Nə Qadınlar Bayramıdır, nə Analar Günü.
Adi, boz, yapışıqsız aprel günlərindən biridir.
Hava xeyli küləkli və soyuq, ovqat ondan da qarışıq…
Əslində, bu yazını niyə yazdığımı anlatmaq istəyirəm.
Səhərdən gördüyüm bir şəklin təsirindəyəm.
O fotonu indi siz də görürsünüz.
Şəkil nədənsə yadıma iki il öncə saytımızda gedən, hətta mənə mükafat qazandıran
«Azərbaycan qadını, sənin bu dünyada ən böyük istəyin nədir?» başlıqlı yazını salıb.
Azərbaycan qadını, o vaxt səni qınamışdım…
Cəmiyyətdəki bütün naqisliklərdə səni suçlamışdım.
...Heç bircə dəfə öz balana parçalanmış vətəndən söz açdınmı? - deyə tənə vurmuşdum.
Heç bircə dəfə rüşvətə, korrupsiyaya etiraz səsini ucaltdınmı?—demişdim.
Heç bircə dəfə övladını demokratiya dolaylarında gəzdirib, tolerantlıqdan, plüralizmdən, seçkidən, vətəndaşlıqdan danışdınmı? - söyləmişdim.
Seçkini məzlum-məzlum saxtalaşdırmağa yardım edən müəllim rəfiqəni, həkim bacını qınadınmı? - deyə qışqırmışdım…
Və daha nələrdə-nələrdə səni günahkar çıxarmışdım!
Azərbaycan qadını, bağışla, bu gün sənin yanındayam. Çünki səndən biriyəm.
Sənin necə yaşadığından, nələr çəkdiyindən xəbərdaram.
Evini-eşiyini buraxıb az qala hər gün bölgələrdən böyük şəhərə qatıq-süd, göy-göyərti satmaq üçün gəldiyindən xəbərim var.
Burada gecəsi bir manata gecələdiyindən də.
Evə qəpik-quruş apardığımdan da.
Ər tənəsi, övlad dərdi çəkdiyini də bilirəm.
Qəzetlərdən hər gün döyüldüyün, öldürüldüyün, hətta baltalandığın xəbərini alıram.
Bəzən qolu bağlı qara quldan fərqsiz olduğun da qulağıma çatır.
Yad ölkələrdə satıldığından da xəbərdaram.
Vaxtsız gələn qocalığının da şahidi oluram…
Üzülürəm…
Amma yenə də…izn ver soruşum, Sabir demiş, bu daşqəlbli insanları, bu soyuqqanlıları necə doğdun?
Bu qoluzorlulara necə döşündən süd verdin?
Onları niyə gecə-gündüz yanında yatızdırıb bəslədin?
Niyə oğul doğduğun üçün qürrələndin?
Niyə onun boyuna baxıb sevindin?
Niyə yeməyib ona yedirtdin?
Yatmayıb onun yuxusuna tamaşa elədin?
Niyə, Azərbaycan qadını, niyə?
Cavab ver!
Bu şəklə bax!
Tanımasan belə, o qoluzorlular şəkildəki qadını yox, səni sürüyür!
Səni yerlərə yeksan eləyir!
Səni ayaqlar altına atır!
İstədiyi bilirsən nədir?
Yenə güzəran dərdi çəkəsən.
Yenə ağzıotludan bir fərqin olmasın.
Yenə ətrafında nə baş verdiyindən xəbərsiz yaşayasan.
Yenə Bakı-Dəvəçi qatarında yol ölçəsən.
Bakı-Ağstafa qatarında qışda istidən bişəsən.
Bakı-Dubay reysində səfərə yollanasan.
Yenə saxta seçkiyə yardım edəsən.
Yenə döyüləsən, öldürüləsən, baltalanasan.
Amma səsin çıxmasın!
Təki səsin çıxmasın!
Bircə səsin çıxmasın!
Səsin çıxmasın!!!
Çıxmasın!
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir