Deyəsən, Mərkəzi Asiyada bu sualın cavabını tapıblar. Əvvəlcə Qırğızıstan parlamentar idarəçiliyə keçdi. İndi isə oxşar tendensiya Özbəkistanda hiss olunur. Bir müddət bundan əvvəl həmin ölkədə parlamentin səlahiyyətlərini artırmağa cəhd edilmişdi. Son məlumatlara görə, parlament konstitusiyaya dəyişikliyi artıq təsdiq edib və prezident də ölkənin parlament tipli idarəçilik üsuluna keçməsinə etiraz etmir. Bu detal göstərir ki, post-sovet ölkələri özlərinin konstitusion quruluşunun əsasları ilə bağlı axtarışları hələ davam etdirir. Bəlkə də Rusiyada da parlament üsul-idarəsi olsaydı, prezidentlik üstündə indiki çarpışma müşahidə olunmazdı və önə müxtəlif siyasi şəxslər deyil, siyasi institutlar – partiyalar çıxardı və sonuncular daha güсlənərdi. Bəlkə elə Azərbayсanda da prezident seçkisilə bağlı Konstitusiyaya düzəliş etmək lazım gəlməzdi, çünki parlament üsul – idarəsində ölkədə əsas post sayılan Baş nazir postuna seçkilərlə bağlı hər hansı məhdudiyyət mövcud olmur.
Bir daha Rusiyaya qayıdaraq demək olar ki, ölkədə parlament üsul – idarəsi olsaydı, konstitusiyanın ruhuna əməl etmək üçün Medvedevlə Putin arasında qurulan siyasi tryuka – tandemə ehtiyac qalmazdı və «Vahid Rusiya»nın seçkidə qalib gələcəyi təqdirdə V.Putin istənilən qədər hökumət başçısı, yəni dövlətin əsas fiquru kimi qala bilərdi. Göründüyü kimi, post – sovet ölkələri heç də uğurlu konstitusion seçim etməyiblər. Çox qəribədir ki, bu ölkələrin tarixində parlamentarlıq təcrübəsi daha çox olub, nəinki elə prezident üsul idarəsi. Rusiyanın özündə bolşeviklərə qədər parlament üsulu olub. Səhv etmirəmsə, post – sovet ölkələrində birinci respublikalar zamanı yalnız Gürcüstanda prezident olub. Bütün bunları deyəndə belə təsəvvür də yarana bilər ki, parlament üsul – idarəsi yalnız avtoritar liderlərin işini asan etmək üçündür. Amma belə deyil. Avtoritar rejimlərin arasında bircə dənə belə olsun parlament respublikası yoxdur, hamısı prezident respublikalarıdır və prezident üsul – idarəsi hökm sürən ölkələrdir. Etiraf edək ki, bunun özü artıq müəyyən nəticələrə gəlməyə əsas verir. Parlament respublikalarının heç birində düzgün seçki problemi olmur, bu ölkələrdə seçkilər mütəmadi keçirildiyindən və tez – tez baş verdiyindən onlar həm də çox ədalətli olur.
Böhranlar da anсaq hökumət səviyyəsində baş verir, hökumət böhranı vaxtı o, istefaya göndərilir, yeni seçki keçirilir və bununla da məsələ bitir. Burada həm də hökumətin daha artıq hesabatlığı yaranır, hökumət parlamentdən daha çox asılı olur. Üstəlik, politoloqların apardığı ciddi araşdırmalar sübut edir ki, siyasi sistemlər arasında ən dayanıqlısı parlament respublikasıdır.
AZƏRBAYCANDA BU KEÇİD MÜMKÜNDÜRMÜ?
Birinci respublika – ADR parlament respublikası idi. Cümhuriyyət atalarının seçimi bu siyasi – sistem üzərində formalaşdırmasının əsl səbəbləri bəlli deyil. Deyilənə görə, M.Rəsulzadəyə prezident olmaq təklif edilibmiş. Amma o, «millətimiz onsuz da şahsevəndir» - deyərək bu təklifi qəbul etməmişdi.
Yeni respublika birincinin varisi hesab edilir. Bu aspektdən yanaşanda bir çox məsələlər, o cümlədən də siyasi sistemlər identik olmalı idi. Amma elə də məlum olmayan səbəblərdən yeni respublika zamanı seçim prezident respublikasına edildi. İndi nəticə göz önündədir – demək olar ki, səlahiyyət baxımından korluq çəkməyən prezident, tamamilə səlahiyyətsiz parlament və bir də asılı məhkəmələr! Parlamentin hökumətə heç bir təsiri yoxdur. Xüsusən bir detalı qeyd etmək lazımdır ki, hökumətin öz fəaliyyətilə bağlı keçirdiyi iclaslar insanlar arasında daha çox maraq doğurur, nəinki onun parlament qarşısındakı hesabatı! Hələ bircə dəfə belə olsun, elə hal nəzərə çarpmayıb ki, parlament qarşısındakı hesabatdan millətin yadında nəsə bir söz qalsın! Hesabatdan hətta geniş reportaj da vermirlər, qısa məlumatlar verirlər... Daha bir arqument budur ki, Azərbaycan müharibə vəziyyətindədir və prezident üsulu kimi sərt siyasi sistemə malik olmalıdır. Əslində isə bu, elə bir problem deyil, müharibə və döyüşlər vaxtı parlament respublikaları da seçki keçirmir və hökumətə geniş səlahiyyətlər verir. Xatırlayaq ki, İkinсi Dünya müharibəsi vaxtı (elə indi də!) Böyük Britaniyada parlament üsul – idarəsi hökm sürürdü, amma bu, ona qalib dövlətlərdən biri olmağa mane olmadı.
KİÇİK SÖZARDI
Təbii ki, seçimi millət etməlidir, çünki siyasi sistemin əsaslarını o, müəyyən edir. Bəlkə də konstitusiya prosesi vaxtında daha aşkar, daha demokratik olsaydı, millətin seçimi də daha praqmatik olardı. Amma siyasi kursa düzəliş etmək heç vaxt gec deyil, bircə şərtlə ki, bu düzəlişin müəllifi millət ola!
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir