Volter yazırdı ki, mən opponentimin fikri ilə razı olmaya bilərəm, amma onun söz demək və etiraz etmək hüququnun təmin edilməsi üçün əlimdən gələni edərəm. Bu fikri jurnalistlərin «Media Açarı» mükafatının təqdim edilməsi ilə bağlı davam edən mübahisələr zamanı təsadüfən xatırlamadıq.
Artıq bir nəfər istefa verən də var. Hiss olunur ki, jurnalistlər arasında yaranan ixtilaf dərindir. Prinsipcə, burada qeyri-adi də heç nə yoxdur. Bütün dünyada hər hansı mükafatın təqdimatı böyük mübahisələrlə müşayiət olunur. Bənzətmə bir qədər adekvat olmasa da hər halda belə bir fikri yada salmaq lazımdır ki, adətən siyasətçilərə və hətta bəzən yazıçılara verilən Nobel mükafatı böyük mübahisələrə səbəb olur. Sözsüz ki, bu, sadəcə bənzətmədir, azərbaycanlı jurnalistlər belə yüksək mükafat haqqında xoşbəxtlikdən hələ ki düşünmürlər...
Sadəcə təbii sual yaranır: böyüdükcə, yaşa dolduqca jurnalistlər kimə daha çox oxşayırlar? Tənqid etdikləri şəxslərlə jurnalistlər arasında oxşarlıq yoxdur ki? 1988-ci ildən bu günə qədər çox maraqlı tendensiya sezilməkdədir. Bir də görürsən ki, özünün bilavasitə yaxın müdirinə söz demək iqtidarında olmayan bir şəxs hansısa böyük materiyalardan dəm vurur, böyük dövlətləri hədələyir, amma öz müdirindən qorxur, iclaslarda ağzı kilidlənir.
Bu da sosioloji paradoksdur, amma nə edəsən ki, reallıq budur. İndiki zamanda müxtəlif insanlara «jurnalistlərin dostu» mükafatı təqdim edilsə də, əslində jurnalistlərin həqiqi dostları yoxdur. Azərbaycan kimi ölkələrdə bu daha çox müşahidə edilir. İndi vəziyyət elədir ki, tənqidlə bahəm həm də çıxış yolu da deyilməlidir.
Hazırda mükafat konkret yazılara görə verilir. Amma bir çox jurnalistlərin belə imkanı və vaxtı yoxdur. Daha yaxşı olardı ki, ölkədə həm də bu detal unudulmasın. Həbsdə olan jurnalistlər var. Onlar üçün bir mükafat təsis etmək olardı. Böyük təqiblərə və təzyiqlərə məhəl qoymadan fəaliyyət göstərən mətbu orqanları, xüsusən də təzyiqlər nəticəsində fəaliyyətini dayandırmağa məcbur olan qəzetlər hər hansı formada xatırlansa idi, bu tədbirə bir möhtəşəmlik verə bilərdi. Təbii ki, mükafat alanların hamısı buna layiqdir. Amma insan özündən daha çox cəsarətlisini və istedadlısını qiymətləndirəndə daha yüksək olur.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.