Mənə elə gəlir ki, hər hansı işdə dinə ehtiyac yaranırsa, deməli, o iş yaxşı qurulmayıb.
80-ci illərdə İran uşaqları Allahın adı ilə belinə mina bağlatdırıb İraq tanklarının altına atdırırdı. Mən bundan yalnız o nəticəni çıxarıram ki, İranın yaxşı sərkərdələri olmayıb.
Sizcə velosiped arzusunda olan bir adam neyləməlidir?
Müxtəlif cavablar ola bilər.
Məsələn, Çikaqo mafiyasının başçısı Al Kapone yazırdı: “Uşaq olanda mən hər gün Allaha yalvarırdım ki, velosipedim olsun. Ancaq olmurdu.
Onda mən anladım ki, dünyanı düzgün başa düşmürəm. Dalki gün bir velosiped oğurladım və bütün gecəni Allaha yalvardım ki, məni bağışlasın”. Bu yol tanış deyilmi? Azərbaycanda əvvəl oğurlayırlar, sonra Həccə gedirlər. Təbii ki, hamısı yox.
Velosiped almağın ikinci yolu hər gün Allaha dua eləməkdə davam eləməkdir ki, mənə velosiped yetir.
Bu yol da Azərbaycanda çox tanışdır.
Yerdə cəmi bir yol qalır: Velosipedin qiymətini öyrənirsən, sonra da o pulu necə qazanmağı planlaşdırırsan, qazanırsan, alırsan.
Mənim üçün çox maraqlıdır, bu yolların hər biri ilə Azərbaycan əhalisinin neçə faizi gedir?
Müzakirənin əvvəli üçün bura daxil olun