Vəzifə bölgüsündə "Maşın" şousu

İllər keçəndən sonra TV serialların personajlarının leksikonu film və ədəbiyyat klassiklərini mətbuatdan sıxışdırıb çıxardı

Publisistlər siyasətçilər kimi məşhur kəlamlara tez-tez müraciət edirlər. Ağıllı fikirlər nəql olunanlara sanballılıq gətirir. Buna «sözün qüvvəti» də deyirlər.

Vaxt var idi jurnalistlər əsasən filosoflara, şair və yazıçılara məxsus ifadələrə - yazılı mənbələrə istinad edirdilər.

Sonra daha çox bədii filmlərin qəhrəmanlarından sitatlar gətirməyə başladılar.

İllər keçəndən sonra TV serialların personajlarının leksikonu film və ədəbiyyat klassiklərini mətbuatdan sıxışdırıb çıxardı.

Hazırda qaynaq meydanı daha müasir platformalara məxsusdur. Mən də zəmanədən geri qalmayaraq şou-biznesdən «sözümə qüvvət» kimi istifadə edim.

Lider TV-də «Maşın» verilişi var. Kim əlini maşında çox saxladı, həmin maşını da udur.

Azərbaycan siyasətini də «Kürsü» şousu adlandırmaq olardı.

Kim əlini kürsüdə daha çox saxladı, vəzifənin də sahibi odur. Fərq etmir, nazir, deputat, prezident, lap elə Mətbuat Şurası.

Oyunçu aparsın!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.