Etiraz mitinqlərinin ara verdi.
Və hüquq xidmətiylə məşğul olan hüquqçuların hüququnu pozan qanun qəbul edildi.
Başqalarının hüquqları üçün çarpışmaq peşə borcu olan 100-lərlə yüksək təhsilli, qanunları, haqqı-ədaləti yaxşı bilən şəxsin.
Ötkəm.
Kobudcasına.
Saymazyana.
Pozdular.
Təəssüf ki.
Bu iki hadisə arasında bir bağlılıq varmı?
Yoxdur deyəcəksiniz. Ya da azdır deyəcəksiniz.
Var, amma. Az idi. Amma çox ola bilərdi. Özü də lap çox.
Bu qanunun qəbulu sıradan hadisə deyil.
Bu şəhər məhəllələrinin, şəxsi evlərin orada yaşayanların başına uçurulmasıyla eyni miqyasda bir hadisədir.
Bu 2003-cü ildə Azadlıq meydanında jurnalistlərin döyülüb ayaq altına atılması ilə eyni hadisədir. Dinc etirazçıların şil-küt edilməsi hadisəsinə yaxın hadisədir.
Bu qəzetlərin bir-bir bağlanması, jurnalistlərin sudurulması hadisəsidir.
Bu Monitorun, Realnıy Azerbaycanın, Azadlıq, BBC-nin, Azadlıq qəzetinin, Zerkalonun, ANS-in bağlanması hadisəsidir.
Bu Turana hücumdur.
AXCP-nin, Müsavatın qərargahlarından zorla çıxarılmasıdır.
İlqar Məmmədovun, Tofiq Yaqublunun həbsidir.
Kütləvi, Qanunsuz həbsə atılan etirazçılardır.
Əzizlərim.
Bu, "1000-lərlə insanın hüququnun açıq-aşkar pozulması bizim umurumuza deyil" düşüncəsidir. Yuxarıda sadalananlarınkı pozuldu, nə oldu ki? Bunlar onlardan artıqdırmı? - düşüncəsidir.
Bu düşüncəni biz verdik onlara.
2005-də Ənnağı Hacıbəyli, İntiqam Əliyev qanunsuz olaraq VK-dən kənarda saxlanarkən bir şey edə bilməyəndə. Xalid Bağırov, Əlayif Həsənov, Namizəd Səfərov, Qurban Məmmədov, Aslan İsmayılov VK-dən qanunsuz atılanda heç nə edə bilmədiyimizə görə.
Mən, sən, o. hamımız.
Bu ölkə milyardlarının növbəti talanmasıdır.
Qanunlara, dövlətə, onun ədalətinə, insanları düşünməsinə inam resurslarının tar-mar edilməsidir.
Növbəti...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.