Keçid linkləri

Təcili xəbərlər

Süni festivallar ölkəsi


Azərbaycanda o qədər süni sistem var ki, bütün yaxşı ideyalar belə multfilmə dönür, çünki içdən gəlmir, normal biznes məntiqinə uyğun olmur, "yuxarıdan" əmrlə tədbiq edilir deyə orqanik deyil. İndi hər rayonda bir festival keçirirlər, ideya olaraq maraqlıdır, amma işlək, cəlbedici deyil, nə turizmə, nə tanıtıma xidmət etmir.

Məsələn, İspaniyanın kiçik Bunyol qəsəbəsində (Valensiyanın yaxınlığındadır) pomidor festivalı - "La Tomatina" keçirilir. Festival 2002-ci ildən sonra populyarlıq qazanıb, ona qədər tanınmırdı. Cəmi 10 min nəfər əhalisi olan qəsəbəyə hər il avqust ayının son həftəsində 50-60 min arası turist gəlir, həmin qəsəbə bir həftə festival günlərində 100 mln. dollara yaxın pul qazanır. Festivalı təşkil edənlər əla PR mütəxəssisləridir, hər bir detalı düşünürlər, turistlərin əylənməsi üçün şərait yaradırlar. Hər dəfə festival günlərində 140 ton pomidor "zay" olur - insanlar bir-birlərinə pomidor atırlar, pomidor döyüşündə iştirak edirlər. Yəni, kommersiya düşüncəsi ilə, ağıllı, bilikli mütəxəssislərlə iş quranda nəticəsi də olur.

Bizdə isə yekəqarın yerli icra başçılarına Bakıdan əmr gəlir ki, nar, xurma, qarpız və s. festivalı keçir, o da oğurladığı pullardan Bakıya xoş gəlmək üçün xərcləyir, Bakıdan qonaq-qaranı öz puluna dəvət edir, jurnalistlərə qonaqlıq verir ki, bəs mən tapşırığı yerinə yetirdim. Sonra da Bakıdan 2-3 mln. manat içrabaşa "molodes" pulu ayrılır, adını da "rayonun inkişafı üçün vəsaitin ayrılması" qoyurlar.

Belə yanaşma, sovetvari inzibati-əmr festivalları heç vaxt ciddi effekt verə bilməz. Belə...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG