«BMT-nin üçüncü ölkələrdən olan təmsilçiləri hətta müharibə nəticəsində dağılmış Yuqoslaviya şəhərlərinə bərəlmiş gözlərlə, heyranlıqla baxırdılar».
Bunu polşalı məmur BMT-nin və eləcə də digər beynəlxalq təşkilatların fəaliyyətində insan haqları və demokratiya ilə bağlı ara-bir nəzərə çarpan diqqətsizliyi və sayğısızlığı izah etmək üçün demişdi. Maraqlıdır. Görəsən, hazırda ATƏT-in sədri olan Qazaxıstan xarici işlər naziri Avropaya, onun siyasi atmosferinə, sosial – siyasi harmoniyasna, insanı heyran edəcək ritminə hansı gözlərlə baxır? Bu suala cavab vermək bir o qədər də asan deyil. Sadəcə onu qeyd edək ki, qazax ATƏT-ə, türkiyəli Avropa Parlament Assambleyasına başçılıq etməyə başlayanda qətiyyən sevinmədik. Bunu «etnik sayğısızlıq» kimi qiymətləndirmək lazım deyil. Məsələ bundadır ki, artıq Orta Asiya diktatorlarının fantaziyasına alışmışıq. Amma Nazarbayevin özünü qanuni şəkildə – parlament vasitəsilə «milli lider» adlandırmasını eşitdikdə təcrübəmizə rəğmən təəccübləndik. Elə tez də sakitləşdik, çünki öz təcrübəmizi yada saldıq. Söhbət nədən gedir? Nəyi nəzərdə tuturuq?
«ULU ÖNDƏR» EPİTETİNİ KİM FİKİRLƏŞİB?
Bunu bilmirik. Bildiyimiz budur ki, Heydər Əliyevin adı çəkiləndə istisnasız olaraq hamı əvvəlcə « ulu öndərimiz və ümumilli liderimiz» deyir. Düzdür, Qazaxıstanda olduğu kimi Azərbaycanda bunu təsbit edən qanun yoxdur, amma bu, pozulmaz qayda halını alıb, hamı – siyasətçilər, ziyalılar, teleradio aparıcıları belə deyir.
Bəzən özümüzü elə aparırıq ki, sanki Orta Asiya ölkələrindən öndəyik. Fəqət, belə deyil. «Türkmənbaşı sindromu» böyük bir siyasi arealı öz ağuşuna alıb. Azərbaycan da bu «siyasi areal»a daxildir. Adətən adam gülə – gülə irəli gedir, ancaq azərbaycanlılar gülə - gülə gerilədilər.
Bunun səbəbləri çoxdur. Bir səbəbi də mübaliğəsiz gözəl bədii əsər olan «Əli və Nino» romanında göstərilib. Azərbaycanlıların adından Əli xan Şərqi seçdi. Düzdür, bu seçim müəyyən qədər subyektivdir, çünki bu ölkənin və xalqın tarixində M.F.Axundov və ilk Demokratik Respublika fenomeni var. Amma nə etmək olar? Bu qədər səylərə baxmayaraq, Azərbaycan Avropa, azərbaycanlılar isə avropalı ola bilmirlər. Ola bilmirlər, vəssalam. Azərbaycanlılar Avropadan ancaq libası seçmişdilər, ancaq artıq bununla bağlı da tərəddüdlər yaşanır.
Orta Asiya ölkələri üçün Avropa bir ekzotikadır. Bu, aydındır. Üstəlik, bir qədər əski şablonlarla, əski terminlərlə danışılsa, bu xalqlar kapitalizm mərhələsini keçməmişdilər, feodalizmdən birbaşa sosializmə adlamışdılar. Bəs Azərbaycana nə olub? Məlum deyil. Sanki bu ölkəyə «cadu» ediblər.
Stabil orientasiya, istiqamət yoxdur. Daim vurnuxma, öz yerini tapa bilməmək, gah Şərqə, gah da Qərbə meyl etmək! Bunu bir özünü axtarış kimi səciyyələndirmək olardı. Ancaq bu vurnuxma nə az, nə çox, düz 200 ildir davam edir axı!
İTİRİLMİŞ MİLLİ İDENTİKLİK
Bu xalqı Heydər Əliyevdən çox idarə edən olmayıb. Hətta olsa belə, hər halda 30 il az vaxt deyil. Ona görə də mübaliğəyə varmadan demək olar ki, bu xalqın mentalitetində, yaşadığı milli sterotiplərdə mütləq Heydər Əliyevdən qalma izlər var. Otuz ildə nə itirilib? İndi az –qala reklam çarxına çevrilən « Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, azərbaycanlıyam» sözlərinə baxmayaraq, itirilən milli identiklikdir.
Bir qədər də izah etməyə çalışaq. Müxtəlif malların üstündə onun «markası» olur. Mallar bu «marka» ilə seçilir, bəyənilir. Təbii ki, millət, xalq təsərrüfat malı deyil. Amma millətin də bir «markası», reklam nişanı olur. Buna milli identiklik deyilir. Bax, uzun illər ərzində itirilən budur. Azərbaycanlıları fərqləndirən, onları seçdirən «reklam nişanı» yoxdur. Bəlkə də buna «milli möhür» demək daha düzgün olardı. Amma fərq etmir, əsas forma yox, məzmundur. Və əsas da odur ki, bu xalq hələ öz «tutum»una yetərincə məzmun verə bilməyib...