Azərbaycan və Qarabağ

Şuşa

Azərbaycan əldən getdi,
Qarabağı ala-ala...

...91-ci ildə müxalifətlə hesablaşan hakimiyyət vardı və ya hakimiyyəti özü ilə hesablaşdıran müxalifət vardı (kim hansı variantı istəyir, onu da seçsin).

Dedilər, belə zəif hakimiyyətlə Qarabağı almaq olmaz. Dalından dəydilər.

Yeni hakimiyyət gələndə, bilinmirdi xalq harda qurtarır, hakimiyyət harda başlanır.

Dedilər, dünən avtobusda bizimlə gedən indi nazirdir, belələri ilə Qarabağı almaq olmaz.

Bu hakimiyyətin də dalından dəydilər.

Dedilər, bizə eləsi lazımdır ki, Qarabağa öz torpağı kimi baxsın. Gözünə döndüyümüz yeni hakimiyyət dedi «Qarabağ da bizimdir, neft də bizimdir, qaz da bizimdir».

Soruşmağa utandılar, «biz» deyəndə hakimiyyət kimi nəzərdə tutur?

Tək səsini çıxardan hamının ağız büzdüyü müxalifət oldu. Onda da hakimiyyət dedi, elə müxalifət də bizimdir, «istərik sevərik, istərik dövərik».

İçəridən ala-ala gedirlər, qırağa verə-verə...

Nefti verdilər, Qarabağı ala bilmədilər.

İndi qazı verirlər, ala bilmirlər...

...1991-ci ildə mən Xəzər dənizinin ən yaxşı yerində havayı çimmişdim. Bu yay həmin yerdə məndən pul almamış dənizə yaxın buraxmadılar...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.