Mayın 17-də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya bir günlük işçi səfəri zamanı çoxlarının gözlədiyi kimi qaz məsələlərinə dair paket Sazişinin imzalanması baş vermədi. Türkiyə baş naziri birgə mətbuat konfransında bu mövzuya toxunarkən bildirdi ki, tərəflər arasında bütün məsələlər üzrə anlaşma var.
Ancaq iyunun 7-8-də İlham Əliyevin Türkiyəyə rəsmi səfəri planlaşdırılır və qaz sazişinin də bu səfər çərçivəsində imzalanması planlaşdırılır. Öz növbəsində Azərbaycan prezidenti də hər iki tərəfin razılığa gəldiklərini açıqlayıb və əlavə edib ki, işçi qrup kiçik texniki məsələləri həll edən kimi saziş imzalanacaq.
Məncə, həqiqətən də tərəflər arasında elə bir anlaşılmazlıq yoxdur. Ona görə ki, artıq aprelin 26-da SOCAR və BOTAŞ arasında qaz məsələsinə dair paket Sazişi ilə bağlı Protokol imzalanıb və mayın 10-13-də Bakıda şirkətlərin ekspertləri texniki detalları müzakirə etmişdi. Bu baxımdan qaz Sazişinin İlham Əliyevin İstanbul səfəri çərçivəsində imzalanması DÜNYA üçün daha çox maraq kəsb edərdi, nəinki indi.
Bu gün (ola bilsin günlər) isə dünyanın diqqətində ən gözlənilməz məsələ İranın nüvə məsələsi ətrafında Türkiyənin verdiyi təkliflərin qəbul edilməsi və bundan sonra proseslərin necə inkişaf etməsi ilə bağlı mümkün mülahizələrdir. Sadəcə, dünyanın aparıcı KİV-lərinin xəbər başlıqlarına nəzər yetirsək bunun nə dərəcədə vacib olduğunu görə bilərik. Hətta Əfqanıstanda 43 nəfərin həyatına son qoymuş təyyarə qəzası belə diqqətdə deyildi.
ZİRVƏ TOPLANTISINA EHTİYAC VAR
Bu arada isə Bakıya gəlməmişdən öncə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız maraqlı təkliflə çıxış edib. O jurnalistlərə bəyan edib ki, rəsmi Ankara Azərbaycan qazının Avropa bazarlarına çıxarılması ilə bağlı bir zirvə toplantısına ehtiyac durur. Hətta bununla bağlı Yunanıstan tərəfi ilə də ilkin danışıqlar da aparıb. Təkcə qalıb zirvə toplantısının yerini müəyyənləşdirmək: bu ya İstanbulda, ya da Afinada yaxın zamanlarda gercəkləşməlidir. Bu tədbirə isə Azərbaycan, Türkiyə, Yunanıstan və İtaliyanın rəhbərləri qatılmalıdır.
Yəni buradan aydın olur ki, rəsmi Ankara və Bakı həqiqətən də Azərbaycan qazının Avropa bazarlarına çıxarılması ilə bağlı möhtəşəm bir plan hazırlamağa başlayıblar. Bunun kuliminasiya nöqtəsi isə təntənəli surətdə hər iki dövlət arasında qaz məsələlərinə dair paket Sazişinin imzalanması olacaq.
Qeyd edim ki, paket Sazişinə aşağıdakı məsələlər daxildir:
- «Şahdəniz»dən çıxarılacaq Azərbaycan qazının alışı üçün formulun müəyyən edilməsi;
- Türkiyənin öz ehtiyacları üçün alacağı qazın həcminin müəyyən edilməsi;
- ARDNŞ-ə müəyyən həcmdə qazı Türkiyə bazarında satmaq hüququ verilməsi;
- Azərbaycan qazının Türkiyədən tranzitinin şərtlərinin müəyyən edilməsi.
QAZIN ƏSAS HİSSƏSİ DÜNYA BAZARLARINA BAKI-TBİLİSİ-ƏRZURUM BORU KƏMƏRİ İLƏ NƏQL EDİLƏCƏK
Bu sənədlər imzalanandan sonra Azərbaycan «Şahdəniz» yatağının «Mərhələ 2» layihəsi çərçivəsində qazın alqı-satqısı barədə kommersiya danışıqlarına başlayacaq. Bundan sonra «Şahdəniz» səhmdarları «Mərhələ 2»yə $20 mlrd investisiya qoymağın məqsədəuyğunluğu barədə qərar qəbul etməlidirlər.
Əgər bütün planlaşdırılan işlər vaxtında icra olunsa, 2017-ci ilin əvvəli üçün «Mərhələ 2»dən maksimal həcmi ildə 16 mlrd m3 olmaqla qaz ixracı başlayacaq.
Azərbaycanla Türkiyə arasında qaz məsələsində ortaq maraqların tapılması o deməkdir ki, «Şahdəniz»dən hasil ediləcək qazın əsas hissəsi dünya bazarlarına Bakı-Tbilisi-Ərzurum (SCP) boru kəməri ilə nəql ediləcək. Çünki «Mərhələ 2»dən Azərbaycan qazının daha çox ehtimal edilən alıcıları bunlardır: Türkiyə (5 mlrd m3), Yunanıstan (1,5-2 mlrd m3), İtaliya (5-7 mlrd m3), Bolqarıstan (1 mlrd m3), Rumıniya (1 mlrd m3), Suriya (1 mlrd m3) və İordaniya (1 mlrd m3). Sonuncu iki ölkə 2009-cu ildə hökumət səviyyəsində müvafiq memorandum imzalayıb.
Hazırda SCP-nin buraxılış qabiliyyəti 8,2 mlrd m3-dir, amma modernləşəndən sonra (nasos stansiyalarının gücü artırılanda) o, ildə 20 mlrd m3 qaz nəql edə biləcək.
Ancaq iyunun 7-8-də İlham Əliyevin Türkiyəyə rəsmi səfəri planlaşdırılır və qaz sazişinin də bu səfər çərçivəsində imzalanması planlaşdırılır. Öz növbəsində Azərbaycan prezidenti də hər iki tərəfin razılığa gəldiklərini açıqlayıb və əlavə edib ki, işçi qrup kiçik texniki məsələləri həll edən kimi saziş imzalanacaq.
Məncə, həqiqətən də tərəflər arasında elə bir anlaşılmazlıq yoxdur. Ona görə ki, artıq aprelin 26-da SOCAR və BOTAŞ arasında qaz məsələsinə dair paket Sazişi ilə bağlı Protokol imzalanıb və mayın 10-13-də Bakıda şirkətlərin ekspertləri texniki detalları müzakirə etmişdi. Bu baxımdan qaz Sazişinin İlham Əliyevin İstanbul səfəri çərçivəsində imzalanması DÜNYA üçün daha çox maraq kəsb edərdi, nəinki indi.
Bu gün (ola bilsin günlər) isə dünyanın diqqətində ən gözlənilməz məsələ İranın nüvə məsələsi ətrafında Türkiyənin verdiyi təkliflərin qəbul edilməsi və bundan sonra proseslərin necə inkişaf etməsi ilə bağlı mümkün mülahizələrdir. Sadəcə, dünyanın aparıcı KİV-lərinin xəbər başlıqlarına nəzər yetirsək bunun nə dərəcədə vacib olduğunu görə bilərik. Hətta Əfqanıstanda 43 nəfərin həyatına son qoymuş təyyarə qəzası belə diqqətdə deyildi.
ZİRVƏ TOPLANTISINA EHTİYAC VAR
Bu arada isə Bakıya gəlməmişdən öncə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız maraqlı təkliflə çıxış edib. O jurnalistlərə bəyan edib ki, rəsmi Ankara Azərbaycan qazının Avropa bazarlarına çıxarılması ilə bağlı bir zirvə toplantısına ehtiyac durur. Hətta bununla bağlı Yunanıstan tərəfi ilə də ilkin danışıqlar da aparıb. Təkcə qalıb zirvə toplantısının yerini müəyyənləşdirmək: bu ya İstanbulda, ya da Afinada yaxın zamanlarda gercəkləşməlidir. Bu tədbirə isə Azərbaycan, Türkiyə, Yunanıstan və İtaliyanın rəhbərləri qatılmalıdır.
Hətta bununla bağlı Yunanıstan tərəfi ilə də ilkin danışıqlar da aparıb. Təkcə qalıb zirvə toplantısının yerini müəyyənləşdirmək: bu ya İstanbulda, ya da Afinada yaxın zamanlarda gercəkləşməlidir. Bu tədbirə isə Azərbaycan, Türkiyə, Yunanıstan və İtaliyanın rəhbərləri qatılmalıdır