Türkiyə-Ermənistan münasibətləri yenidən diqqət mərkəzindədir. Üstəlik indiki münasibətlər ehtimallar əsasında deyil, faktlar zəminində müzakirə edilir - ortalıqda imzalanmış və imzalanmaq üçün nəzərdə tutulan sənədlər var. Diplomatik ritorika bir neçə gün ərzində dəyişdi. Daha Türkiyənin rəsmi nümayəndələri bu faktın inkar edilməsi yolunu deyil, sadəcə bu prosesdə Azərbaycan maraqlarının gözlənilməsini bəyan etmək yolunu tutublar.
Azərbaycan rəsmiləri isə baş verən hadisədən özlərinin pərtliyini gizlədir və əvvəlki vaxtlarda olduğu kimi müttəfiqlik və qardaşlıq haqqındakı köhnə nəğmələri dilə gətirir və ən azı özlərini inandırmağa çalışırlar ki, Türkiyə heç bir halda Azərbaycanı tək qoymayacaq. Halbuki erməni rəsmiləri etiraf edirlər ki, sənədlərdə Dağlıq Qarabağın adı belə çəkilmir və bu proses ancaq Ermənistanla Türkiyə münasibətlərinin normallaşmasını nəzərdə tutur. Bəs bu prosesin qarşısını almaq üçün hər hansı addım gözlənilirmi?
Türkiyə tərəfi buyurur ki, sərhədlərin açılması ancaq bu sənədlərin Böyük Millət Məclisində ratifikasiyasından sonra baş verə bilər. Amma indiki halda hər hansı sənədi parlamentdə ratifikasiya etmək üçün problem olmamalıdır, çünki Türkiyə parlamentinin indiki siyasi spektri bunu deməyə əsas verir. Baxmayaraq ki, ana müxalifətin – Cümhuriyyət Xalq Partiyasının rəhbəri Dəniz Baykal sənədlərə qarşı çıxdığını bəyan edib.
Türkiyə rəsmiləri donmuş münaqişələrin donunu açmaq niyyətində olduqlarını bildirirlər. Amma unutmaq lazım deyil ki, buzların donu açılanda güclü sel olur.
Ermənistanda vəziyyət bir qədər mürəkkəbdir. Müxalifət iki dövlət arasında baş verən prosesin guya Ermənistanın maraqlarına cavab vermədiyini iddia edir və onun qarşısını almağa çalışır. Serj Sarkisyanın hakimiyyəti o qədər də güclü deyil. Üstəlik, burada ciddi fərqlər də var. Ermənistan Rusiyanın və diasporanın maraqlarını nəzərə almaqla yaşayır. İndiki məqamda Rusiya prosesdən heç də narazı deyil. Rusiyanın istəyi budur ki, onun üçün ciddi problemə çevrilən Ermənistanın Türkiyə ilə münasibətləri normallaşsın və forpostu blokadan çıxa bilsin, danışıqlar prosesində Azərbaycanın manevr imkanı zəifləsin. Axı Ermənistanı yedirtmək və isindirmək problemi var!
Beləcə, daha bir münaqişə üçün həlledici məqam yetişir. Amma xarici siyasətin saat əqrəbi həmişə ləng işləyir. Bütün bu prosesin gerçəkliyə çevrilməsi üçün bəlkə də on illərlə vaxt lazımdır. Amma hadisələrin zaman kəsiyi ilə bağlı Azərbaycanda yaşanan ümidlər özünü doğrultmadı. Əlverişli zamanın yetişəcəyi ilə bağlı siyasi yuxular puç oldu. İndi Azərbaycan daha çox öz imkanlarına güvənməlidir. İmkanlar isə çox məhduddur.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.