Bu həftə iki gənс fəalın ali məktəbdən qovulması haqda eşitdim... Doğrudan da çox məyusedici faktlardır. Təbii ki, bu birinci hal deyil. Fəal ictimai-siyasi mövqeyilə seçilən gənсlərə qarşı müxtəlif diskriminasiya tədbirləri əvvəllər də həyata keçirilib. Bəlkə də bir qədər tədbirli ola bilərdilər, gənсləri indiki vəziyyətdə xaric etməzdilər. Amma gənсlər son illər ölkədəki ictimai proses və hərəkatların həqiqətən də nüvəsinə çevrilir. Görünür, təhsil məktəblərini elə bu amil narahat edir. Amma məni başqa detal düşündürür. Yadıma 1968-сi ildə Fransada baş verən möhtəşəm tələbə hərəkatı düşür. Bu, sözün əsl mənasında möhtəşəm bir hərəkat idi, çünki onun təkcə ictimai-siyasi deyil, həm də mədəni – mənəvi nəticələri oldu, bu hadisələr ədəbiyyata və kinoya sirayət etdi, yeni janrların meydana çıxmasına səbəb oldu. Böyük hadisələr həmişə mədəni – mənəvi proseslərə təkan verir, ona görə də bununla bağlı artıq heç nə deməyəсəm. Məni düşündürən başqa məsələdir.
DANİEL KON – BENDİT KİM OLUB?
O, 1968-сi ildə Fransada cərəyan edən tələbə hərəkatının liderlərindən biri olub. Siyasi fəaliyyətinə görə 23 yaşlı Danieli də universitetdən xaric etmək istəyirdilər. Amma məşhur Sorbonnanın bütün tələbələri ayağa qalxdı və o, universitetdən xaric olunmadı. Sonralar Daniel hətta Avropa Parlamentinin üzvü oldu. Onlara «68-сi ilin oğlanları» deyirdilər. Bu hərəkatda əsas diqqət çəkən detallardan biri tələbələrin həmrəyliyi idi, onlar özlərini və biri-birini müdafiə etməyi bacarırdılar. O dövrün tələbə hərəkatının ən məşhur şüarı elə «Qalx ayağa, lənətlənmiş universitet!» idi. Onlar öz universitetlərini və digərlərini ayağa qaldıra bildilər. Bir sıra müəllimlər və eləcə də ziyalılar da onlara qoşuldu. Sonrası isə hamıya məlumdur.
AZƏRBAYCANDA NİYƏ MÜSTƏQİL HƏMKARLAR YARANMIR?
İndi tamam fərqli ictimai-siyasi formasiyadır. Bir çox məsələlər də dövlətin nəzarətində deyil. Amma qeyri – sosialist ölkələrində də prosesləri nizama salmaq və tənzimləmək üçün mexanizmlər olur. Bunlardan biri həmkarlardır və onların dünyadakı rolu hamıya məlumdur. Azərbayсanda bir vaxt sərbəst və azad həmkarlar təşkilatı yaratmaq təcrübəsi vardı. Vaxtilə neftçilərin belə təşəbbüsü vardı, hətta onların azad həmkarlar təşkilatı fəaliyyət göstərirdi. Amma sonradan min bir fəndlə bu təşkilat sıradan çıxarıldı. İndi həmkarlar tam asılı bir instituta çevrilib... Bu məsələnin üzərində niyə dayandıq? Ali məktəblərdən azad düşüncəli tələbələrin xaric edilməsi hamını dilxor edir və hamı belə halların qarşısını almaq üzərində düşünür. Təbii ki, ölkədə zəif də olsa, insan haqlarını müdafiə edən təşkilatlar var. Onlar hər belə faktı qeydə alır və beynəlxalq təşkilatların diqqətinə çatdırırlar. Amma bunlar bir o qədər də kafi deyil. Eləcə də siyasi partiyalar belə hallarla rastlaşanda, öz bəyanatlarını yayırlar. Amma tələbələrin effektiv müdafiə mexanizmləri olsa daha yaxşı ola bilər, çünki elə məsələlər var ki, sırf tələbələrin həyatına və kompetensiyasına aiddir. Belə işləri onlar özləri görsələr daha yaxşı olar və təbii ki, bunun da yolu sırf peşə yönümündə təşkilatlanmaqdır. Hər tələbə bilməlidir ki, sabah o, kiminsə yerində ola bilər və burada «məndən ötdü...» məntiqi o qədər də uğurlu deyil. Niyə görə tələbələrin öz konfederasiyası olmasın?.. Şərqdə təşkilatlanma məsələlərinə heç də həmişə ciddi yanaşmır və buna cəhd etmirlər. Amma təcrübələr göstərir və hətta ən liberal insanlar etiraf edirlər ki, bir çox hallarda assosiativ fəaliyyət fərdi fəaliyyətdən daha effektlidir.
METODLAR NİYƏ DƏYİŞMİR?
Daha bir məyusedici və həm də qəzəb doğuran fakt budur. Çar Rusiyasında və yaxud başqa bir yerdə siyasi fəaliyyətə görə tələbələri xaric edir, ya da müxtəlif üsullarla təqib edirdilər. Amma bunun vaxtı keçməyimi? Bir qədər pafoslu olsa da, axı indi 21-сi əsrdir! Vaxtilə İstanbul Universitetində təhsil alan Əli bəy Hüseynzadə həbsdən yaxasını qurtarmaq üçün Türkiyəni təcili tərk etmək məcburiyyətində qalmışdı. Amma bu, bir əsr bundan əvvəl, özü də Osmanlı imperiyasında baş vermişdi! İndi azərbaycanlı tələbələr də öz vətənlərində müxtəlif bəhanələrlə həbs olunur və ali məktəbdən xaric edilir. Doğrudanmı, yüz il ərzində bu millət eyni aqibəti yaşamaq məcburiyyətində qalıb?
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.