Minlərlə seçicinin və onlarla seçilmək istəyənin hüquqları pozulur. Müxalifət partiyalarına hətta seçki ərəfəsində aksiya keçirməyə imkan verilmir. Kimsə elə həyətindəcə «yoxa çıxır». Kiminsə haqqında internetdə əcaib şəkillər yayılır. Kimsə yazdığı yazıya, söylədiyi fikrə görə qeyri-siyasi maddələrlə məhkum olunur, məhbus həyatı yaşayır. Parlamentdə cəmi iki-üç nəfər olan müstəqil deputatlara söz vermir, hətta onlara qarşı opponentlik edirlər...
Nədənsə siyasət haqqında düşünərkən qeyri-ixtiyari olaraq bu fikirlər keçdi beynimizdən. Bunlar olanlardır, necə deyərlər, reallıqdır və real olaraq mövcud olanların bəlkə də heç ondan biri deyil, hələ çox söz demək olar.
Bu ölkədə siyasət belədir. Yox, təkcə bu ölkədə deyil, bir neçə ölkədə siyasi vəziyyət acınacaqlıdır. Siyasət, ümumiyyətlə, ziddiyyətli fenomendir. Təsəvvür edin, Nobel mükafatları sırasında ən çox mübahisə doğuran siyasətçilərə verilən mükafatlardır. «Siyasət çirkin məşğuliyyətdir, mən onunla məşğul olmaq istəmirəm!». Nə qədər belə deyən var?...
Doğrudan da siyasət nədir? Qaydasız döyüş, yoxsa başqa bir şey? Adi insanlara siyasətlə maraqlanmaq lazımdırmı? O, insanların həyatında hansı rol oynayır?
MAKİAVELLİ HƏMİŞƏ HAQLIDIRMI?
Ümumi rəy belədir ki, siyasət haqqında əsl sözü Makiavelli yazıb. Çox adam belə fikirləşir. Bəli, Makiavelli deyir ki, məqsəd vasitəyə bəraət qazandırır. Hamı onun bu sitatını xatırlayır. Amma hətta Makiavelli də siyasətin məqsədini, onun vasitəsindən ayırır, məqsədi uca hesab edir.
Bəs yüzlərlə kiçik məqsədlər uğrunda çarpışan siyasətçilər necə? Onlar üçün də hər bir vasitə məqbuldurmu?...Makiavelli bu suala cavab vermir. Ona görə ki, onun dövründə ancaq hökmdarlar mövcud idi, hökmdarlıq ambisiyaları ilə yaşayanlar yox! Onun dövründə bəzi insanlar hökmdar kimi doğulurdular, daha hökmdar olmaq üçün ən müxtəlif vasitələrə əl atmırdılar. Bəzi insanlar hökmdar olduqları üçün fərqli dünyagörüşünə sahib olurdular.
Məsələn, heç bir hökmdarın ağlına gəlmirdi ki, öz xəzinəsindən oğurluq etsin!... Makiavellinin vaxtında belə idi. İndi zaman dəyişib. Elə siyasət də azacıq olsa da dəyişib. İndi siyasət yekcins, birmənalı fenomen deyil, yaxşısına da təsadüf olunur, pisinə də. İndi hər şey rejimdən asılı olub. Elə rejimlər var ki, orada siyasət əxlaqi prinsiplərlə zənginləşib, elələri də var ki, orada siyasət elə əvvəlki klassik formasında qalıb...
Hər halda etiraf etmək lazımdır ki, siyasət abstrakt fenomen deyil. İndi başqa dövrdür. Elə «Siyasət necə olmalıdır?» sualına verilən cavab da fərqlidir. «İnsanlar necədirsə siyasət də elədir» - indi cavab belədir. Makiavellinin vaxtında siyasət bir nəfərin və yaxud məhdud bir qrupun məşğuliyyəti idi. İndi isə siyasətdə hər bir insanın payı var. Bəs onda onunla məşğul olmağa dəyərmi?
SƏN MƏŞĞUL OLMASAN...
Məntiq sadədir: «Sən siyasətlə məşğul olmasan siyasət səninlə məşğul olacaq». Və yaxud: «Hər bir xalq onu idarə edənlərə layiqdir»... Bunlar kifayət qədər məlum, hamıya bəlli olan mülahizələrdir. Onlarla razılaşmaq da olar, razılaşmamaq da. Amma sualdan qaçmaq mümkün deyil: «Siyasətlə məşğul olmağa dəyərmi?».
İnsanlar istəsələr də, istəməsələr də siyasət var və bir yel dəyirmanı kimi fırlanır. Güman ki, bu iştirak söhbəti çoxlarını çəkindirir. Hər şey isə sadədir. Bir var siyasəti özünə karyera edəsən. Hamıdan bu tələb olunmur. Biri də var ki, vətəndaş, seçici olasan. Bunlar fərqli şeylərdir. Adi bir həqiqət var. Vətəndaşlar siyasəti özləri formalaşdıranda o, gözlərə qeyri-adi formada, əcaib halda görünmür. Hər şey sadə olur. Siyasət güzgüyə çevrilir. Həmin güzgüyə baxıb hamı özünü görə bilər...