Keçid linkləri

Təcili xəbərlər

Bir az insaf, bir az sevgi…


Dünya yarandığı gündən bizim görmədiyimiz, əlimizlə tuta bilmədiyimiz, ruhumuzun duyduğu qüvvələr də mövcud olub.

Son zamanlar qarışıq dünyanın bir bəlası da ortaya çıxıb. Yer üzündə gəzən insanlar Tanrıyla ruhsal bağı qırıblar.

Dünya əvvələr büllur kimi saf olub – belə deyirlər. Xıltı, əzabı, dərdi o qədər az olub ki! Ayın, günün möcüzəsi də özünü daha asanlıqla büruzə verə bilib.

Dünya əvvələr büllur kimi saf olub – belə deyirlər. Xıltı, əzabı, dərdi o qədər az olub ki! Ayın, günün möcüzəsi də özünü daha asanlıqla büruzə verə bilib.

Bir nəfər danışırdı: otuz yeddinci ildə tutulan atasının həsrətini o qədər çəkir ki, bir gün göyə baxıb sidq-ürəklə dua edəndə Ayın üzündə atasını görür. Bütün evi - qardaş bacılarını yuxudan oyadıb, “Atam sağdı, - deyir, - elə indicə onu gördüm”.

Yəqin, o dövrlər insanların günahı indikindən az olub, çünki Tanrı Yer üzündə olan hər kəsə bağlıdır. İnsanlar özləri əməlləri ilə o bağı qırıb, qaçan dəlirmişlərə dönüblər. Şər Yer üzündə artdıqca, yaxşılığa da yer azalır. Artıq cəmiyyət deformasıyaya məruz qalır, damı-daşı uçulmuş xarabazara dönür. Əvvəllər bacasından tüstü çıxan evin istisini indi yeni ixtiralar soyudur, külünü göyə sovurur.

Çünki indi dəbin, zamanın “tələbi” laqeydlikdir və bu laqeydliyi əvəz-əvəz, acıqla edən adamlar da var. Heç kim öz ürəyinin səsinə qulaq asmır. Tanrısının verdiyi yola fikir vermir. Tanrı qarşısına yollar çıxarsa da, ona ehtiyacı olan kəslərə yanaşmır, üzünü çevirib gedir. Çünki insanlarda yaşadığı mühitə uyğunlaşmaq, “hamı necə, mən də elə” demək istəyi daha çoxdur. Özünə aşırı sevgisi onu cəmiyyətdən uzaqlaşdırır, doğmalardan qaçırdır, yadlar tərəfə atır.

İndi gəlin məsələnin ən ağrılı yerini düşünək: övladları...

Nəticədə nağıllarını, işıqlarını, sevgilərini itirmiş, xoşbəxt olmayan uşaqlar böyüyür. Əvvəllər tək-tük belə uşaqlara rast gəlirdik, indi isə əksinə...

Nəticədə nağıllarını, işıqlarını, sevgilərini itirmiş, xoşbəxt olmayan uşaqlar böyüyür. Məktəblərdə psixoloqların işi hər kəsdən çox olur. Çünki özünə qəsd etmək, yanındakı sinif yoldaşına xələl gətirmək istəyən, bir-birini ələ salan uşaqlar çoxluq təşkil edir. Əvvəllər tək-tük belə uşaqlara rast gəlirdik, indi isə əksinə...

Onları görəndə başlarına sığal çəkib susuram. Ürəyimdə deyirəm ki, sevgisizlik, sən bütün cəmiyyəti şikəst etdin. Bu uşaqların çoxu ana-atası ayrılmış və yaxud aşırı dava-dalaş edən, xəyanəti yeganə xoşbəxtlik bilən ailələrə aiddir.

Sevgisiz ailələr çoxalır. Atanı sevmək, anaya dərdini danışmaq dəbdə deyil. Uzaqlaşmaq, harasa uzaqlara qaçmaq istəyi insanları dəli edib. Hamı sanki havalı kimi gəzir. Artıq yol göstərən yolunu azandan seçilmir. Səhv üstünə səhv edə-edə yaşayırıq.

Dediyim odur ki, bir az insaf, bir az sevgi, bir az duyğu, bir az vicdan çatmır...

Dünya yaranışdan ölümə məhkumdur. Bəs nədən bu insanlar təkcə son günü Tanrı ilə öz aralarında olan işığı axtarırlar. Hər an, hər açılan səhər bunu hiss etmək olmazmı; pis duyğu və əməllərdən özünü təmizləmək olmazmı... İllah da pislik, laqeydliklə tanınmaq lazım imiş?

İnsan bir anda bu pislikləri başından ata bilər, yeni həyata başlaya bilər. Bəs nədən bunu etmir? Onu nə saxlayır bu yoldan: nə və ya kim ona imkan vermir?

İnsan bir anda bu pislikləri başından ata bilər, yeni həyata başlaya bilər. Bəs nədən bunu etmir? Onu nə saxlayır bu yoldan: nə və ya kim ona imkan vermir?

Mən təkcə bunu bilirəm ki, heç kim bu dünyaya pis niyyətlə gəlməyib. Və hər kəsin Tanrı sevgisi onun özündən əvvəl doğulub. Hər kəs Tanrısı ilə arasında olan o gözəgörünməz bağı qorumalıdır. Ətrafına vicdanla yanaşmalı, işini vicdanla görməlidir. Laqeydlikdən, sevgisizlikdən xilas olmalıdır.

Bəlkə də bu sözlər şablon təsiri bağışlaya bilər, amma həqiqətdir.

Hər yanımızı saran laqeydlik hətta yazı aləminə belə yansıyıb - heç kim heç kimi oxumur. Hamı da dolayısı ilə eyni mövzunu yazır. Dolayısı yolla hamı eynı çıxış yolu axtarır, yalınız bir birinə yanaşmadan, onu özünə yaxın qoymadan.

Mənə elə gəlir ki, Yerdə yaşayan yazı adamları göylə əlaqəli Tanrı bağını qaçırmyayan yeganə varlıqlardır. Artıq onların da içində belələri varsa, bu, insanlığın təhlükədə olmağına işarədir...

Tanrı bağı sizə ömür payı idi...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG