«Nabucco» qaz kəməri layihəsi baş tutmaya bilər. «Nabucco» konsorsiumunun rəhbəri, Avstriyanın OMV şirkətinin neft-qaz bölməsinin sədri Verner Auli kifayət qədər təklif daxil olmazsa, layihənin ləğv olunacağını açıqlayıb. O deyib: «Biz dövlət şirkəti deyilik, kommersiya şirkətiyik. Təklif yoxdursa, boru kəməri də yoxdur». Auli yekun qərarın 2010-cu ilin sonunda veriləcəyini söyləyib.
İLHAM ƏLİYEVİN «NABUCCO» GİLEYLƏRİ
Davosda Amerikanın «Bloomberg» agentliyinə müsahibəsində Azərbaycan prezidenti deyib ki, Türkiyə ilə qazın qiymətlərinə dair iki ildir ki, davam edən mübahisə Azərbaycandan Avropa İttifaqına qaz ixracatının artırılmasını yubadıb.
İlham Əliyevin sözlərinə görə, «tranzit məsələləri həll edilməmiş qalır. Türkiyənin bizim qaz üçün təklif etdiyi qiymət bizi qane etmir, ona görə də belə bir vəziyyətdə irəliləyə bilmirik».
«Nabucco» kəmərindən danışarkən İlham Əliyev deyib ki, ««Nabucco» qaz layihəsində qaz təchizatını, istehsalçıları və maliyyələşməni təmin etmək üçün zəruri olan rəhbərlik çatışmır».
«Biz indiyədək bilmirik, bu lider kimdir, bu prosesi kim irəli aparmalıdır», - bunu Bloomberg televiziyasına müsahibədə prezident İlham Əliyev deyib.
«Qaz istehsalçıları və tranzit ölkələrlə danışıqları kim aparacaq? Bu qazın marketinqini kim edəcək? Qiymətlər necə olacaq? Bir sözlə, uzun müddətdir ki, kifayət qədər çoxlu suallar cavabsız qalır», - deyib İlham Əliyev.
Prezident Əliyev deyib ki, «Nabucco» layihəsi həddən çox siyasiləşdirilib. Eyni zamanda bir sıra ölkələr həm bu layihəyə, həm də potensial rəqib olan «Cənub Axını» layihəsinə dair öhdəliklər götürməklə qeyri-müəyyənlik yaradırlar.
«Azərbaycan «Nabucco» ilə bağlı bütün bu məsələlərin ciddi olub-olmadığını bilməlidir», - deyib İlham Əliyev.
«NABUCCO»ÇULAR ARADAN ÇIXMAQ İSTƏYİRLƏR?
İlham Əliyev Nabucco ilə bağlı çox tutarlı arqumentlər gətirib ki, bunu layihənin rəhbərləri məncə özlərində cəsarət tapıb təkzib edə bilməyəcəklər. Çünki, İlham Əliyevin qoyduğu problemlərə ekspertlər 2006-cı ildən müxtəlif beynəlxalq konfranslarda «Nabucco Pipeline» Şirkətinin icraçı direktoru c-b Reynhard Mitçekdən bu günə kimi tutarlı (mən deyərdim ki, ağlabatan) bir cavab ala bilməyiblər. O baxımdan da layihənin cari ildə qapanması təəccüblə qarşılanmamalıdır.
Əksinə təəssüf hissi ilə qeyd etməliyəm ki, Avropa kimi inkişaf etmiş bir qitədə bir qrup (onları «Nabucco»çular da adlandırmaq olar) sadəcə Avropa-Rusiya qarşıdurmasından istifadə edərək kommersiya marağına düşüblər və 7,9 milyard avroluq bir fantastik (iqtisadi səmərəsi bu günədək şübhə doğuran layihənin başqa adı ola bilərmi?) layihədən yararlanmaq (əsasən də beynəlxalq maliyyə institutlarının uzunmüddətli kreditlərindən, Azərbaycan və Türkmənistan kimi ölkələrin dövlət qarantiyalarından istifadə etmək və sair) niyyətində olublar. Ancaq dünyadakı maliyyə böhranı faktiki olaraq belə niyyətlərin üzərindən xətt çəkdi – çünki maliyyə məsələləri üzrə əməliyyatlar getdikcə sərtləşdirilir. Nəticədə, Xəzər bölgəsindən Avropaya UCUZ TƏBİİ QAZ gətirilməsi layihəsi sabun köpüyü kimi partlamağa meyl edir.
Məntiqə görə bu çoxdan belə olmalıydı.
Ona görə ki, «Nabucco Pipeline» gündəmdə olan aşağıdakı suallara cavab verə bilmədi.
Birincisi, Xəzər bölgəsi ölkələri Avropaya niyə ucuz qaz satmalıdırlar? Əgər avropalı istehlakçılar ucuz qaz ala bilməyəcəklərsə, onda niyə «Nabucco» kimi infrastruktur layihəsinə böyük kapital yatırmalıdırlar?
İkincisi, «Nabucco» layihəsinin gerçəkləşdiyi təqdirdə Türkiyə Avropa Birliyinin enerji təhlükəsizliyində başlıca ölkəyə çevrilsə də, Qərb onun AB-tə üzvlüyünə çox soyuq münasibət bəsləyir. Elə isə Türkiyə nədən AVROPANIN QIZDIRILMASINDA yumşaq tranzit tarifi siyasəti yürütməlidir?
Üçüncüsü, bu gün Qərb mətbuatının «Nabucco» layihəsinin gerçəkləşdirilməməsində Azərbaycan-Türkiyə qarşıdurmasını önə çəkməsi məgər Azərbaycana olan SEVGİninmi təzahürüdür?
«NABUCCO» DUMANI «ŞAH-DƏNİZ» LAYİHƏSİNİ TƏHLÜKƏYƏ ALIR
Bu baxımdan, «Bloomberg» agentliyinə müsahibədə Azərbaycan prezidentinin qaldırdığı məsələ - yəni Türkiyənin Azərbaycan qazının tranziti ilə bağlı təklif etdiyi qiymətlərin rəsmi Bakını qane etməməsi - bu çox tükürpərdici bir xəbərdir «Şah-dəniz» layihəsi iştirakçılarına.
Ona görə ki, əgər bu il də «Mərhələ-2» layihəsi təsdiq edilməsə, onda «Şah-dəniz» kimi mürəkkəb geoloji struktura malik yatağın işlənməsinə 20 milyard dollarlıq kapital yatırılmasında nə məntiq var?
Təbii ki, dövlət başçısı Davos kimi dünya iqtisadiyyatının problemlərinə həsr edilmiş bir mötəbər mərasim zamanı dünyada iqtisadi analiz sahəsində lider olan bir agentliyə bu kimi açıqlama verirsə, deməli mövcud problemlərin yaxın vaxtda həlli o qədər dumanlıdır ki, İlham Əliyev bunları açıqlamağı vacib bilib.
AVROPA AZƏRBAYCAN QAZINA LAQEYDDİR?
Mən artıq bir neçə dəfə belə bir məsələyə diqqət yetirmişəm ki, Avropa faktiki olaraq Azərbaycan qazının alınmasına diqqət yetirmir və bu günə kimi Azərbaycanla kommersiya danışıqlarına belə başlamayıb. Belə soyuq münasibət isə təbii ki, rəsmi Bakını narahat etməyə bilməz. Məncə, elə bu baxımdan da yanvarın 21-də Azərbaycan qazının Rusiyaya 2011-ci ildən ixracının 2 dəfəyədək artırılması haqda razılaşmanın əldə edilməsi bunun bariz nümayişidir.