Keçid linkləri

Təcili xəbərlər

Twitter trollar və “cihadçılar”la mübarizəni gücləndirir


Twitter-də mövcud olmuş "Shami Witness" səhifəsi "İslam dövləti" qruplaşmasını təbliğ edirdi.
Twitter-də mövcud olmuş "Shami Witness" səhifəsi "İslam dövləti" qruplaşmasını təbliğ edirdi.

►Şosial şəbəkə “özünü yaxşı aparmayan” hesablardan telefon təsdiqi istəyir

“Twitter” sosial şəbəkəsi trollar və “İslam cihadçıları” ilə mübarizəni gücləndirdiyini bildirib.

Şirkətin Avropa üzrə direktoru Bruce Daisley bu barədə “Independent” qəzetinə danışıb. O, saytın etibarlılığını sarsıdan trollar və İslam qruplaşmalarıyla mübarizədə gördükləri işdən söz açıb.

Trollar - internetdəki saxta hesablardan qəsdən təxribat xarakterli, qızışdırıcı, qalmaqallı, sataşmaq niyyətli yazı və şərhlər yayan adamlardır. İndi onlar istifadəçiləri çox olan sosial şəbəkələrdə daha fəaldırlar.

On ilə yaxındır fəaliyyətə başlayan “Twitter”də istifadəçi sayı 320 milyona çatıb. Di gəl, bugünədək trol ucbatından hesablarını bağlayanlar da az deyil. İstifadəçilərin təhlükəsizliyinin vacib olduğunu vurğulayan Daisley görülən işlər nəticəsində “Twitter”də belə halların kəskin azaldığını bildirib.

Buna da bax: Putindən “Dünyanı dəyişdirən sözlər”

Çıxış yolları

Şosial şəbəkə “özünü yaxşı aparmayan” hesablardan telefon təsdiqi istəyir. İstifadəçi telefonuna göndərilən rəqəmsal kodu yazandan sonra öz hesabına girə bilir. Beləcə, “Twitter” həmin istifadəçinin əvvəllər təhqir, söyüş və digər bənzər səbəblərdən bağlanan hesablarının olub-olmadığını aşkara çıxarır.

İstifadəçilərə trolları əngəlləmək üçün bir neçə üsul da verilir. Onlar trol hesablarını paylaşıb ifşa edə bilərlər.

Daisley, beləcə, istifadəçilərin özlərini güvəndə hiss etdiyini deyib.

Maraqlıdır ki, şirkətin əvvəlki baş direktoru Dick Costolo bu ilin fevralında “Twitter”in söyüş, təhqir və trollara qarşı mübarizədə aciz qaldığını etiraf etmişdi.

Ən son yazılan

XS
SM
MD
LG