Bənənyar kəndində daha bir faciə baş verib. Aşura günü yerli əhali ilə polis arasında yaranan qarşıdurma bir nəfərin özünü yandırması ilə nəticələnib və ondan çox adam polis tərəfindən saxlanılıb. Yayılan xəbərlərə görə özünü yandırmaqla hədələyən Bənənyar sakininə kibriti elə polis işçisi uzadıb. Yəni “yandır, görüm necə yandırırsan”. Naxçıvan rəhbərliyinin izahatı? Özünü yandıran adam və onun bütün qohum-əqrəbası ruhi xəstə olub; AXCP-nin “qeyri-qanuni hərbi dəstəsi” vəziyyətdən sui-istifadə edib. Bu Naxçıvanda baş vermiş ilk belə insident deyil. Daha öncə iki dəfə yerli əhalinin Türkiyəyə və Türkiyədən mal keçirməsi eyni tipli qarşıdurma ilə nəticələnib. Bir dəfə isə yeni il ağacı işıqlarına görə dava düşüb, xeyli adam həbs olunub, bir nəfər isə ruhi xəstə elan olunub, bir müddət ümumiyyətlə itib, sonra isə tapılıb, amma daha sakit durub.
Vasif Talıbovun Bakıdan Naxçıvana gələn siyasətçiləri, QHT nümayəndələrini təyyarəyə otuzduraraq geri göndərməsi, Naxçıvanda Nuh peyğəmbərə dair “elmi-praktiki” konfrans keçirməsi, sağlam adamları tutduraraq ruhi xəstə adı ilə zorla xəstəxanaya göndərməsi, işıq pulu verməyənləri ağaca bağlayıb döydürməsi, insanları sovet dövründə olduğu kimi güclə iməcliyə çıxarması, Naxçıvanda bütün əsas küçələri video-kameralarla bəzəyib insanların total nəzarətdə saxlanılması görüntüsünü yaratması və daha nələr artıq bir nəfərin eksentrik idarəçiliyi kimi qələmə verilə bilməz. Ya Azərbaycan hakimiyyəti rəsmən etiraf etməlidir ki, Vasif Talıbov üzərində heç bir nəzarətləri yoxdur, ya da bu bölgədə baş verənlərə görə öz məsuliyyətlərini olduğu ölçüdə qəbul etməlidirlər.
Proses isə əksinə gedir. Azərbaycan bölgələrinin və Bakının özünün belə “Naxçıvanlaşması” prosesi gedir. Məsələn, “iməclik” praktikasının artıq Bakıda tətbiq olunduğu xəbərləri var. Azadlıq qəzeti redaktoru Qənimət Zahidin, onun qardaşı Mirzə Sakitin, bloqçu gənclər Adnan Hacızadə və Emin Millinin açıq-aydın, gizlədilməyən bir şəkildə şərlənməsində Naxçıvan təcrübəsinin izlərini görməmək çətindir. Eynulla Fətullayevin işinin Avropa məhkəməsində baxılması ərəfəsində həbsxanada onun ayaqqabısından narkotik maddə “tapılması” həm Azərbaycan xalqına, həm də beynəlxalq ictimaiyyətə bir mesajı verir: Əcəb edirik! Əlimizin içindən gəlir! Eynilə Vasif Talıbovun idarəçilik metodunu xatırladır.
Artıq baş verənlərə hər-hansı bir məntiqi izah tapmaq mümkün olmur. Naxçıvan nümayəndəliyinin bəyanatını oxuyanda adamda şübhə yaranır ki, bu bəyanatı yazanların heç olmasa özləri orada yazılanlara inanirlar. Yerli əhali ilə bu cür davranış o qədər tipik hal alıb ki, bəziləri elə belə də yazır: Nə gözləyirdiniz? Üzr istəyəcəkdilər camaatdan? Nə deməliydilər onu da dedilər. Orası elədir, amma...
AMMA
Baş verənlər dərin siyasi prosesdən xəbər verir. Uzun müddət Azərbaycanda iqtidar-müxalifət, hökumət-xalq münasibətləri müəyyən oyun qaydaları çərçivəsində gedirdi. Ağ yalan, açıq böhtan əvəzinə hökumət mövcud qanunlar çərçivəsində mürəkkəb əməliyyatlar qururdu ki, həm öz hakimiyyətinin möhkəmliyini təmin etmiş olsun, həm də eyni zamanda proses sakit, mükün qədər konfliktsiz, qarşıdurmasız keçsin. Müxalifətdə isə belə bir fikir yaranırdı ki, mövcud qanunlara istinad edərək bu hökumətlə mübahisə etmək olar, onu nəyəsə inandırmaq olar. Məsələn, seçkilər vaxtı müxalif partiyalar qanun pozuntularına dair bol-bol protokollar, seçki pozuntularına dair aktlar toplayırdılar ki, mövcud iqtidarla qanun müstəvisində mübarizə aparsınlar. Müxalifət liderlərinin çıxışlarında da bir ifadə daim öz əksini tapırdı: “Qanun imkan verdiyi çərçivədə öz mübarizəmizi aparacağıq”. Həmin bu “qanun çərçivəsi” həm iqtidar, həm müxalifət, həm də xalq üçün bir növ oyun qaydalarını təşkil edirdi. Zaman-zaman bu oyun qaydalarının iqtidar və hökumət tərəfindən pozulduğunu nəinki yerli siyasi müşahidəçilər, hətta nüfuzlu beynəlxalq təşkilatlar belə etiraf edirdilər. Amma bütün hallarda bir oyun qaydaları var idi. Hökumət müxalifəti və xalqı inandırmağa çalışırdı ki, bu oyun qaydalarına hörmətlə yanaşır; müxalifət və xalq isə inanırdı ki, yetərincə fakt toplayıb hökumətə yaxşıca sübut eləsə ki, oyun qaydaları ədalətli deyil hökuməti inandırmaq olar ki, daha ədalətli oynasın. Qısaca ümumiləşdirsək Azərbaycanda dar çərçivəli, inkişaf etməmiş də olsa, müəyyən bir sivil siyasi proses var idi.
YENİ QAYDALAR
İndi Azərbaycan cəmiyyətinin şok vəziyyətində izlədiyi dəyişikliklər budur ki, ölkədə oyun qaydaları ümumiyyətlə aradan götürülür. Artıq “qanunun imkan verdiyi çərçivə” deyilən bir şey qalmayıb ortada. Naxçıvanda baş verən laborator sınaqlardan sonra Bakıda belə tətbiq olunan yeni üsullarla iri müxalif qəzetin – Azadlıq qəzetinin baş redaktoru həbs olunur: küçədə gedən qıza “söz atıb” dava salıbmış. Qardaşı narkotik ittihamı ilə həbs edilir. Artıq həbsxanada olan daha bir redaktorun həbsxanada üstündən “narkotik tapılır”. Pasifist gənclər əvvəl döyülür, sonra isə həbs olunur. Bələdiyyə seçkilərini faktiki olaraq müxalifətin iştirakı olmadan başa vuran hökumət bu il parlament seçkilərinə hazırlaşır. Baş verənlər - Bənənyar hadisələri də bunun bariz nümunəsi kimi göstərir ki, artıq hakimiyyətdəkilər nə xalqı, nə də müxalifəti heç nəyə inandırmağa çalışmırlar. Xalqın və müxalifətin də təəccübdənkənar reaksiyası onu göstərir ki, artıq onlar da hakimiyyəti nəyəsə inandıra biləcəkləri mümkünlüyünə inanmırlar.
PASSİVLİKDƏN SONRA
Əhalinin baş verən zorakılıqlara qarşı indiki passivliyi qeyd etdiyim “qaydalı oyun”-dan “qaydasız oyun”-a keçidin ötəri bir təzahürüdür. Əhali və müxalif siyasi qüvvələr ətalət üzrə qanuna istinad edib hələ də qanunla mübarizə aparmağa çalışırlar. Məsələn mitinq keçirmək üçün hələ də mərkəzi hakimiyyət qurumlarına müraciət edirlər, mətbuat konfransları keçirirlər, hüquqlarını pozanları məhkəmələrlə hədələyirlər. Lakin bütün bunlar ötəridir. Başı divara vurmağın da bir həddi var. Sivil siyasi proses özünü bankrot edib siyasi səhnədən çıxanda isə ortada ancaq bir amil qalacaq – lüt və cilova gəlməyən güc. Ən azı beynəlxalq təcrübə onu göstərir ki, bu sistemə keçid hökumətin daim bir qapıya oynayacağı anlamına gəlmir. Elə oyun qaydaları, demokratiya imitasiyası da Heydər Əliyevə məhz bu təhlükədən sığortalanmaq üçün lazım idi. Hələ ki, asi olan insanlar ölkədən qaçırlar, özlərini yandırırlar, intihar edirlər. Bu vəziyyətin elə belə də davam edəcəyini güman edib məmur zülmünə bir sərhəd qoymamaq sadəcə olaraq məntiqi inkar etmək deməkdir.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Indi Azərbaycan cəmiyyətinin şok vəziyyətində izlədiyi dəyişikliklər budur ki, ölkədə oyun qaydaları ümumiyyətlə aradan götürülür...