Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev AzadlıqRadiosuna deyib ki, mitinqlərdə iştirak etdiyi üçün hansısa tələbənin təhsil müəssisəsindən qovulmasına inanmır.
Bununla belə, o, əlavə edib ki, tələbə dərs vaxtı icazəsiz aksiyaya qoşulursa, onun təhsil müəssisəsindən xaric edilməsi təbiidir:
«Təhsil haqqında qanunda yazılıb ki, tələbə yalnız dərsləri ilə məşğul olmalıdır. Orda bir neçə bənddə göstərilir ki, təhsil müəssisəsində siyasi fəaliyyət və siyasi aksiyalar qadağandır. Amma mən inana bilmirəm ki, tələbələr təhsil müəssisəsindən xaric edilsin».
Ş. Hacıyev deyir ki, Azərbaycandakı tələbələrin 99 faizi indiki mitinqləri dəstəkləmir.
Aprel ayında iki müxalifətçi tələbə Bakı Dövlət Universitetindən, biri isə Sumqayıt Dövlət Universitetindən xaric edilib.