Türkiyə parlament seçkilərinə hazırlaşır, təbliğat və təşviqat kampaniyası artıq tam gücüylə işə düşüb. Baş nazir Rəcəb Tayyib Ərdoğanın sədri olduğu Ədalət və İnkişaf Partiyasının 12 iyun seçkisindən birinci çıxacağı çoxlarında, hətta rəqiblərində belə şübhə doğurmur. Təsadüfi deyil ki, gələcək qələbəsinə şübhə etməyən Ərdoğan seçkiqabağı ilk mitinqlərində çox rahat görünür. Buna baxmayaraq, «ərəb dominosu» Türkiyə hakimiyyətini yaman yerdə yaxalayıb. Daxili siyasətdə rəqib tanımayan Ərdoğan xarici siyasətdə ilişib...
«QONŞULARLA SIFIR PROBLEM»İN PROBLEMLƏRİ
Türkiyənin qonşularla «sıfır problem» siyasətinin baş memarı Xarici İşlər naziri Əhməd Davudoğlu sayılır. O, bir neçə il öncə bu siyasəti həyata keçirməyə başladıqda daxildə və xaricdə dəstək qazanmışdı. Ərdoğan da xarici siyasətdə yeni elementdən yararlanaraq Qərb, əsasən də müsəlman aləmində reytinqini bir xeyli artırmışdı. Ancaq deyəsən, neo-osmanizm adı verilən fəal xarici siyasətin Ədalət və İnkişaf Partiyası üçün çətinlikləri üzə çıxıb.
Ərdoğan qonşu Suriyadakı hadisələrə səssiz qalıb. Suriyadan hər gün dəhşətli qətl xəbərləri gəlir. Diktatura insanları harada gəldi qırıb-çatır, dəfn mərasiminə qatılan dinc insanları gülləbaran edirlər. Qərb Suriyadakı rejimdən qətliamı dayandırmağı tələb edir. Ərdoğan isə Suriya prezidenti Bəşir Əsədə hələ ki, söz deyə bilmir. Halbuki, Misirdə xalq küçələrə axışdıqda Ərdoğan Hüsnü Mübarəkə «Getmək məcburiyyətindəsən» demişdi. Və ya bu gün Qəddafinin əmri ilə üsyançını dinc sakindən ayırmadan Misrata şəhərini bombalayırlar, ölənlərin sayı-hesabı yoxdur. Ankara Əsəd kimi Qəddafiyə də yerini göstərməkdə çətinlik çəkir, görünür, qüvvələr arasındakı nisbətin kimin xeyrinə dəyişəcəyini gözləyir. Ancaq bu gözləmə siyasəti Ankaranı daha mürəkkəb vəziyyətə sürükləyir.
Türkiyənin bəzi köşə yazarları Ərdoğanın «Müsəlmanlar qətliam törədə bilməz» sözlərini ona xatırladırlar. Ərdoğan bu ifadəni Sudanda soyqırımı iddialarının doğru olmadığını əsaslandırmaq üçün söyləmişdi. Suriya və Liviyadakı son olaylar göstərir ki, müsəlman olan Əsəd və Qəddafi üçün dindaşlarını qətlə yetirmək problem deyil. Ərdoğanın üzünü İsrail prezidentinə tutaraq «Siz dinc insanları öldürməyi yaxşı mənimsəmisiz» sözlərini də xatırladanlar var. İsrail hakimiyyəti Qəzza bölgəsini necə bombalayırdısa, bu gün Əsəd və Qəddafi də eyni işi öz ölkələrində «görürlər». Fərq yalnız ondadır ki, İsraili tənqid etməklə populyarlıq qazanan Ərdoğan Liviya və Suriyaya eyni münasibət bəsləməyin təhlükələrini özünün reytinqi və Türkiyə üçün müəyyənləşdirməkdə çətinlik çəkir.
Demək olmaz ki, Ankara ətrafda baş verən olaylara tam biganədir. Türkiyə rəsmiləri Suriya və Liviyada tökülən qanlardan narahat olduqlarını ara-sıra dilə gətirirlər. Sadəcə, daxili və xarici auditoriya Ərdoğanın hər zaman söylədiyi «Biz ədalətsizliyə seyrçi qalmayacağıq» sözlərinə aludə olub, Ankaranın hər ədalətsizliyə eyni şəkildə reaksiya verəcəyini gözləyir. Ancaq görünən odur ki, Türkiyənin xarici siyasəti son illər xeyli aktivləşsə, xeyli təşəbbüs irəli sürülsə də, hər prosesi izləyərək qabaqlayıcı addımlar atmaq və adekvat reaksiya vermək hələ ki, Ankaranın imkanı xaricindədir.
Görəsən, Suriyanın ardınca qonşu İranda da demokratikləşmə prosesləri geniş vüsət alarsa, Ankaranın ona qarşı siyasəti necə olacaq?
«MÜBARƏK, GETMƏLİSƏN», BƏS O BİRİLƏR?
Abdullah Gül fevralın ortalarında iranlı həmkarı Mahmud Əhmədinejatla Tehranda görüşündə belə bir ifadə işlətmişdi: «Bu gün insanlar hər şey haqda ətraflı məlumata malikdirlər. Bizim hamımız bölgə ölkələrinin başçıları olaraq, öz ölkəmizdəki reallıqlara fikir verməli, onu yenidən dəyərləndirməliyik». Əslində, bu açıqlamadan ən çox pay götürməli olan ölkələrdən biri elə Türkiyə Cümhurbaşqanının səfər etdiyi İrandır. Başqa sözlə, Gül iranlı həmkarını öz evindəcə mümkün təlatümlərdən doğru nəticə çıxarmağa səsləmişdi.
Əgər sabah İranda da demokratik proseslər sürətlə inkişaf edərsə, Tehran Dəməşq kimi etirazları güc yoluyla yatırarsa, Ankara nə edəcək: Misirdəkinə bənzər reaksiya verəcək, yoxsa Suriyadakı olaylar kimi seyrçi qalacaq? Fakt odur ki, Ankara İranda yaşayan azərbaycanlıların siyasi, iqtisadi, mədəni və sosial haqlarının artırılması uğurundakı tələblərinə səssiz qalıb.
GÖRÜNTÜ NAMİNƏ İSMARIŞ DA VERİLMƏDİ
Eyni sözləri Ankaranın Azərbaycan siyasətinə də şamil edə bilərik. Ankara ilə Bakı arasında münasibətlərin hamar olduğunu söyləmək çətindir. Bayraq böhranından sonra münasibətlər əvvəlki axarına qayıtsa da, narazılıqlar ortadan qaldırılmayıb. Türkiyənin iri kapitalı Azərbaycana yol tapa bilmir, viza məsələsi həll olunmayıb və s.
Buna baxmayaraq, Ankaranın yalnız Azərbaycan hakimiyyəti ilə dialoqu mövcuddur, Qərb ölkələrindən fərqli olaraq müxalifət ilə təmasları yox dərəcəsindədir. Ankaranın Azərbaycandakı siyasi proseslərə ifrat biganəliyi də təəccüb doğurmaya bilməz. Əlbəttə, Bakıdakı son hadisələrə ATƏT kimi kəskin bəyanatları qardaş ölkənin rəsmilərindən heç kəs gözləmir də.
Amma Ankaranın yalnız iqtisadi qayğılar deyil, insan haqları və demokratiya ilə də maraqlandığının heç olmasa, görüntüsünü yaratmaq olardı. Məsələn, Azərbaycana təxminən aşağıdakı kimi bir cümləlik ismarış da göndərə bilərdi: «Prezident İlham Əliyevin iqtisadi islahatları dərinləşdirmək, korrupsiya ilə mübarizəni genişləndirmək siyasətini dəstəkləyir, bunun Azərbaycanın daha çox inkişafına yol açacağını gözləyirik...».
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir