Ötən bloq yazımda dedim ki, sözlər təkcə vaqon, cümlələrsə qatar kimi daşıyıcılar deyillər. Dil həm də kosmosdur. İndi isə ərəb-fars sözlərinin dilimizdəki basırığını aradan götürmək ideyasının xeyrinə başqa arqumentləri axtaraq.
Kimsə deyə bilər, nə fərqi var, «məfhum» sözünü işlədək, ya «anlayış» sözünü? Nə fərqi var, «həqiqət» olsun, ya «doğru», «gerçək», «şey», «cisim» olsun, ya «nəsnə»?
Düzdür, elə-belə, gündəlik danışıqda elə fərqi yoxdur. Küçədə sataşqan oğlan qıza türkün sözü «gözəl»in yerinə farsın sözü «qəşəng»i deyəndə bundan nə onun özünə, nə də qıza bir fərq olmur. Ancaq bu fərqsizlik durumunda belə institutda oxuduğumuz zaman bizim bəzilərimizdə kompleks vardı ki, niyə dilimiz çox, lap çox təmiz deyil, dilimizdə bu qədər ərəb-fars sözləri var. Bəzi yazılar bizi ovundururdu: dünyada heç bir təmiz dil yoxdur. İndi sırf rus sözləri kimi qavradığımız «tovar» sözü bizim «davar/tavar» sözündən çıxıb, «denqi» isə «damğa/tanqa» sözünün fonetik çevrimidir.
Öyünmək üçün istənilən qədər belə kəlmələr tapmaq olardı. Ancaq bizlər o vaxt yenə ovunmurduq, lap çox istəyirdik ki, bir gün gəlsin, danışığımızda ərəb-fars sözlərini çıraqla axtarsınlar. Bu, bir vaxtlar gənc filoloqların arzusu idi və bəlkə indiki filoloq nəslindən olan gənclərin də istəyi budur.
Bəs, danışıq dilini qoyub, elmi dili götürsək, burada necə? Fərqi var, ya yoxdur?
Fərqi var, özü də çox böyük. O mənada yox ki, biz elmi dilimizdən «həqiqət», «səhv», «təhkiyə», «informasiya» kimi sözləri çıxarıb atmalıyıq. Bu sözlərin qədrini bilmək lazımdır və elmi dilin yaxşı işləməsində onların rolu xeyli böyükdür.
Bəs onda nəyə görə gərəklidir ki, elmi düşüncə üçün aparıcı sözlərin arasında öz sözlərimizin payı çox olsun? Mən istərdim bu suala cavab axtaraq. İş burasındadır ki, ərəb-fars sözləri bizim dilimizdə pəncərənin şəklinə oxşayırlar, pəncərənin özünə yox (ötən bloq yazıma Elnurun «bilinc» sözündən çıxış edərək verdiyi açıqlama mənim bu dediklərimə yaxındır). Pəncərənin şəklini açıb əlini çölə çıxara bilməzsən, qalxıb ondan həyətə tullana bilməzsən. Pəncərənin özü olanda isə açırsan hava gəlir, səslər gəlir. Öz sözlərimiz gerçək pəncərələrdir, pəncərə şəkilləri deyil.
Bizim öz sözlərimizin çoxunun törədiciliyi, budaqlanması var: məsələn, «bildirmək», «bilmək», «bildiriş», «bilinməz», «bilməzə», «bilərəkdən» sözləri sistemdə bir-birinə bağlıdırlar. Ancaq ərəb-fars sözlərini götürsək, bizim dilimizdə onların çoxu «qısır»dır. Törədicilik gücləri yoxdur, çünki öz doğma mühitlərindən qıraqdadırlar. Ərəb-fars sözləri dilimizdə QISIR OLDUQLARI üçün də dilə az enerji verirlər. Belə sözlərlə yüklənmiş dil azərbaycanlı düşüncəsinə enerjili, sistemtörədici vasitə vermir. Tərsinə, düşüncənin açılıb budaqlanmasına əngəllər qoyur.
Ərəb-fars sözləri ilə yüklənmiş Azərbaycan türkcəsinin bir eybi də var. Bu yük fikir mimikriyası yaratmağa yardımçı olur. Biologiyada mimikriya buqələmunlar kimi hansı canlınınsa boyasını dəyişməklə yanında durduğu daşa və s.-yə özünü oxşatmasını bildirir. «Düşüncə mimikriyası» deyəndə mən onu göstərmək istəyirəm ki, düşüncə yoxdur, onun yamsılanması, oxşartısı var («yada salaq «girdirmə»», «geydirmə» sözlərini də). Azərbaycanca nə qədər yazı var ki, ərəb-fars sözləri sayəsində yüksək avaz və görüntü qazanıblar. Ancaq ondakı «zəmin», «təbəddülat», «təmin» və s. sözlərini öztürkcəyə çevirəndə fikirsizlik, girdirməlik həməncə üzə çıxır.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.