Çox maraqlı bir mənzərə müşahidə olunur Azərbaycanda. Son illər Azərbaycanın ümumi daxili məhsulu artdıqca, ölkə daxilində əhalinin istehlak etdiyi elektrik enerjisi, qaz və suyun miqdarı azalır.
Bunu onunla izah edirlər ki, birincisi, ölkədə əhali kateqoriyasından olan istehlakçılar üçün sayğac quraşdırılıb; ikincisi, elektrik enerjisi, qaz və sudan istifadənin qiymətləri artıb və nəhayət, əhali arasında maarifçilik işi aparılır (qənaətlə bağlı müxtəlif tədbirlər) – bütün bunlar ölkədaxili istehlakın azalmasına gətirib çıxarıb.
Statistik rəqəmlərlə götürsək, onda məsələ daha da aydınlaşar: son 2 ildə ölkədə elektrik enerjisindən istifadə 2.9 milyard kVt\saat, qaz istehlakı isə 1.5 milyard kubmetr azalıb.
Burada xüsusilə fərqlənən qrup əhali kateqoriyasından olan istehlakçılar olub.
Ancaq burada bir əmma yaranıb. Necəsə olub ki, ümumən ölkədəki istehlakçılar deyildiyi kimi, maarifləndirmə və sair yolla istehlakı azaltmağa meylli olduğu halda, dövlət büdcəsindən maliyyələşən qurumlarda bunun əksi müşahidə edilməyə başlayıb.
Uzun sözün qısası, hökumət bu günlərdə dərc edilmiş öz hesabatında bəyan edib ki, Azərbaycanda büdcə təşkilatları və müəssisələrinin kommunal xərcləri ilbəil artır. Əgər 2007-ci ildə büdcə təşkilatlarının elektrik enerjisi, istilik enerjisi, təbii qaz, su və rabitə xərcləri 116.4 mln manat idisə, 2008-ci ildə bu xərclər 123.1 mln manata, 2009-cu ildə daha 3.9% artıb.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, Azərbaycanın büdcə təşkilatları və müəssisələri 2009-cu ildə istehlak ediblər:
- 1 467.8 mln kVt/saat elektrik enerjisi (2008-ci ildəkindən 3.8% çox), qiyməti 88.1 mln manat;
- 168.1 min qkal istilik enerjisi (+ 8.7%), 3.3 mln manat;
- 97.4 mln kubmetr təbii qaz (+0.3%), 9.7 mln manat;
- 32.3 mln kubmetr su (+3.9%), 19.4 mln manat;
- rabitə xidməti 7.4 mln manat təşkil edib (+5.7%).
Bu xərclərin strukturunda elektrik enerjisi 68.9%, su 15.1%, təbii qaz 7.6%, rabitə 5.8% və istilik enerjisi 2.6% paya malik olub.
Ümumilikdə 2009-cu ildə büdcə təşkilatlarının elektrik enerjisi, istilik enerjisi, təbii qaz, su və rabitə xərcləri 127.9 mln manata çatıb.
Hökumət rəsmiləri xərclərin artmasına əsas səbəb kimi yeni strukturların yaradılmasını diqqətə çəkirlər. Ancaq reallıqda bunun kökündə kommunal xidmətlərdən nəzarətsiz istifadə durur.
Adətən, hökumətimizin təbliğat və təşviqat qrupu hərdən bildirir ki, bəs bu xalq hələ demokratiyaya çatmaq üçün yetişməyib, ona görə də inkişaf şüuruna görə dövlətdəki məmurların səviyyəsindən çox geridədirlər və bu baxımdan da yuxarıdakıların xalqı KAL halda harasa çatdırması mümkün deyil.
Ancaq hökumətimizin Statkomunun 2010-un əvvəlində dərc etdiyi materiallardan belə məlum olur ki, XALQ çoxdan müasir dəyərlərə yiyələnib (yəni böhran gəlməmişdən qənaətə keçib), MƏMURLAR isə elə bil dünyadan bixəbər həyat sürməkdədirlər – nəinki qənaət rejiminə keçə bilmirlər, hələ sadə vətəndaşların min bir əziyyətlə qənaət etdikləri enerjini artıqlaması ilə sərf etməkdədirlər.
Bəzi məmurların iştahası isə elə artıb ki, cəmi 2-3 il əvvəl inşa edilən dövlət obyektlərini indi söküb təzədən tikmək qərarına gəliblər. Neftin qiyməti artdıqca, onların söküb-tikmək arzusunun sərhədləri də artır. Mənimsə bircə arzum var: birdən yuxarıda Bakı Hava limanının yerini deyişmək arzusuna düşərlər (adətən Bakı «tolkuçka»ları həmişə aeroport yaxınlığında olublar, ötən ildən isə onlar Lökbatan yaxınlığına köçürülüblər), onda Əzizbəyov dairəsindən başlayan 250 milyon manatlıq yolun vəziyyəti nə olar.