknəsəq» görünən üsullarla hakimiyyəti yorub, son nəticədə onları güzəştə getməyə məcbur ediblər. Uzağa getməyək, belələrindən biri də elə M. Qandi olub.
Düzdür, nəticəsiz cəhdlər bir qədər ağır hiss və pessimizm yaradır. Elə burada demokratik mübarizənin bir resepti yada düşür. İctimai etirazlara «teatrallıq» veriləndə onlar ağır hisslər doğurmur, əksinə etiraz edənlərin əhvalını yaxşılaşdırır. Deməli, vəziyyət təsəvvür olunan qədər də çıxılmaz deyil. Çıxış yolu həmişə var, sadəcə onu axtarmaq lazımdır...

Hakimiyyətin xüsusiyyəti elədir ki, o, qəsdən prosesləri ləngidir, onlara üzücü xarakter verir ki, insanlar bezsinlər, mübarizə meydanında ardıcıl olmasınlar