Siyasətdə qeyri-populyar qərarlar qəbul etmək həmişə çətin olur. Əksər hallarda bu qərarın qəbul edilməsinə nail olmağa çalışan siyasətçi son nəticədə öz postu ilə vidalaşmalı olur. Ermənistandakı siyasi prosesləri izləyəndə istər-istəməz bu fikirləri yada salmalı olursan.
Düzdür, hələ ki, Serj Sarkisyanın hansı qərarı qəbul etməyə çalışması dəqiq məlum deyil. Bəlkə də Levon Ter-Petrosyanın təlaşı yersizdir. Amma sürətlə inkişaf edən proseslər belə bir fikri aşılayır ki, narazı elektorat təkcə Ter-Petrosyanın ətrafında toplaşmayıb. Narazıların siyasi xoruna sabiq xarici işlər naziri Vardan Oskanyan da qoşulub. Bu isə o deməkdir ki, Serj Sarkisyanın ümid etdiyi siyasi cinah da hadisələrə birmənalı yanaşmır.
İndiki mürəkkəb vəziyyətdə Ermənistan prezidenti ancaq özündən əvvəlki siyasi həmkarına – Robert Koçaryana arxalana bilərdi. Amma siyasətdə hava tutqunlaşanda bir çox rənglər görünməz olur. Hətta Ermənistan siyasətində hamıdan çox praqmatik və səbirli hesab edilən Levon Ter- Petrosyanın yürütdüyü siyasət də anlaşılmaz çalarlarla zəngindir. Dəyişən siyasi atmosfer və eləcə də Cənubi Qafqazın müxtəlif inkişaf tendensiyası haqda ilk dəfə o danışmışdı.
Məhz o ilk dəfə olaraq Qarabağ probleminin həllində güzəştlərin labüd olması fikri ilə çıxış etmiş və vəzifəsini itirmişdi. İndi isə hər şey tərsinə cərəyan edir. İndi Türkiyə-Ermənistan əlaqələri ilə bağlı hamıdan çox o narazılıq edir. Bunu onun düşdüyü siyasi vəziyyətin nəticəsi kimi yozmaq olar. Bu gün o müxalifətdədir və qara piarın bütün formalarından istifadə edə bilər.
Amma vəziyyət o qədər də sadə deyil. Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini Levon Ter-Petrosyanın hakimiyyətdə olduğu vaxt ələ keçirib. Elə bu səbəbdən Ter-Petrosyana sadəlövhcəsinə yanaşmaq düzgün deyil. Amma siyasətçinin məsuliyyəti deyilən anlayış da var. İndi Ermənistan siyasətçilərinin davranışında bu özünü təzahür etdirmir. Hətta iş o yerə çatıb ki, bəzi Ermənistan siyasətçiləri Qarabağın işğalını bu ölkənin tarixində yeganə qələbə hesab edir və hətta xarici aləmi də bunu başa düşməyə çağırırlar.
Ermənilər bunu hətta özlərinin mənəvi dəyəri hesab edir. Bu artıq reallıq hissini itirmək deməkdir. Reallıq hissini itirmək isə hələ heç kimə xeyir gətirməyib. Üstəlik, belə vəziyyəti Ermənistanın bütün siyasətçilərinə şamil etmək olar. O cümlədən də indiki prezident Serj Sarkisyana da. O da müsahibələrində və çıxışlarında çox yüksək tondan istifadə edir. Onun da mövqeyini konsensus əsasında formalaşan mövqe kimi hesab etmək olmaz. Ermənistanda heç cür qəbul etmək istəmirlər ki, Qarabağ heç vaxt müstəqil olmayacaq.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.