İlin əvvəli həmişə proqnoz xarakterli olur, il ərzində baş verəcək hadisələr, onların ehtimalı haqqında fikirlər söylənir. Belə mühüm hadisələrdən biri də Qarabağ problemidir. Ən müxtəlif fikirlərə görə, bu il Qarabağ probleminin həlli üçün ciddi sınaq ilidir. Analitiklərin fikrincə, 2010-cu ildə problemin həlli üçün məqbul yollardan biri seçiləcək, ya sülh, ya da hərb yolu istifadə olunacaq.
Hərb yolunun ehtimalı haqqında daha çox fikirlər səslənir. Bunun səbəblərindən biri dövlət rəsmilərinin çıxışlarında getdikcə hərbi ritorikanın daha çox yer almasıdır. Elə buna görə də artıq indidən ciddi suallar yaranır.
Azərbaycan hərb yoluna müraciət edə bilərmi? Əgər müraciət edərsə nə baş verər? Müharibə ehtimali o qədər də böyük olmasa bu ehtimal da araşdırılmalıdır.
RUSİYA NECƏ REAKSİYA VERƏCƏK?
Azərbaycanda hələ də bir çox proseslər öz adı ilə çağırılmır. Qarabağ problemindən söz düşəndə Rusiyanı unutmaq mümkün deyil, çünki onun yaranmasında və indiki vəziyyətə gəlib çıxmasında Rusiyanın böyük rolu olub və indi də var. Təsadüfi deyil ki, Ermənistanın müdafiə naziri Azərbaycanı hədələyəndə həmişə Rusiya faktorunu və Kollektiv Təhlükəsizlik Müqaviləsini yada salır. Elə bu səbəbdən Azərbaycanın hərb yoluna müraciət edəcəyi təqdirdə Rusiyanın da hərb maşını işə düşəcək.
Bəziləri belə fikir irəli sürür ki, Rusiya Azərbaycanın öz torpaqlarını azad etməsinin qarşısını almaq üçün hər hansı bir arqument tapa bilməyəcək. Amma Gürcüstan-Rusiya müharibəsi zamanı da birinci öz torpaqlarını azad etmək istəyirdi, amma Rusiya bunu nəinki sakit qarşılamadı, hətta həmin əraziləri özü işğal etdi. Elə bu səbəbdən Rusiyanın və Azərbaycanın siyasi elitaları arasında çox yaxşı münasibətlərə baxmayaraq münaqişənin baş verəcəyi təqdirdə Rusiya Azərbaycanın yox, Ermənistanın yanında olacaq.
Düzdür, Azərbaycanla Türkiyə arasında təmənnasız hərbi yardım haqqında müqavilə var. Amma buna baxmayaraq böyük Qafqaz müharibəsinin ehtimalı o qədər də böyük deyil. Üstəlik, başqa problem də var.
BƏS ABŞ VƏ QƏRB ÖLKƏLƏRİ NƏ DEYƏCƏK?
Hər bir hərbi addım diplomatik yolla əsaslandırılmalıdır. Amma görünən odur ki, Azərbaycanın belə diplomatik resursları yoxdur. Azərbaycandan fərqli olaraq Gürcüstanın ərazi bütövlüyü həmişə Qərb tərəfindən müdafiə edilib.
Ona görə də Qərb dövlətləri Rusiya – Gürcüstan müharibəsi zamanı böyük diplomatik fəallıq nümayiş etdirirdilər. Amma Azərbaycanın timsalında biz fərqli hal müşahidə edirik. İki il bundan əvvəl BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səsvermə keçirilərkən Minsk Qrupunun həmsədri olan dövlətlərin heç biri onu müdafiə etmədi.
Bu təkcə BMT-də olmayıb, ATƏT-in də mötəbər tədbirlərində həmişə belə hal müşahidə olunub. Ona görə də artıq indidən aydındır ki, Azərbaycanın müharibəyə başlayacağı təqdirdə Qərb dövlətləri onu müdafiə etməyəcək.
DAXİLİ RESURSLAR
Azərbaycan əhalisinin Qarabağ probleminə həqiqi münasibətini bilmək çox çətindir, çünki belə sorğular keçirilməyib. Üstəlik, bunu ölkədə həyata keçirilən seçkilərdən bilmək olardı. Əhalinin hansı siyasi platformaya səs verdiyinə nəzər yetirərək müəyyən nəticələr əldə etmək olardı. Amma təəssüf ki, demokratik seçki yoxdur. Onda ümumi ovqatı bilmək üçün bir yol qalır, bu da əhalinin dövlət rəsmiləri ilə görüşlərdə səsləndirdiyi fikirlərdir. Hələlik belə nəticə çıxarmaq olar ki, «arxada hamı möhkəm dayanıb»! Amma «irəlidə möhkəm dayanmaq» istəyində olanlar haqda hər hansı fikir söyləmək çətindir. Daha bir narahatlıq yaradan detal var. Son vaxtlar orduya böyük maliyyələr ayrılır. Amma ölkədə şəffaflıq olmadığı üçün bunun öz ünvanına və effektiv xərclənməsinə inam yoxdur. Bu isə əsas, bəlkə də ən mühüm detallardan biridir.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.