Keçid linkləri

Təcili xəbərlər

Günəşdən 100 dəfə böyük ulduzlar aşkar edildi


İllüstrasiya. "Hubble" teleskopunun çəkdiyi şəkillərdən
İllüstrasiya. "Hubble" teleskopunun çəkdiyi şəkillərdən

-

"Hubble" kosmik teleskopu meqaulduzlar aşkar edib. (CNN)

Spacetelescope.org-da yayılmış bəyanatda deyilir ki, "Hubble" Günəşdən azı 100 dəfə böyük olan doqquz nəhəng ulduz aşkar edib.

"Hubble" Avropa Kosmik Agentliyi və NASA tərəfindən idarə olunur.

Bu doqquz ulduzdan biri olan "R136a1" hazırda kainatda bilinən ən nəhəng ulduzdur. Bu ulduzların hətta ən kiçiyi belə nəhəngdir. Bəyanatda deyilir ki, şəkli çəkilmiş ulduzların arasında həcmi Günəşin 50 mislini keçən onlarla ulduz var.

Bu ulduzların həm də həddindən artıq parlaq olduğu və doqquz ən böyük ulduzun birlikdə Günəşdən 30 milyon dəfə parlaq olduğu qeyd edilir.

"R136" Yer kürəsindən təxminən 170000 işıq ili aralı yerləşir. Müqayisə üçün deyək ki, Yerə ən yaxın ulduz sistemi olan Alfa Kentavrı (Alpha Centauri) 4,3 işıq ili məsafəsində yerləşir ki, bu da təqribən 25 trilyon mil (40,2 trilyon km) deməkdir.

Bu kəşf həm də bizə ulduzların formalaşması ilə bağlı daha çox məlumat vermiş olur. Belə ki, nisbətən kiçik ulduzların ömrü daha uzun olur. Meqaulduzlar isə yalnız bir neçə milyon il mövcud olur. Daha sonra partlayaraq çəkisinin böyük hissəsini itirir, qopan hissəslər fəzaya qarışır və kiçilmiş ulduz parlaqlığını xeyli itirir.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Şeffild Universitetinin astrofiziki, bu tədqiqatın aparıcı müəllifi Paul Crowther-in fikrincə, bu tədqiqat onu göstərir ki, "Hubble" orbitdə 25 ildən artıq fəaliyyət gəstərməsinə baxmayaraq hələ də elmin bəzi sahələrində unikal yeniliklər gətirir.

Tədqiqatın nəticələri Kral Astronomiya Cəmiyyətinin Aylıq Resenziyasında dərc olunacaq.

Buna da bax: Novruz, kabab və "kubik"- [Fotolar]

Ən son yazılan

XS
SM
MD
LG