Çox vaxt deyirlər ki, insanlar heç nəyə inanmır. Amma bununla razılaşmaq olmur, bəla burasındadır ki, insanlar hər şeyə inanırlar. Hətta ən ağlagəlməz şeylərə!.. Təcrübə göstərir ki, bir çox hallarda biz insanlara atom və yaxud genetika əsrinin insanları kimi epitetlər yapışdırmağa tələsirik.
İnsan olduqca ziddiyyətli varlıqdır. Bəzən ən müxtəlif və mürəkkəb halların, tendensiyaların bir vücudda necə cəm olmasına təəccüb etməkdən başqa çarə qalmır. İlk baxışda hər şey sadədən də sadədir, təhsil və mövhümat, təhsil və nadanlıq, inkişaf və tənəzzül bir araya sığmır, birinin sferasının genişlənməsi o birisinin sferasının daralması deməkdir. Amma ali məktəbə qəbul ərəfəsində təhsilli şagird baxıcının yanına gedir ki, görsün, ali məktəbə qəbul olunacaq, ya yox! Eyni qayda ilə hamıya kələk gələn məmur da çətinə düşəndə baxıcının yanına qaçır. Bu sözləri siyasətçi və yaxud biznesmen haqqında da demək mümkündür. Təsadüfi deyil ki, lap yaxın vaxtlara qədər baxıcıların «siyasi proqnozları» qəzet səhifələrində ən çox oxunan materiallar idi. İndi bu mövzu efiri zəbt edib. Telekanalların ən sevimli mövzusu baxıcılar, ekstrasesnslər, hətta cinlər və şeytanlar olub.
Adam bu verilişlərə baxanda hansı əsrdə yaşadığını səhv salır, inanmaq olmur ki, indi 21-ci əsrdir. Qəribədir ki, bu verilişlər ən çox reytinq toplayan verilişlər sırasındadır. Bəs səbəb nədir?
İNSANLARI ÇAŞDIRAN NƏDİR?
Səbəb sadədir. İnsanlar çaşırlar. Ona görə ki, vaxtilə SSRİ-də yasaq olunan bir çox şeylər dünyada leqal şəraitdə mövcuddur. Bu, çox çaşdırıcı məqam kimi təsir göstərir. Sadə insanın məntiqi də sadədir:
«Əgər filan ölkə kimi inkişaf etmiş ölkədə bu, varsa və buna inanırlarsa, bizdə niyə olmasın və biz niyə inanmayaq?».
Göründüyü kimi, məntiq sadədir. Və bu sadə məntiq bir çox mətləbləri dolaşdırır. Xaricdə buna kimlər baxır, hansı auditoriya inanır? Əksəriyyətin bu suala cavabı yoxdur. Digər məqam isə efirin hələ də cəmiyyət arasında əlçatmaz olması, müəyyən nüfuza malik olmasıdır. Vaxtilə qəzetlərə də belə münasibət vardı. Amma qəzetlər çoxalandan, qəzet təsis etmək, ən başlıcası isə yazmaq «asanlaşandan» sonra insanlar başa düşdülər ki, qəzetdə yazılan hər şey doğru olmur, qəzetə yalan da yol aça bilər. Amma efir hələ öz gücündə qalır. Amma mənzərə artıq dözülməz həddədir. Baxıcılar, ekstrasenslər, cinlər, şeytanlar, «qar adamları», naməlum, elmə və cəmiyyətə məlum olmayan varlıqlar, qoroskoplar!.. Bəlkə də bu efirdəki nəsnələrin tam siyahısı deyil, siyahını bir az da uzatmaq olar.
Bəlkə də hakimiyyətin özünün efir məkanının çirklənməsi, bərbad olması ilə bağlı narahatlığı da bunun nəticəsidir. Ola bilsin, artıq onlar da hiss edirlər ki, bu, çox təhlükəli tendensiyadır. Amma günah özlərindədir. Efirə həqiqət, doğru söz və informasiya yol tapmayanda yalanın yol tapa bilməsi təsadüf deyil. Telekanallar insanları düşündürən tok-şoular, verilişlər hazırlaya bilmədiklərindən mövhumata üz tutur və nəticədə özlərini də, cəmiyyəti də aşındırırlar.
KEÇMİŞƏ QAYIDIŞ
İnsanlar adi bir mətləbi başa düşmək istəmirlər. Bütün bunlar artıq nə vaxtsa olub və bəşəriyyət onları adlayıb keçib. Aydın məsələdir ki, müasair təbabətdən əvvəl primitiv xalq təbabəti olub. Müasir astronomiyadan əvvəl astrologiya və münəccimlər olub, onlar qoroskoplar tərtib ediblər. Eyni sözləri baxıcılar, cadugərlər, ekstrasenslər, şamanlar haqqında da demək mümkündür. Bütün bunlar nə vaxtsa olub! Qədim Misirdə kahinlər olub, insanlar, hətta fironlar kahinlərə inanıblar. Amma indi Misirdə kahin var? Eləcə də şamanlar!.. Bunu deyəndə cavab bu olur ki, televiziyada göstərirdilər, yalan olsaydı, televiziyada göstərməzdilər... Bu da müasir efirin «hədiyyəsi». Sözün əsl mənasında «ağıldan bəladır», bəli, «ağıldan bəla»...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.