Bu il Azərbaycan daha bir seçki yaşayacaq. Söhbət bələdiyyə seçkilərindən gedir. Nədənsə dünyanın əksər ölkələrində insanlar bələdiyyə seçkilərinə bir o qədər də maraq göstərmirlər. Onlar üçün daha maraqlısı prezident və parlament seçkiləridir.
Bu mənada azərbaycanlı seçicilər də istisna təşkil etmirlər, hərçənd onların seçkiyə marağının az olması daha çox ölkədəki hakimiyyətin siyasətinin nəticəsidir.
Bələdiyyələrə verilən səlahiyyət çox kiçikdir. Onlar təzəcə formalaşanda belə fikirlər dolaşırdı ki, tədricən yerlərdəki icra aparatlarının səlahiyyətləri bələdiyyələrə veriləcək və başqa dövlətlərdə olduğu kimi burada da merlər seçiləcək. Ancaq bu fikirlər reallaşmadı. Yerlərdə icra başçıları hələ də prezident tərəfindən təyin olunur. Amma buna baxmayaraq özlərini mer adlandıran icra başçıları da var. Məsələn, Bakıdan söhbət gedəndə həmişə «Bakı meri» sözləri işlədilir.
Amma hətta Bakının özündə də bu vaxta qədər mer seçkisi olmayıb. Bəs bu titul haradan yaranıb, bunu heç kim bilmir...
Bələdiyyələrlə bağlı kiçik xatırlatma belədir. Nə etmək olar? Ən azı reqlamentə görə bu il bələdiyyə seçkiləri keçirilməli və müxalifət də buna öz reaksiyasını bildirməlidir. Sözsüz ki, indidən bu seçkinin də taleyi məlumdur. Bu baxımdan bələdiyyə seçkiləri də digərləri kimi keçiriləcək. Müxalifət də ürəkdən olmasa da hər halda yenidən bələdiyyə seçkilərindən danışmağa başlayıb. Hətta bununla bağlı koalisiya yaratmaq haqqında danışırlar. Müxalifət qeyd edir ki, onun bütün ölkə ərazisini əhatə edən qədər namizədləri var. Amma elə bələdiyyə strukturu yoxdur ki, orada başçı müxalifətçi olsun.
Yəni, müxalifətin kadr sahəsində çatışmazlıq yoxdur. Çatışmayan həmişə olduğu kimi hakimiyyətin xoşməramlı siyasətidir. Problem də bundadır. Maraqlıdır ki, hakim Yeni Azərbaycan Partiyası bu seçkiyə də öz münasibətini gizlətmir və deyir ki, Azərbaycanda Gürcüstan variantının təkrar olunmasına yol verə bilmərik. Söhbət prezident Mixail Saakaşvilinin məhz bələdiyyə strukturundan hakimiyyətə gəlməsindən gedir. Bəlkə də Gürcüstan prezidenti artıq bunu unudub, amma azərbaycanlı məmurlar və YAP funksionerləri bunu unutmayıblar.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.