Minsk Qrupunun da yaranmasının 19 ili tamam oldu. Siyasətdə «Minsk» sözü heç də xoş assosiasiya yaratmır. MDB diktaturalarından birinin paytaxtı və keçmiş simasını itirmiş, amma özünə yeni bir görkəm tapmamış bir şəhər... Elə Minsk qrupu da o qədər də isti təəssürat yaratmır. 19 ilcə bundan əvvəl, ilk dəfə formalaşarkən, bəlkə də hansısa ümidlər vardı. Amma sonradan tam ümidsizlik və biganəlik atmosferi yarandı. Çox qəribədir. Minsk prosesinin tarixi elə ATƏT-in tarixinin bir hissəsini əhatə edir. O vaxt ATƏT hələ ATƏM adlanırdı. Əvvəlcə bir həmsədr vardı. Sonra bu iki, daha sonra isə üç sədrlə əvəz olundu. Təcrübə göstərir ki, hər hansı bir təşkilatın hərəkətə gəlməsi üçün bunda böyük dövlətlərin marağı olmalıdır. Bu gün Qrupun həmsədrlər institutunda üç aparıcı dövlət təmsil olunsa da, hələ ki, ciddi bir dinamika və irəliləyiş müşahidə olunmayıb. Bəs Minsk Qrupunun aktivinə nəyi yazmaq olar? Bu 19 ildə doğrudanmı heç bir iş görülməyib?
BÖYÜK ATƏŞ KƏSİLİB, İTKİLƏR İSƏ DAVAM EDİR
Bu günə qədər Minsk Qrupunun əldə etdiyi bir nəticə varsa, bu da atəşkəs rejiminin bərqərar olmasıdır. Bəli, qlobal hərbi əməliyyatlar dayandırılıb və heç bir sülhməramlı, ayrıcı qüvvələr olmadan bu rejim orta statistik mənada qorunub saxlanılır. Digər münaqişələrdə belə deyil, oralarda ayrıcı qüvvə kimi müxtəlif hərbi kontingent iştirak edir. ATƏT mütəmadi olaraq atəşkəs rejiminin monitorinqini keçirir. Təbii ki, atəşkəs rejimi ancaq orta statistik mənada hökm sürür, bunu bir qədər əvvəl qeyd etdik. Ölənlər, itkin və əsir düşənlər – bunlar atəşkəs rejiminin adi bir halıdır. Qəribədir ki, atəşkəs bir rejim kimi təkcə Dağlıq və Aran Qarabağ ərazilərində pozulmur, ölkənin bütün qərb sərhədləri boyunca kiçik və lokal hərbi əməliyyatlar davam edir. Amma Minsk Qrupu nədənsə bu detala diqqət yetirmir. Mülki insanlar qətlə yetirilir. Bir neçə gün bundan əvvəl səkkiz yaşlı uşaq snayper gülləsinə tuş gəldi. Belə hallar bir deyil, iki deyil, çoxdur...
CİDDİ SANKSİYALAR OLMASA...
Bu günə qədər demək olar ki, Avropanın daxilində mövcud olan münaqişə hallarına son qoyulub. Digər bölgələrdəki münaqişələr hələ də öz həllini və sonunu gözləyir. Bircə detalı xatırladaq ki, Yaxın Şərq münaqişəsi artıq 60 ilə yaxındır ki, davam edir, bu vaxta qədər həll olunmayıb. Bəli, avropalı və eləcə də digər ekspertlər sülhə məcburetmə haqda danışırlar. Amma əməl tamam başqa mənzərə sərgiləyir. Bəlkə də Qarabağ probleminin bu vaxta qədər həll olunmamasının əsas səbəbi budur ki, böyük dövlətlərin bununla bağlı ciddi maraqları var. Bir dövlət ehtiyat edir ki, münaqişə həll olunarsa, onun bütöv bir bölgəyə nəzarəti itəcək və o, daha əvvəlki kimi bu bölgədəki proses və niyyətləri özünün istədiyi kimi tənzimləyə bilməyəcək. Digərləri isə daha çox özlərinin vətəndaşları qarşısında, müəyyən etnik icma önündə götürdükləri öhdəliklərdən ehtiyat edirlər. Təxmini mənzərə belədir. 19 il artıq müəyyən qənaətə gəlməyə əsas verir. Təəssüf, bu qənaət bir o qədər də ürəkaçan deyil. Niyə? Ona görə ki, ortalıqda hüquqi baza olsa da, onu ciddi siyasi sanksiyalara çevirmək arzusu yoxdur. BMT nizamnaməsində və eləcə də bu vaxta qədər qəbul edilmiş dörd qətnamədə məsələ ciddi şəkildə qoyulub, bəyanat ciddidir, amma bəyanat və sənədlərdəki tələblərin icrası haqda düşünülmür. Problem bundadır.
RUSİYA BU VAXTA QƏDƏR KİMİSƏ BARIŞDIRIBMI?
İndi proses daha çox Qrupun bir həmsədri – Rusiyanın nəzarəti altında baş verir. Bəli, Rusiyanın vasitəçiliyi ilə xarici işlər nazirləri, hətta prezidentlər də görüşür. Amma ümidverici notlar yoxdur. Rusiyanın bu vaxta qədər elə bir sülhpərvər missiyası olmayıb. Keçmiş Yuqoslaviyada, Avropanın mərkəzi bir hissəsində münaqişələr ancaq Rusiya prosesdən kənarlaşdırılandan və onun səyləri neytrallaşdırılandan sonra çözüldü. Rusiyanın Gürcüstandakı «sülhpərvər» missiyası da hamıya yaxşı bəllidir. Beləcə, misalları artırmaq olar. Amma məsəl bunda deyil. Əsas odur ki, son vaxtlar Minsk Qrupunun digər həmsədrlərinin münaqişəyə marağı azalıb. Rusiya isə fəallaşıb. Amma ATƏT –in Astana sammiti ərəfəsində Rusiyanın vasitəçilik missiyasının bir yekunu kimi müəyyən nəticələr gözlənirdi. Amma nəsə oldumu? Təəssüf ki, prezidentlərin danışıqların davam etdirilməsi haqdakı sönük bəyanatından savayı ərsəyə heç nə gəlmədi. Bir reallıq budur. Başqa reallıq isə odur ki, 19 il keçib – bəli, ağır və üzücü 19 il...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.