►Poçt bağlamaları əlil və yaşlı insanlara elə qapısındaca çatdırılacaq
Mühəndislər pilotsuz uçuş aparatlarını - dronları poçt xidmətinə çevirmək istəyirlər.
Avstraliyanın poçt xidməti artıq dronları bu məqsədlə sınaqdan keçirməyə başlayıb.
Poçt bağlamalarının dronlarla qapıya çatdırılması fiziki imkanları məhdud və yaşlı insanlara daha çox faydalı olacaq.
“ARI Labs” şirkəti prosesi insan əməyinə ehtiyac duyulmayacaq qədər avtomatlaşdırmaq istəyir.
Youtube-da videosunu izlə
Poçt dronlarını hazırlayan “ARI Labs” şirkəti bildirir ki, pilotsuz təyyarəciklər kamera, qəza paraşütü, xəbərdarlıq işığı və səs siqnalları ilə təchiz ediləcək.
Yerüstü yönəltmə stansiyası uçan poçtalyonlarla daim əlaqə yaradacaq. Beləcə, mühəndislər uçuşun bütün parametrlərini izləyə biləcəklər.
Bundan əvvəl İsveçrədə poçtalyon dronlar sınaqdan keçirilib (Video)
"Amazon" şirkəti də bağlamaların çatdırılmasında dronlardan istifadəni sınaqdan keçirir (Video)