Bizim çox vaxt mübaliğə kimi eşitdiyimiz bir fikir var. Deyirlər ki, bəzi qələbələr əslində məğlubiyyət, bəzi məğlubiyyətlər qələbədi. Bu iki anlayışa çoxlu misallar göstərə bilərik “Pirr qələbəsi”ni, Kərbəlada imam Hüseynin məğlubiyyətin və s.
Vəkil Yalçın İmanovu bu gün vəkillikdən uzaqlaşdırıblar. O ədalətsizcəsinə, siyasi hakimiyyətin şərləməsinə görə 4-cü ildir zindanda qalan qardaşım Murad Ədilovun vəkilidir.
Mən keçmişin sandığın açmaq istəmirəm, axı bu gün özü də tarixdir, ona görə bu günümüzə yuxarıdakı fikirin işığında baxaq.
Vəkil Yalçın İmanovu bu gün vəkillikdən uzaqlaşdırıblar. O ədalətsizcəsinə, siyasi hakimiyyətin şərləməsinə görə 4-cü ildir zindanda qalan qardaşım Murad Ədilovun vəkilidir. Muradın başqa bir vəkili də vardı - Alayif Həsənov, onu da iki il qabaq vəkillikdən qurama yolla uzaqlaşdırdılar.
Muradın o biri vəkili Fəxrəddin müəllim barədə də “iş” başlanıb, zalım fələk özü işə müdaxilə eləməsə onun da yəqin ki, vəkilliyinə son qoyacaqlar.
Qalır, Muradın bircə vəkili Bəhruz Bayramov, onun da başında qara buludlar dolaşır, sabah hətta onun öz maşınından 8 kq heroin tapıb türməyə salsalar təəccüblənməyəcək.
Mövzumuz vəkillərin təqdimatını eləmək deyil, söhbətimiz ayrıdır. Fikir verin, bu adamların hər biri olduqca hörmətli, savadlı, işini bilən, ləyaqətli insanlardır. Buna baxmayaraq, bu vəkillər qardaşım Muradı hakimiyyətin şərindən qoruya bilməyiblər. İşin formal tərəfi belədir. Yəni, bu vəkillər olmasaydı, yenə də Murada 6 il iş verəcəkdilər. Uzaq başı 6 ay oyan, bu yan olardı. Tək Muradda belədimi?
Xeyr, başda Yalçın bəy olmaqla bu dəyərli vəkillərimizin hamısı siyasi işlərdə bir qayda olaraq uduzurlar. Razısınızmı?
Razısınızsa, onda gəlin bu sualın cavabın tapaq...
Xeyr, başda Yalçın bəy olmaqla bu dəyərli vəkillərimizin hamısı siyasi işlərdə bir qayda olaraq uduzurlar. Razısınızmı?
Razısınızsa, onda gəlin bu sualın cavabın tapaq. Bir halda ki, hakimiyyət marionetkaya döndərdiyi hakimlərinə kefi istəyən “işi” diqtə edib, günahsız adamlara hökm oxuda bilirsə, vəkillərimiz də bu situasiyada acizdilərsə, onlara qarşı bu qəsdi-qərəz, gözüm çıxdıya salma nəyə lazımdır? Maraqlı deyil?
Aha, eşidirəm, kimsə ordan dedi ki, bəy, elə də deyil axı, vəkillər işi Avropa Məhkəməsinə aparır, orda da işləri udurlar. Razıyam. Ancaq gəlin realist olaraq, həqiqətin gözünə dik baxaq. Avropa Məhkəməsi birincisi, olduqca ləng işləyən bir təsisatdır, orda qələbəni bəzən məhkum türmədən çıxıb, nəvə-nəticə sahibi olanda görür. Ədalətin bu qədər gec formada təntənəsinin dadı duzu da az olur. Avropa Məhkəməsinin siyasi məhbuslar üçün ödətdirdiyi kompensasiya da hakimiyyət üçün qəpik-quruşdu. Təkcə Aygün Kazımovaya verilən evin puluna 10-15 siyasi məhkumun kompensasiyasın vermək olardı (Aygün Kazımovaya 2008-ci ildə ilham Əliyev ev bağışlayıb). Avropa Məhkəməsinin insanların hüququnu pozan hakimlərlə bağlı tələblərini də onsuz hakimiyyət yerinə yetirmir. Bütün sadalanalara görə vəkillərin bu istiqamətdə çalışmasına görə qəzəbə düçar olması mənə inandırıcı gəlmir.
Bəs nədir bu?
Bax, bu lap başdan dediyimiz paradoksun- məğlubiyyətin əzici gücü ilə dava aparmaqdır. Əslində bu vəkillər hüquqi prosedurları uduzmağa məhkum edilsələr də, onların peşəkar və vicdanlı əməyi nəticəsində ictimai rəydə hakimiyyətin planı ifşa olur.
Bax, bu lap başdan dediyimiz paradoksun- məğlubiyyətin əzici gücü ilə dava aparmaqdır. Əslində bu vəkillər hüquqi prosedurları uduzmağa məhkum edilsələr də, onların peşəkar və vicdanlı əməyi nəticəsində ictimai rəydə hakimiyyətin planı ifşa olur. Hakimiyyətin öz rəqiblərinə qarşı çirkin planı darmadağın olur və ittiham olunan şəxslər ictimai rəydə cinayətkar yox, əzabkeş, qəhrəman kimi qavranılır.
Başağırısı deyilsə, konkret nümunə verim. Muardın üzünə 3 nəfər qoyulmuşdu. Onların biri vəkil Səxavət Məmmədov idi. Çox sadə yolla vəkil Yalçın İmanov ortaya çıxardı ki, onun prosesdə “hal şahidi” kimi iştirakı kobud qanun pozuntusudur, yolverilməz haldır.
İkinci, üçüncü üzəduranlar isə yenə vəkilin rəsmi sorğuşu nəticəsində üzə çıxdı ki, heç demə, qeydiyyatda olan narkoman imiş.
Daha bir fakt budur. Murad saxlanan zaman polisdə işgəncə görmüşdü. “Bandotdel” bunu inkar eləsə də, vəkil İmanov çox sadə bir metodla “Kürdəxanı” türməsinə sorğu yollayaraq, üzə çıxardı ki, Murad zindana girəndə üzərində xəsarət izləri olub. Bu cür aşkar dəlilləri marionet məhkəmə nəzərə almadı. Ancaq “işlə” maraqlanan hər kəs vəkilin ictimailəşdirdiyi bu və başqa faktlar əsasında əmin oldu ki, ittiham tam quramadır, Murad günahsızdır, hakimiyyət yenə şər atıb, siyasi qisas alır. Bu kimi hallar isə ictimai rəydə onsuz da bərbad imicə malik olan rejimin daha eybəcər obrazını möhkəmləndirir, ona qarşı qəzəb və hiddəti artırır. Son nəticədə hər kəsdə əminlik yaranır ki, min dənə körpü tiksə də, yol yamasa da hakim rejim anti-xalqdır, haqq deyən ağızlara daş basmaq onun əsas fəaliyyət növüdür. Bax, Yalçın İmanov və bizim peşəkar, vicdanlı vəkillər bunun qurbanıdırlar.
Onlar hər nə qədər siyasətdən uzaq olsalar da, öz peşəkar işlərini görsələr də siyasi məhkumlardır. Vəkillərimizə azadlıq!
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.