«KVN»İ XATIRLADAN PREZİDENT SEÇKİLƏRİ
İranda prezident seçkisidir.
Əgər fikirləşirsiniz ki, islam dövləti olan bu ölkədə namizədlərin mübarizəsi kimin Qurani-Kərimi daha dərindən bilməsi ətrafında gedir - yanılırsınız.
İran seçkiləri hərdən siyasi mübarizədən çox «KVN» finalını xatırladır. Prezidentliyə iddialılar özlərini tərifləmək əvəzinə rəqiblərinə istehza etməyi daha kəsərli görürlər.
Məsələn, indiki prezident Mahmud Əhmədinejad haqqında belə bir ittiham səslənmişdi ki, əhaliyə havayı kartof paylamaq haqda göstəriş verməklə özünə seçici qazanmaq istəyir.
Kartof rəğbətinin nə dərəcədə yüksək olduğunu iyunun 12-də keçirilən səsvermənin nəticələri göstərə bilər. Amma İranda dərc olunan qəzetlərdən biri aşağıdakı məzmunda atmaca dərc etmişdi:
- Əzizim, evə gələndə ancaq pomidor al. Seçki ərəfəsidir, evdə nə qədər istəyirsən kartof var.
SEÇİCİLƏR İSTEHZALARINI SMS-LƏ İFADƏ EDİRLƏR
«Azadlıq» radiosunun fars xidmətinə gələn aşağıdakı SMS-lər iranlıların bu seçkiyə nə dərəcədə ciddi yanaşdıqlarına misaldır:
«Gəlin namizədlərin ən pisinə səs verək. Yoxsa ən bərbadı seçiləcək».
«Burnunu qurdalama, o barmaqlar xarüqələr yaratmaq üçün nəzərdə tutulub» (İran rəsmilərinin pafosuna istehza olunur)
MUSƏVİYƏ NİYƏ SƏS VERMƏLİ?
İrandilli internet səhifələrində dolaşan atmacalardan misallara müraciət edək:
«Mərkəzi Seçki Komissiyasının son qərarına əsasən «satqın», «faşist», «kütbeyin» kimi sözlər yazılan seçki bülletenləri Əhmədinejadın xeyrinə hesablanacaq».
«Prezidentliyə namizəd Musəviyə aşağıdakı səbəblərdən səs vermək lazımdır:
- O daha qocadır - belimizdə çox oturmaz.
- Beynəlxalq toplantılarda İsrailə və Amerikaya qarşı süarlar deyib, amma heç kim zalı tərk etməyib.
- Onun Latın Amerikasında heç bir dostu yoxdur.
- Qohumlarına vəzifə paylamır».
İRAN SİYASƏTİNƏ AİD BİR LƏTİFƏ
Tehranda adamla dolu aşxana. Əhmədinejad qapını təpiklə açıb soruşur: «Aranızda lotu var?» Heç kim cavab vermir. «Elə isə hərədən 20 qəpik!» Aşxana müştərilərindən pulu toplayıb gedir. Əhvalat ertəsi gün təkrar olunur. Yenə də hamı susur, Əhmədinejad da hərədən 20 qəpik alıb gedir. Üçüncü dəfə Musəvi dözməyib ayağa qalxır, «Mənəm lotu, necə bəyəm...» - deyir. Əhmədinejad karıxır, lakin Əli Əkbər Xamenei qapının arxasından başını çıxarıb əmr edir. «Lotudan 3 manat, qalanlarından 20 qəpik!»