Keçid linkləri

Təcili xəbərlər

Karnaval jurnalistikası


Bu axşamkı gəzintim ziyana işlədi. Heç bilmədim hara gedib hardan yarımçıq qayıtdım. Internetdə xəbərlərə baxıb çıxmışdım havaya. Bu hava o havadan olmadı. Beynim ürəyimi yedi.

Yetmişlərin sonu, bütöv səksənlər, doxsanın başlanğıcı həftədə qırx beş dəqiqəlik, bir saatlıq, iki saatlıq veriliş hazırlayan bu insanların heç birinin verilişində sovetlərin tərifinə rast gəlmədim, bir dəfə olsun Heydər Əliyevə yaltaqlığa yaxın kəlmə eşitmədim, Kamran Bağırovun adını görmədim…

Tez-tez xatırlayıram radioda işləyəndə bir otaqda üzbəüz oturduğumuz Qaçay Köçərlini, yanbayan əyləşdiyimiz Eldar Baxışı, İnqilab Həsənlini, bu yanda Xaliq Bahadırı… Üzbəüz otaqdan Rafiq Savalanı… Rafiq Savalan vəzifəcə hamıdan böyükdü, özünü heç yuxarıdan, yekaxana aparmağı yoxdu. Di gəl indiki dəyişmiş durumuna (buna mövqe də demək olar) görə onun adını başda yazmayıb sona keçirdim. Çoxlarının bu gün belə yaxşı tanıdığı bu söz adamları sovet jurnalistikasının yetirmələriydi. Dördü şeir yazırdı, biri nəsr. Hər biri canı, qanıyla millidən milliydi. Heç birinin sovetlər deyilən birliyə, sosializm deyilən quruluşa aidiyyat yoxuydu. Yetmişlərin sonu, bütöv səksənlər, doxsanın başlanğıcı həftədə qırx beş dəqiqəlik, bir saatlıq, iki saatlıq veriliş hazırlayan bu insanların heç birinin verilişində sovetlərin tərifinə rast gəlmədim, bir dəfə olsun Heydər Əliyevə yaltaqlığa yaxın kəlmə eşitmədim, Kamran Bağırovun adını görmədim…

Əksinə Eldar bir yandan, İnqilab o yandan, Xaliq bu başdan, Qaçay müəllim fürsət tapanda sətiraltı ifadələrlə, seçdikləri mövzularla, yazdıqları nağıl və hekaylərlə, Rafiq Savalan gözünü yummağıyla sovetin “ayağının altı”ndan torpağı çəkib evini yıxırdılar. Sovet ideologiyasının “anasını ağladırdılar”. Uşaqları, yeniyetmələri yönləndirirdilər, göz-göz edib beynilərini dəyişirdilər. “Zərrə-zərrə, qram-qram”la görürdülər işlərini. Onlar üçün qorxurdum da hərdən. Təzə işə başladığımız illərdə kommunist partiyasının, komsomolun qulluğunda duran məndim, Qərənfildi, Rəhiləydi…Biz o inqilabçı kişilərin “əməlləri”ni kompensasiya edirdik. Sonra onlar “bizim də başımızı yedilər”. Təxminən on beş il çəkdi…

Səksənlərin sonu, doxsanlarda daha mübariz jurnalistika yarandı, üstün jurnalist nəsli yetişdi. Daha döyüşkən, vətənpərvər, ədalətli, obyektiv, fədakar, peşəkar, əyilməz, satılmaz… dünyaya çıxa bilən.

Səksənlərin sonu, doxsanlarda daha mübariz jurnalistika yarandı, üstün jurnalist nəsli yetişdi. Daha döyüşkən, vətənpərvər, ədalətli, obyektiv, fədakar, peşəkar, əyilməz, satılmaz… dünyaya çıxa bilən. Media dördüncü deməzdim, hardasa ikinci hakimiyyət oldu. Azərbaycan jurnalistikasının ən gəlişmiş, məhsuldar dövrüydü onda. Keçmiş zamanda danışmaq heç xoş deyil. Özüylə kədər, təəssüf gətirir, ümidsizlik yaradır. O jurnalistikanın tör-töküntüləri qalıb indi.

Televiziya və radioların, mətbuatın hamısı, internet mediasının əksəriyyəti… daha nə qaldı ki… gerçəkçilikdən uzaqdı, yox kimidilər. Doğru sözə xidmət edənləri barmaqla saymaq olar. Barmağını kəsərlər. Kəsməsələr iki onluq ancaq alınar. Yəni, müstəqillik adıyla Kommunist ağalığından da ağlar günə yetmişik ki, Azərbaycan jurnalistikası yüksək faizlə qapazaltılıq olub? Böyük çoxluğun bircə məqsədi var: jurnalistikadan öz xeyrinə, gəlir mənbəyi kimi yararlanmaq, bunun üçün ətəklərdən yapışıb sallanmaq. Yellənmək, sürünmək… necə məsləhət bildilər elə.

Var dəbdə olan arxalı, muzdlu jurnalistlər, var sözünü, özünü satanlar, var yaltaqlar, yalıncıqlar, savadsızlar. Var anasının əmcəyini kəsənlər, şantajçılar, rüşvətxorlar, saxtakarlar, oğrular… nə bilim nələr, necələr. Yazmaq istəmirəm onlar barədə. Düzünə qalsa heç pis əməllilərin əməllərini bu an xatırlamıram belə. Bir az mənə uzaq sözlərdi, ona görə. Gerçəkdən. Cəmiyyət, ictimaiyyət, dəyər daşıyıcıları-kəsilən barmaqlar qədərdir.

Jurnalsitlərin karnavalı olacaq oxudum axşamçağı. Yazıqlar olsun jurnalistikanı karnaval gününə salanlara. Sırada müəllimlər, həkimlər, deyək ki sürücülər, talkuçkaçılar…kim bilir, deputatlar, akademiklər, küçə süpürənlər… karnavallıq nə qədər desən prototip var bu həyatda.

Jurnalsitlərin karnavalı olacaq oxudum axşamçağı. Yazıqlar olsun jurnalistikanı karnaval gününə salanlara. Sırada müəllimlər, həkimlər, deyək ki sürücülər, talkuçkaçılar…kim bilir, deputatlar, akademiklər, küçə süpürənlər… karnavallıq nə qədər desən prototip var bu həyatda. “Yarımştat”ın Tomkası demiş, “Çey deyiliç”, kimlərsə faiz verib qrant alıb, “krant”dan qazan qoldurmaq üçün belə bir əyləncə fikirləşiblər. İxtisaslaşmış karnaval-düşüncələri yayındırmaq, baş qatıb aldatmaq, aldanmış kimi görünmək…dəyərmi? Baxır kimə dəyir.

Bu günün tapdanmış jurnalistikasının öncülləri – “media kapitanları”, dövlət adamı şuralar, onların ətəklərindən sallananlar neyləyəcəklər o karnavalda. Neyləyə bilərlər ki?! Maska taxacaqlar, zatən maskalıdılar. Rəqs edəcəklər, bir armuda oynamırlarmı?

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG