Cənab Ledski 1995-ci ildə Azərbaycanda ofis açan Milli Demokratiya İnstitutunun demokratikləşmə proqramlarına yaxından maraq göstərirdi.
Kimdir Nelson Ledski?
Amerika prezidenti Cimmi Karterin Kipr danışıqları üzrə üzrə xüsusi təmsilçisi olub.
1980-ci ildə Moskva Olimpiadasının Qərb dövlətləri tərəfindən boykot olunmasının təşkilatçılarından biri idi.
Amerika prezidenti Ronald Reyqan administrasıyasının Almaniyanın birləşməsi üzrə Sovet rəhbərliyi ilə apardığı danışıqlarda əsas fiqurlardan idi.
Nelson Ledski dünyada demokratikləşmə proqramlarının uğur gətirəcəyinə dərindən inanan adamlardan idi və avtoritarizm burulğanında boğulan millətlərə inkişaf eləmiş dövlətlərin diqqətini cəlb edən əsas siyasi fiqurlardan idi.
1980-ci ildə Moskva Olimpiadasının Qərb dövlətləri tərəfindən boykot olunmasının təşkilatçılarından biri idi.
Amerika prezidenti Ronald Reyqan administrasıyasının Almaniyanın birləşməsi üzrə Sovet rəhbərliyi ilə apardığı danışıqlarda əsas fiqurlardan idi.
Nelson Ledski dünyada demokratikləşmə proqramlarının uğur gətirəcəyinə dərindən inanan adamlardan idi və avtoritarizm burulğanında boğulan millətlərə inkişaf eləmiş dövlətlərin diqqətini cəlb edən əsas siyasi fiqurlardan idi.
Azərbaycan, bəzənsə Amerika rəsmilərindən də təzyiqlərə məruz qalsa da, Nelson Ledski və onun təşkilatı Azərbaycanın demokratiya həqiqətlərini dünyaya car çəkməkdə davam edirdi.
Bəzən onu balansı pozmaqda, «tərəfgir» təşkilat fəaliyyəti aparmaqda ittiham edirdilər. Nelson Ledskinin bu ittihamlara çox maraqlı bir cavabı olurdu: «Bəli, biz tərəfgir təşkilatıq və balans gözləmirik. Bir çox təşkilatların, o cümlədən, dövlət təşkilatlarının gündəliyində bir yox, bir neçə məsələ var: məsələn, demokratiya məsələlərindən əlavə kimisə təhlükəsizlik, enerji əməkdaşlığı və sair bu kimi məsələlər ilgiləndirə bilər. Bizim isə gündəliyimizdə yalnız bir məsələ var – demokratiya. Və biz daim demokratiyaya yönəlik tərəfgirik. Bizi başqa məsələlər, sadəcə olaraq, maraqlandırmır».
Bu sözləri demək nə qədər asan idisə, onlara reallıqda əməl etmək bir o qədər çətin idi. Nelson Ledskinin rəhbərliyi altında Milli Demokratiya İnstitutu bu prinsipi rəhbər tutaraq fəaliyyət göstərirdi və bəzən beynəlxalq təşkilatların içində səsi təklənsə də, hər tərəfdən təzyiqlərə və ittihamlara məruz qalsa da, bu prinsiplərdən bir addım belə geri durmurdu.
Bəlkə elə bu səbəbdəndir ki, Nelson Ledskinin adı Azərbaycanda demokratik mübarizə aparan adamların əksəriyyəti üçün hələ də doğmadır. Nelson Ledski təkcə demokratiya mübarizləri ilə deyil, həm də demokratiyanın qarşısında duran adamlarla əlaqə yaratmağa cəhdlər edirdi, onları demokratik ideyaların vacibliyinə inandırmağa çalışırdı.
Deyirlər ki, düzgün adamlara xas olan bir zəif cəhət var: Onlar hamıya öz prizmalarından yanaşırlar. Bu cəhət Nelson Ledskinin də fəaliyyətində özünü göstərirdi. 1998-ci ildə prezident seçkiləri öncəsi Azərbaycana gələn Nelson Ledski prezident Heydər Əliyevlə görüşübmüş və ona təqribən aşağıdakı mesajı çatdırıbmış: «İkimiz də yaşlı adamlarıq. Həyatımızın böyük bir hissəsi arxada, çox az bir hissəsi isə irəlidə qalıb. İndi bizim o vaxtımızdır ki, fəaliyyətimizi ona yönəldək ki, tarixdə yaxşı ad, yaxşı xatirə qoyub gedək. Cənab prezident, Azərbaycanın ilk demokratik seçkilərini keçirin və Azərbaycana demokratik seçkiləri gətirən adam kimi adınızı tarixə həkk edin».
Alınan xəbərlərə görə, onu ölüm yatağına salan infarktı keçirməzdən əvvəl Nelson Ledski Marşall Fondunun keçirdiyi tədbirdə məruzəçi kimi son çıxışını edib. Azərbaycanda demokratiyanın nə dərəcədə təhlükədə olduğu barədə danışırmış və onun xilası yolları barədə öz fikirlərini bildirirmiş. Çıxışdan on dəqiqə sonra vəziyyəti pisləşir və divana oturaraq infarkt keçirir.
Azərbaycan müstəqil olandan bəri bir çox beynəlxalq təşkilatlar, onların müxtəlif təmsilçiləri bu və ya digər formada ölkəmizlə öz talelərini bağlayıblar. Ancaq arzu etmək olar ki, onlar da Nelson Ledski kimi Azərbaycanı fədakar bir məhəbbətlə sevsinlər. Bizə isə bu BÖYÜK İNSANA Allahdan rəhmət diləmək qalır. Qəbri nurla dolsun!